Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5492/2023 10.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "345,6 manat məbləğində maddi zərərin, 360,4 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, cəmi 706 manat məbləğində pulun cavabdehdən tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "345,6 manat məbləğində maddi zərərin, 360,4 manat təbii qazdan istifadə nəticəsində yaranmış debitor borcun, cəmi 706 manat məbləğində pulun cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdehin təbii qazdan istifadəyə görə 360,4 manat borcu yaranmış, bundan başqa, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş və bu faktlar yerindəcə aktlaşdırılmışdır. İddiaçı tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 345,6 manat məbləğində maddi ziyan hesablanmışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə etmiş və onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 04/313 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi" bağlanmış və həmin müqavilə əsasında cavabdehin fərdi yaşayış evi qazla təmin edilmişdir. Cavabdehin adına **********00036 nömrəli abonent kodu açılmış və xx.xx.2023-cü ildə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. İşdə olan, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 04/313 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi"ndən görünür ki, "Azəriqaz" İB cavabdehin fərdi yaşayış evini qazla təchiz etmişdir. Müqavilənin 1-ci maddəsinə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.8-ci maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İşdə olan, xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Ləhic bağları ünvanında istehlakçı Cavabdeh məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, abonent mənzildə sayğacdan kənar təbii qazdan istifadə edir. İşdə olan xx.xx.2020-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" əsasında sərfiyyatın cəmi 3456 kub.m müəyyən edilmiş və dəymiş ziyanın həcmi belə hesablanmışdır: - Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün olmaqla, 10368 kub.m, - Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün olmaqla, 25920 kub.m. İşdə olan, iddiaçı Cavabdeh adına olan "Abonentin saldosu"ndan görünür ki, onun 2020-ci ilin mart ayına akt üzrə 3456 kub.m qaza görə borcu 345,6 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 5.5-ci bəndinə görə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin normaya uyğun olaraq, cavabdeh iddiaçıdan aldığı qazın sayğacla müəyyənləşdirilən hesabını tam ödəməli olduğu halda, bugünədək bunu etməmişdir. Ona görə də iddia tələbi 360,4 manat debitor borcun ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. İddianın qalan hissəsi, yəni iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" əsasında cavabdehə hesablanmış 345,6 manat dəymiş ziyanın ödənilməsi tələbini isə məhkəmə əsaslı hesab etmir. Belə ki, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın işdə olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"ın tərtib olunduğu zaman qüvvədə olmuş redaksiyasına əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3-cü bənd). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4-cü bənd). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1-ci bənd). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5 - 6.7-ci bəndlər). İşdən görünür ki, xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" təbii qazdan sayğacdan kənar istifadə ilə bağlı tərtib edilmiş və 345,6 manat məbləğində borc həmin akt əsasında hesablanmışdır. Lakin müəyyən edildi ki, həmin akt istehlakçının (cavabdehin) iştirakı olmadan tərtib edilmiş və surəti ona təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillər məhkəmə baxışı zamanı tədqiq edilərkən müəyyən olundu ki, həmin fotoşəkillərdə cavabdehin təbii qazdan sayğacdan kənar istifadə etməsini təsdiq edən heç bir görüntü əks olunmamışdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi qeyd olunan faktı təsdiq etmək hər hansı başqa sübutun mövcud olmadığını bildirdi. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında bağlanmış "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi"nin tarixi xx.xx.2023-cü il olsa da, işdə olan "Abonentin saldosu"ndan sayğacın həmin gün deyil, xx.xx.2023-cü ildə, yəni "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"ın tərtib olunduğu gün quraşdırıldığı aydın olur. Eyni zamanda, işdə olan xx.xx.2023-cü il tarixli digər aktda isə həmin gün cavabdehin evinin təbii qaz təchizatının dayandırıldığı göstərilmişdir. Göründüyü kimi, həm sayğacın quraşdırılması, həm də qaz təchizatının dayandırılması barədə sənədərin tarixləri eyni günə aiddir ki, bu da onlardan birinin həqiqiliyini istisna edir. Məhkəmə hesab edir ki, sayğacın quraşdırıldığı və hazırda da mövcud olduğu inkar edilmədiyinə görə şübhə altında qalan sənəd məhz "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dır. Ona görə də iddiaçı qeyd olunan akt əsasında hesablanmış borcu cavabdehdən tələb etməkdə haqlı deyil və iddianın həmin hissəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən, yəni 360,4 manat (iddia tələbinin 51 faizi) hissədə təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərclərini təşkil edən və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun müvafiq olaraq 51 faizi, yəni 15,3 manat hissəsi cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə xərclərinin qalan 14,7 manatı (49 faiz) iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 360,4 manat təbii qazdan istifadə nəticəsində yaranmış borc və 15,3 manat dövlət rüsumu, cəmi 375,7 manat məbləğində pul alınaraq İddiaçınə ödənilsin. İddia tələbi 345,6 manat məbləğində maddi zərərin ödənilməsi hissəsində təmin edilməsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №e-2(008)-5492/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5492/2023
10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver