Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5376/2023 03.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa olunması (tanınması)” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa olunması (tanınması)” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı № ******* nömrəli çıxarışın ləğv edilməsinə, ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun bərpa olunaraq (tanınaraq) bununla bağlı İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, o mərhum X6 ilə 5 mart 1982-ci il tarixdə birgə nigaha girərək ailə qurmuş, onların birgə nikahlarından xx.xx.1983-cü il tarixdə Cavabdeh1, xx.xx.1985-ci il tarixdə X3 dünyaya gəlmişdir. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50,95 kvm olan yaşayış sahəsi əldə edilmiş, həmin mənzil xx.xx.2011-ci il tarixdə mərhum X4 adına daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq bununla bağlı Hüquqların Dvlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Mənzildə iddiaçı, mərhum X6, oğulları Cavabdeh1 və qızları Çinarə Nağıyeva qeydiyyatda olmaqla yaşamış, X6 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, Çinarə Nağıyeva 2012-ci ildə ailə qursa da, ünvan 1 ünvanında qeydiyyatda qalmaqda davam etmişdir. Sabunçu Rayon Məhkəməsinin icraatında olan başqa 2(103)-3592/2023 nömrəli mülki iş üzrə Cavabdeh1 İddiaçı və X1 qarşı yaşayış binasının tərkib hissəsinə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı 12000 manat kompensasiya ödənilməklə və X1 isə kompensasiya ödənilmədən ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən həmin başqa mülki iş üzrə sübutları məhkəməyə təqdim etmək üçün vərəsəlik işinin açıldığı Bakı şəhəri 16 nömrəli notariat ofisindən notariat işinin surətini əldə edərək məhkəməyə təqdim edilib. Notariat işi ilə tanış olarkən aydın olub ki, İddiaçı mərhum X6 ilə birgə nikah dövründə əldə etdikləri, buna görə də ikisinin birgə mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən mənzil qanunsuz olaraq bütünlüklə miras əmlak hesab edilərək Cavabdeh1 adına keçirilmişdir. Belə ki, həmin mənzilə dair Cavabdeh1 adına tam hissədə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, sonra da həmin şəhadətnamə əsasında mənzilə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış verilmiş, bununla da iddiaçının sözügedən mənzilin ½ hissəsi üzərində olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri 16 nömrəli Notariat ofisi xx.xx.2023-cü il tarixli 1168 nömrəli məktubla məhkəməyə müraciət edərək bütün məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi Vəkil2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianı qəbul etmədiyini, əmlak birgə nikah dövründə əldə edilmişdir. Birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair iddia müddəti 3 (üç) il olduğunu həmin müddətdən 5 illik müddət keçdiyini, MM-nin müvafiq maddəsinə əsasən vərəsə mirasın bir hissəsindən imtina edirsə o mirasdan bütünlüklə imtina etmiş olduğunu, həmçinin vərəsəlik işi 2018-də açıldığından iddia müddəti ötmüşdür. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən ******* nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 50,95 kv.m olan, ünvan 1-nin hüquq sahibi Cavabdeh1dur. İş materiallarından olan Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 16 nömrəli Notariat kontorunun xüsusi notariusu Cavabdeh3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2017-ci il tarixdə ölmüş X4 vərəsəsi Cavabdeh1 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 8, mənzil 2 və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə X5 verilmiş **********26-05101-193015 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50.95 kv/m olan iki otaqlı mənzildən ibarətdir. İş materiallarından olan Azərbaycan Respublikası Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş X6 xx.xx.2017-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 10 ayının 26 günündə 2097 nömrə ilə qeyd edilmişdir. İş materiallarından olan X3 xx.xx.2017-ci il tarixdə Notariat kontoruna ərizə ilə müraciət edərək, bildirib ki, məhrum atası X2 qalmış ona çatan vərəsəlik payından qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir. İş materiallarından olan İddiaçı xx.xx.2017-ci il tarixdə Notariat kontoruna ərizə ilə müraciət edərək, məhrum həyat yoldaşı X2 qalan ona çatan vərəsəlik payından oğlu Cavabdeh1 xeyrinə imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İş materiallarından və qanunun maddəsindən göründüyü kimi ünvan 3 ünvanı xx.xx.2011-ci il tarixdə X6 tərəfindən birgə nikah dövründə alınmış əmlak olduğundan qeyd olunan əmlakın ½ hissəsi İddiaçı mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qanunun maddəsindən də göründüyü kimi X4 ölümü ilə vərəsəlik işi açıldığı andan qeyd olunan daşınmaz əmlakın ½ hissəsi İddiaçı mülkiyyəti hesab olunur. Həmçinin cavabdeh tərəfindən verilmiş etiraz ərizəsində vərəsəlik işinin açılmasından 5 ildən artıq müddət keçdiyi və bu barədə iddia müdətinin tətbiq edilməsi qeyd olunsa da, məhkəmə bu barədə hesab edir ki, məhkəməyə təqdim olunmuş notariat işindən görünür ki, İddiaçı Xaməmməd qızı xx.xx.2017-ci il tarixdə Notariat ofisində ərizə verərək aydın şəkildə ifadə etmişdir ki, mərhum həyat yoldaşım X2 qalmış ona vərəsəlik payından oğlu Cavabdeh1 xeyrinə imtina edir. Eyni zamanda miras əmlak birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan ½ hissəsi İddiaçı mülkiyyəti olduğundan mülkiyyət münasibətləri ilə bağlı mübahisələrə iddia müddət şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 ölümü ilə vərəsəlik işi açılmış birinci növbə vərəsələr olan İddiaçı və X3 xx.xx.2017-ci il tarixdə Notariat Ofisinə ərizə ilə müraciət edəkək X2 miras qalmış vərəsəlik paylarından Cavabdeh1 xeyrinə imtina etdiklərini bildirmişlər. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 verilmiş xx.xx.2018-ci il qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv edilməli, ünvan 4 ünvanıda yerləşən mənzilin ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququ bərpa olunaraq (tanınaraq) ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı N° ******* nömrəli çıxarışın 1/2 hissəsi ləğv edilsin. ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun bərpa olunaraq (tanınaraq) bununla bağlı İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış verilsin 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-5376/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5376/2023
03.11.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver