Məhkəmə qərarları › İş №e-2(008)-550/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-550/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-550/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı "pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı "pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx.xx.2023-cü il tarixli GNNPT-00062 saylı kredit müqaviləsi üzrə əsas borca görə 65046,58 manat, faiz borcuna görə 5855,66 manat, cərimə borcuna görə 15431,41 manat olmaqla cəmi 86333,65 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin ünvan 3 bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 102 manat rüsumun və 349 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Todan küçəsi, 1-ci döngə, ev 7 (Yeni qaydalarla: AZ2016, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 256,10 kv.m olan fərdi yaşayış evinə (tərkib hissələri ilə birlikdə) və Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 2i ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarının kateqoriyasına aid olan ümumi sahəsi 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 164,1 kv.m olan fərdi yaşayış evinə (tərkib hissələri ilə birlikdə) yönəldilməsi, əmlakların ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2023-cü il tarixli GNNPT00062 saylı kredit müqaviləsi üzrə cəmi 86333,65 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 451 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi və ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd xx.xx.2023-cü il tarixli GNNPT-00062 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli GNNPT-00062 saylı Kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 77157,05 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli GNNPT-00062 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixli GNNPT- 00062 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 65 046,58 manat, faiz borcuna görə 5855,66 manat, cərimə borcuna görə 15431,41 manat olmaqla, borcun cəmi məbləğində 86 333,65 manat pul təşkil edir. xx.xx.2023-cü il tarixli GNNPT-00062 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Todan küçəsi, 1-ci döngə, ev 7 (Yeni qaydalarla:AZ2016, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 256,10 kv.m olan fərdi yaşayış evi tərkib hissələri ilə birlikdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC qarşısında xx.xx.2023cü il tarixli GNNPT-00062/1 ip saylı Sonrakı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir, bundan başqa Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 2i ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarının kateqoriyasına aid olan ümumi sahəsi 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 164,1 kv.m olan fərdi yaşayış evi tərkib hissələri ilə birlikdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC qarşısında xx.xx.2023-cü il tarixli GNNPT00062/2 ip saylı Sonrakı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka predmetləri notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli GNNPT-00062 saylı kredit müqaviləsinin 4.3.5-ci bəndinə əsasən, “Borc alan bu Müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyin ən azı bir dəfə pozduqda), habelə bu Müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Kreditor bu Müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını Borc alandan tələb edə bilər. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx.xx.2023-cü il tarixli GNNPT-00062 saylı kredit müqaviləsi üzrə əsas borca görə 61046,58 manat, faiz borcuna görə 10174,85 manat, cərimə borcuna görə 15431,41 manat olmaqla cəmi 86652,84 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin ünvan 3 bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 102 manat rüsumun və 349 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Todan küçəsi, 1-ci döngə, ev 7 (Yeni qaydalarla: AZ2016, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 256,10 kv.m olan fərdi yaşayış evinə (tərkib hissələri ilə birlikdə) və Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 2i ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarının kateqoriyasına aid olan ümumi sahəsi 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 164,1 kv.m olan fərdi yaşayış evinə (tərkib hissələri ilə birlikdə) yönəldilməsi, əmlakların ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2023-cü il tarixli GNNPT00062 saylı kredit müqaviləsi üzrə cəmi 86652,84 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 452 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi və İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd xx.xx.2023-cü il tarixli GNNPT-00062 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə GNNPT-00062 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən illik 17 faiz ödəmək şərti ilə 36 ay müddətinə 77157,05 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, GNNPT-00062/1 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 İrvəm qızına məxsus Gəncə şəhəri, Nizami rayonu, Todan küçəsi, 1-ci döngə, ev 7 (Yeni qaydalarla: AZ2016, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 256,10 kv.m olan fərdi yaşayış evi tərkib hissəsi ilə birlikdə xx.xx.2023-cü il tarixli, GNNPT-00062 saylı müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixli, GNNPT-00062/2 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 2i ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarının kateqoriyasına aid olan ümumi sahəsi 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 164,1 kv.m olan fərdi yaşayış evi tərkib hissələri ilə birlikdə xx.xx.2023-cü il tarixli, GNNPT-00062 saylı müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2ində yerləşən 0.14 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2ində yerləşən 0.14 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Todan küçəsi, 1-ci döngə, ev 7 (Yeni qaydalarla:AZ2016, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 256,10 kv.m olan fərdi yaşayış evi tərkib hissələri ilə birlikdə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Todan küçəsi, 1-ci döngə, ev 7 (Yeni qaydalarla:AZ2016, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 256,10 kv.m olan fərdi yaşayış evi tərkib hissələri ilə birlikdə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İşin materiallarından görünür ki, İddiaçı ASC cavabdehlərə borcu ödəmələrinə dair xx.xx.2024-cü il tarixli bildirişlər və xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 3 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubların surətindən görünür ki, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Todan küçəsi, 1-ci döngə, ev 7 (Yeni qaydalarla:AZ2016, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 256,10 kv.m olan fərdi yaşayış evi tərkib hissələri ilə birlikdə və Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 2i ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarının kateqoriyasına aid olan ümumi sahəsi 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 164,1 kv.m olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixinə 61 046,58 manat məbləğində əsas borcu, 10174,85 manat məbləğində faiz borcu, 15431,41 manat məbləğində dəbbə pulu, cəmi 86652,84 manat məbləğində kredit borcu vardır. xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş bazar dəyərinin sertifikatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Todan küçəsi, 1-ci döngə, ev 7 (Yeni qaydalarla:AZ2016, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 256,10 kv.m olan fərdi yaşayış evinin xx.xx.2024-cü il vəziyyətinə bazar dəyəri 58.903 manat, likvid dəyəri 55.062 manat; ünvan 2i ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarının kateqoriyasına aid olan ümumi sahəsi 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 164,1 kv.m olan fərdi yaşayış evinin xx.xx.2024-cü il vəziyyətinə bazar dəyəri 36.102 manat, likvid dəyəri 30.687 manat məbləğində olması müəyyən olunmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri Cavabdeh2 tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvıdı olan Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 15431,41 manat məbləğində cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 15431,41 manat məbləğində deyil, 3052 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən qeyd edilən kredit müqaviləsi üzrə yaranmış 61046,58 manat məbləğində əsas borc, 10174,85 manat məbləğində faiz borcu və 3052 manat məbləğində cərimə, cəmi 74273,01 manat məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə həmçinin iddianın tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin ekspert rəyində göstərilən məbləğ üzərindən müəyyən edilməsi, əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsinə dair hissələrini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə GNNPT-00062 saylı kredit müqaviləsi üzrə iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı xx.xx.2023-cü il tarixdə GNNPT- 00062 saylı kredit müqaviləsi üzrə tələbin xx.xx.2023-cü il tarixli ipoteka müqavilələrində göstərilən ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, xx.xx.2023-cü il tarixdə GNNPT-00062 saylı kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaklara yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaklara yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə eyni zamanda hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetlərinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, iddia bu hissədə ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Todan küçəsi, 1-ci döngə, ev 7 (Yeni qaydalarla:AZ2016, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 256,10 kv.m olan fərdi yaşayış evinin 55.062 manat; ünvan 2i ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarının kateqoriyasına aid olan ümumi sahəsi 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 164,1 kv.m olan fərdi yaşayış evinin 30.687 manat məbləğində məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Buna görə də, iddia qeyd edilən hissələrdə də təmin edilərək, tələb ipoteka predmetinə yönəldilməli, həmin əmlakın ilkin satış qiymətinin ekspert rəyində göstərilən məbləğ üzərindən müəyyən edilərək, əmlak açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına bankın borcu ödənilməlidir. Məhkəmə həmçinin iddianın Əmlak Məslələri Dövlət Komitəsi yanında DƏDRX-nin Gəncə şəhəri 3 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 102 manat dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi təmin edilməlidir. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. 350 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınması hissəsində isə iddia tələbi qismən təmin edilməlidir, ona görə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, 102 manat məbləğində dövlət rüsumu, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz ilə isə 1 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 205 manat dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 205 manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri də Cavabdeh2 tutulmalıdır. Belə ki, iddia təmin edildiyindən, məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 1100 manat məbləğində pul vəsaiti isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 61046,58 (altmış bir min qırx altı manat əlli səkkiz qəpik) manat məbləğində əsas borc, 10174,85 (on min yüz yetmiş dörd manat səksən beş qəpik) manat mbləğində faiz borcu, 3052 (üç min əlli iki) manat məbləğində cərimə, cəmi 74273,01 (yetmiş dörd iki yüz yetmiş üç manat bir qəpik) manat məbləğində kredit borcu, həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 103 (yüz üç) manat məbləğində dövlət rüsumu və bildirişlərin qeydə alınması üçün ödənilmiş 102 (yüz iki) manat dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb ilkin olaraq Gəncə şəhəri, Nizami rayonu, Todan küçəsi, 1-ci döngə, ev 7 (Yeni qaydalarla:AZ2016, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 256,10 kv.m olan fərdi yaşayış evinə və ünvan 2i ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarının kateqoriyasına aid olan ümumi sahəsi 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 164,1 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. Gəncə şəhəri, Nizami rayonu, Todan küçəsi, 1-ci döngə, ev 7 (Yeni qaydalarla:AZ2016, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 256,10 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 55.062 (əlli beş min altmış iki) manat; ünvan 2i ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarının kateqoriyasına aid olan ümumi sahəsi 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 164,1 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 30687 (otuz min altı yüz səksən yeddi) manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 74273,01 (yetmiş dörd min iki yüz yetmiş üç manat bir qəpik) manat məbləğində kredit borcu İddiaçı ASC-yə ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyanlara qaytarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 103 (yüz üç) manat, bildirişlərin qeydə alınması üçün ödənilmiş 102 (yüz iki) manat məbləğində dövlət rüsumu, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1100 (min yüz) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar