Məhkəmə qərarları › İş №e-2(008)-5327/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5327/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5327/2025 07.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********72 nömrəli, xx.xx.2024-cü nömrəli istehlak krediti müqaviləsinə əsasən, nağd kredit üzrə 5921.63 manat əsas, 1076.48 manat faiz və 49.66 manat cərimə borcu olmaqla, cəmi 7047.77 manatın, kart krediti üzrə isə 398.77 manat əsas, 69.66 manat faiz borcu olmaqla, cəmi 468.43 manatın tutulması həmçinin, iddia ərizəsi üçün ödənilmiş 95.87 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Sabunçu” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********72 nömrəli, xx.xx.2024-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən, 59 ay müddətinə illik 21.9 faiz olmaq şərtilə, 6100 manat məbləğində nağd kredit verilmişdir. Bununla yanaşı "xxxx" ASC-nin “Sabunçu” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********72 nömrəli, xx.xx.2024-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən, 35 ay müddətinə illik 24 faiz olmaq şərtilə, 400 manat məbləğində kart krediti verilmişdir. BorcluCavabdeh kredit müqavilələri üzrə vəsaitlərdən tam istifadə etmiş, lakin kredit borcları və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixədək nağd kredit üzrə banka borcu 5921.63 manat əsas, 1076.48 manat faiz və 49.66 manat cərimə borcu olmaqla, cəmi 7047.77 manat təşkil edir. Bundan əlavə olaraq, filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixədək kart krediti üzrə banka borcu 398.77 manat əsas, 69.66 manat faiz borcu olmaqla, cəmi 468.43 manat təşkil edir. Beləliklə, Cavabdeh kreditlərin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borclarının və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəlikləri yerinə yetirilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçı tərəf ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü ildə "xxxx" ASC ilə Cavabdeh arasında BPM**********72 nömrəli istehlak krediti müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə 59 ay müddətinə illik 21.9 faiz olmaq şərtilə, 6100 manat məbləğində nağd kredit verilmişdir. Eyni zamanda xx.xx.2024-cü ildə "xxxx" ASC ilə Cavabdeh arasında BPM**********72 nömrəli istehlak krediti müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə 35 ay müddətinə illik 24 faiz olmaq şərtilə, 400 manat məbləğində kart krediti verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixədək nağd kredit üzrə banka borcu 5921.63 manat əsas, 1076.48 manat faiz və 49.66 manat cərimə borcu olmaqla, cəmi 7047.77 manat, digər müqavilə üzrə isə xx.xx.2025-ci il tarixədək kart krediti üzrə banka borcu 398.77 manat əsas, 69.66 manat faiz borcu olmaqla, cəmi 468.43 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehdən hər iki müqavilə üzrə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya tam ödənilməsi görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn kredit limiti ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilələrinin şərtlərini pozmuş, müqavilələr ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh hər iki müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Lakin, məhkəmə hesab edir ki, nağd kredit müqaviləsi üzrə cərimə borcu tənasübsüz miqdarda çox olduğundan iddia 49.66 manat cərimə borcunun tutulması hissəsində qismən təmin edilməklə 4 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh BPM**********72 nömrəli, xx.xx.2024-cü nömrəli istehlak krediti müqaviləsinə əsasən, nağd kredit üzrə 5921.63 manat əsas, 1076.48 manat faiz və 4 manat cərimə borcu olmaqla, cəmi 7002.11 manatın, kart krediti üzrə isə 398.77 manat əsas, 69.66 manat faiz borcu olmaqla, cəmi 468.43 manat məbləğində kredit borcu, dövlət büdcəsinə köçürülmüş 90,44 manat dövlət rüsumu "xxxx" ASC-nın xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmənin iddia tələbində 95,87 manat tələb edilsə də cavabdehdən iddiaçının xeyrinə 90,44 manat dövlət rüsumu tutmasının səbəbi həmin məbləğdə rüsumun dövlət büdcəsinə ödənilməsi ilə bağlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh BPM**********72 nömrəli, xx.xx.2024-cü nömrəli istehlak krediti müqaviləsinə əsasən, nağd kredit üzrə 5921.63 manat əsas, 1076.48 manat faiz və 4 manat cərimə borcu olmaqla, cəmi 7002.11 manatın, kart krediti üzrə isə 398.77 manat əsas, 69.66 manat faiz borcu olmaqla, cəmi 468.43 kredit borcu, dövlət büdcəsinə köçürülmüş 90,44 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar