Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5340/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 26 iyun 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək çatana kimi saxlanması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1404/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tutulan 200 (iki yüz) manat məbləğində alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddianın səhvən Sabunçu rayon məhkəməsinə göndərilməsini nəzərə alaraq ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin: 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Beləliklə hesab edirəm ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Fuad Babaşov.
Məhkəmə qərarları › İş №e-2(008)-5340/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5340/2025
16.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver