Məhkəmə qərarları › İş №e-2(008)-55/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-55/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-55/2022 01.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı «X6 Azərbaycan» QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Kreditor «X6 Azərbaycan» QSC borclu Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək əsas borc 1741,73 manat, faiz borcu 171,91 manat, cərimə borcu 699,09 manat, müqavilədə nəzərdə tutulan xərclər və komisiyalar üzrə borc 2,00 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 5,50 manat, cəmi 2620,23 manatın və dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumunun kreditorun xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 03.09.2013-cü il ildə «X6 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı haqqında qarışıq müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə bank tərəfindən cavabdehə 5000 manat məbləğində kredit kartı limiti ayrılmışdır. Cavabdeh ödənişləri mütəmadi olaraq gecikdirmiş, öhdəliyini icra etməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Onun kredit müuqaviləsinə əsasən banka olan borcu: əsas məbləğ üzrə borc 1741,73 manat, faiz borcu 171,91 manat, cərimə borcu 699,09 manat təşkil edir. Sabunçu rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh etirazına əsasən məhkəmənin 19.03.2021-ci il tarixli qərardadı ilə əmr ləğv edilmiş və iddia icraatına keçirilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 03.09.2013-cü il il tarixdə «X6 Azərbaycan» QSC ilə Cavabdeh arasında 5 il müddətinə Bank hesabı, debet kartı, kredit kartı haqqında qarışıq müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 5000 manat məbləğində kredit kartı limiti ayrılmışdır. Bank tərəfindən təqdim olunmuş 06.09.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun həmin tarixə kredit müqaviləsinə əsasən banka olan borcu- əsas məbləğ üzrə borc 1741,73 manat, faiz borcu 171,91 manat, cərimə borcu 699,09 manat, müqavilədə nəzərdə tutulan xərclər və komisiyalar üzrə borc 2,00 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 5,50 manat, cəmi 2620,23 manat təşkil edir. İş materiallarında olan hesabdan çıxarışdan borcun ödənilməsi görünmür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş verilmiş 08.10.2021-ci il tarixli, 9/5005 rəyə əsasən cavabdehin 03.09.2018-cü il tarixə olan əsas borcu 1741,73 manat, faiz borcu 171,91 manat təşkil edir. Hazırda iddiaçı 2620,23 manat borcun tutulmasını istəyir. Aşağıdakı hüquqi əsaslara görə məhkəmə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, X2 əsas və faiz borcu bank tərəfindən təqdim edilən maliyyə arayışına əsasən tutulmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən 1741,73 manat əsas borca nisbətdə cərimənin 699,09 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 70 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh oğlundan əsas borc 1741,73 manat, faiz borcu 171,91 manat, cərimə borcu 70 manat, müqavilədə nəzərdə tutulan xərclər və komisiyalar üzrə borc 2,50 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 5,50 manat, cəmi 1991,64 manat və dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumu iddiaçı «X6 Azərbaycan» QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan əsas borc 1741,73 manat, faiz borcu 171,91 manat, cərimə borcu 70 manat, müqavilədə nəzərdə tutulan xərclər və komisiyalar üzrə borc 2,00 manat, bildirişlərin (pretenziyanın) göndərilməsi üzrə poçt xərcləri 5,50 manat, cəmi 1991,64 manat və dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumu iddiaçı «X6 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar