Məhkəmə qərarları › İş №e-2(008)-5628/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5628/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5628/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxx" ASC-nin Cavabdeh qarşı “kredit borcu üzrə yaranmış borcun tutulması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcu üzrə yaranmış borcun tutulması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "Azərbaycan Beynəlxalq Bankf ASC- nin xeyrinə kredit borcu üzrə Banka ödənilməmiş borcu - 826.47 (səkkiz yüz iyirmi altı manat, qırx yeddi qəpik) manat məbləğində əsas borc, 204.91 (iki yüz dörd manat, doxsan bir qəpik) manat isə faiz borc olmaqla, cəmi 1031.38 (min otuz bir manat, otuz səkkiz qəpik) manat borc pul və 30.32 (otuz manat, otuz iki qəpik) manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Əhmədov Həbib Məzahir oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 3PM**********79 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 30 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə hesablanmaqla, 1100 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ile müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 Məzahir oğlu 12.04 2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 17 saylı Notariat ofisi tərəlndən verilən məlumata əsasən Əhmədov Həbib Məzahir oğlunun vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixli ərizə ilə vərəsə Cavabdeh miras əmlakını qəbul etmiş və xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.4 kv m. olan fərdi yaşayış evindən ibarətdir. Maliyyə arayışına əsasən, Əhmədov Həbib Məzahir oğlundan kredit borcu üzrə Banka ödənilməmiş borcu - 826.47 manat əsas borc, 204.91 manat faiz borcu olmaqla, cəmi 1031 38 manat borcu qalmışdır. Cavabdeh Əhmədov Həbib Məzahir oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "Azərbaycan Beynəlxalq Bankı” ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəfindən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, nazırki mübahisə üzrə iddia qiyməti 1031.38 manat olduğundan, tərəfindən 30.32 marat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını və mülki işin təmin edilməsini xahiş etmişdir, cavabdeh məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. -Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Əhmədov Həbib Məzahir oğlu arasında bağlanmış BPM**********79 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank Borcalana 30 ay müddətinə, 21 faiz dərəcəsi ilə, 1100 (min yüz) manat məbləğində kredit vermişdir; - "xxxx" ASC ilə Əhmədov Həbib Məzahir oğlu arasında bağlanmış BPM**********79 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, borclu sonuncu ay 47.08 manat ödəməklə hər ay 47.45 manat ödəniş etməlidir. Maliyyə arayışından görünür ki, Əhmədov Həbib Məzahir oğlunun xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcu 826.47 manat, faiz borcu 204.91 manat təşkil edir. xx.xx.2024-cü il tarixli 6-2-22/2-23453/2024 nömrəli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixki qanunu üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Əhmədov Həbib Məzahir oğlundan miras qalmış əmlakı ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh qəbul etmiş və xx.xx.2023-cü il tarixdə 2V-382 nömrəsi ilə reyestrdə qeyd edilmiş vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılmasıvə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1038-ci maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə araşdırması zamanı məlum məlum olmuşdur ki, iddiaçı ilə Əhmədov Həbib Məzahir oğlu arasında xx.xx.2022-ci il tarixində 30 ay müddətinə kredit müqavilələri bağlanmışdır. İddiaçı müqavilə üzrə tərəflər arasında nəzərdə tutulmuş öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin müqavilənin digər tərəfi olan ilə Əhmədov Həbib Məzahir oğlu müqavilənin icra müddəti bitməmiş və öhdəlik tam olaraq icra olunmadan xx.xx.2023-cü il tarixində vəfat etmişdir və qanuni üzrə vərəsəliyi isə hazırki Cavabdeh qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinin təlbindəndə göründüyü kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil olduğundan və hazırdakı Cavabdeh xx.xx.2022-ci il tarixli müqavulə üzrə 826.47 (səkkiz yüz iyirmi altı manat, qırx yeddi qəpik) manat məbləğində əsas borc, 204.91 (iki yüz dörd manat, doxsan bir qəpik) manat isə faiz borc olmaqla, cəmi 1031.38 (min otuz bir manat, otuz səkkiz qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30.32 dövlət rüsumunun və 0.40 (qırx) qəpik xidmət haqqı əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 826.47 (səkkiz yüz iyirmi altı manat, qırx yeddi qəpik) manat məbləğində əsas borc, 204.91 (iki yüz dörd manat, doxsan bir qəpik) manat isə faiz borc olmaqla, cəmi 1031.38 (min otuz bir manat, otuz səkkiz qəpik) manat borc pul və 30.32 (otuz manat, otuz iki qəpik) manat dövlət rüsumu, 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar