Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-553/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh - Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 7586/2021 saylı qətnaməsi ilə hər uşağa görə müəyyən olunmuş aylıq 140 manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək hər ay hər uşaq üçün 235 manat olmaqla ayda hər ay cəmi 705 manat sabit pul məbləğində alimentinbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə evlənərək nikahını Ağsu Rayonu VVADQ şöbəsində xx.xx.2007-ci il tarixdə 93 say X11 Akt Qeydi ilə qeydiyyata aldırmışdır. Onların Cavabdeh ilə birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdl X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 adında 3 övladı doğulmuşdur. Ailə münasibətiləri pozulduğundan Ağsu Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2 (016)-421/2019 saylı qətnaməsi ilə nikahı pozulmuş, birgə nikahından doğulmuş uşaqlar ananın himayəsində qalaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pu məbləğində hər ay bir uşağa 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Bundan sonra, o X6 alimentin artırılması barədə iddia tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-7586/2021 saylı qətnaməsi ilə aliment məbləğ artırılaraq sabit pul məbləğində hər ay hər uşağa 140 manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir. Onların birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdl X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötəri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-7586/2021 saylı qətnaməsi ilə hər uşaq üçün müəyyən olunmuş aylıq 140 mana alimentin məbləğinin dəyişdirilərək hər ay hər uşaq üçün 235 manat müyyən edilməsi barədə qətnamə çıxarılmasını istəyir. xx.xx.2024-cü il tarixdən uşaqlar üçün minimum ehtiyac meyarının məbləği 235 manat müəyyən edildiyindən alimentin məbləğinir artıraraq hər uşaq üçün 235 manat məbləğində ödəməyi Cavabdeh təklif etmişdir. Lakin 10 gündən çox zamaı keçməsinə baxmayaraq o, təklifinə heç bir münasibət bildirməmişdir. Beləliklə Cavabdeh bu günə kimi təklifinə heç bir cavab verməmiş və təklifini icra etməmişdir. Ona görə də ailə mübahisəsi ilə bağlı mediasiya təşkilatına müraciət etməli olmuşdur. X7 ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün imtina barədə xx.xx.2024-cü il tarixl, MSB18-2024/00657 saylı arayış verilmişdir. “X13” Azərbaycan Respublikası Qanununa əsasən: xx.xx.2024-cü il tarixdən əhalinin əsas sosial-demoqrafil qrupları üzrə yaşayış minimumu uşaqlar üçün 235 manat miqdarında müəyyən olunmuşdur. Ona görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-7586/2021 saylı qətnaməsi ilə hər uşaq üçün müəyyən edilmiş 140 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq bir uşaq üçün hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Onun uşaqlarının ikisinin xəstəliyi var və onların xəstəlikləri ilə əlaqədar olaraq o heç bir yerdə işləyə bilməmişdir. Uşaqlarından qızı Aylin (serebiral iflic) və balaca oğlu Yusif (anadangəlmə ağır dərəcəli eşitmə əngəlli olduğu üçün beyin əməliyyatı olunaraq implant daşıyıcısıdır) hər ikisi xüsusi qulluğa və qayğıya ehtiyacları vardır. Onlar iddiaçı ilə birlikdə Kürdəmiı rayonu, Qaraqocalı kəndində yaşayarkən iddiaçı Cavabdeh Kürdəmir rayonunda "Ataş" studiyası adlı Video və Foto çəklişlə, ilə məşğul olub və indi də toylarda video çəkən işləyir. Çünki hal hazırda minimum ehtiyac meyyarı bir uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir. Uşaqlar hər üçü məktəblidilər. Onların müalicələri, yeməkləri, məktəbli ləvazimatları, geyimləri, istirahət və əyləncə hüquqları ilə bərabər təhsil almaq hüquqları da var. Hal hazırda böyük övladı Səbahəddin 11-ci sinifdə oxuyur və onun əlavə hazırlıqları var. 420 manat pul heç o uşaqların birinin aylıq xərcini ödəmir. Ona görə də özü də məcbur qalaraq işləyib uşaqları yaxşı təhsil ala bilmələri üçün çalışır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddianın mahiyyəti indeksasiya xarakteri daşıdığından bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 Cavabdeh qarşı “alimentin artırılması” hissəsi üzrə iddia ərizənin icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-553/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-553/2025
23.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver