Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-563/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi zərərin əvəzinin tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı1 xeyrinə ona vurulmuş maddi zərərə görə 22.647,80 (iyirmi iki min altı yüz qırx yeddi manat səksən qəpik) manatın və İddiaçı2 xeyrinə ona vurulmuş maddi zərərə görə 29.105,10 (iyirmi doqquz min yüz beş manat on qəpik) manatın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf etmədi, etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçılar, habelə onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 1(004)-7/2021 saylı hökmü ilə (sədrlik edən hakim Günel Əkbərli) X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 29 oktyabr 2019-cu il tarixdən 30 oktyabr 2019-cu il tarixədək tutulduğu 01 (bir) gün müddətin bir günü ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla cəzasından çıxılması və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində “həbs” qətimkan tədbiri seçilməsi, məhkəmə iclas zalından dərhal həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 23 aprel 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı2 və İddiaçı1 mülki iddia ərizələrinin qismən təmin edilməsi, zərərçəkmiş şəxs İddiaçı1 vurulmuş maddi zərərə görə 22.647,80 (iyirmi iki min altı yüz qırx yeddi manat səksən qəpik) manat və dövlət rüsumunun əvəzi 31 (otuz bir) manat, cəmi 22.678,80 (iyirmi iki min altı yüz yetmiş səkkiz manat səksən qəpik) manatın mülki Cavabdeh tutularaq ona ödənilməsi, İddiaçı2 vurulmuş maddi zərərə görə 29.105,10 (iyirmi doqquz min yüz beş manat on qəpik) manat və dövlət rüsumunun əvəzi 31 (otuz bir) manat, cəmi 29.136,10 (iyirmi doqquz min yüz otuz altı manat on qəpik) manatın mülki Cavabdeh tutularaq ona ödənilməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Zəki Babayev) 26 may 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 1(004)-7/2021 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş və təqsirləndirilən şəxsə bəraət verilmişdir. Bununla da zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı pul tələbi ilə bağlı mülki iddiaları baxılmamış saxlanılmışdır. Zərərçəkmiş şəxsin vəkilləri tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respubkiasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ələsgər Novruzov) 04 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda hökm qanuni qüvvəsini almışdır. Həmin cinayət işində müəyyən olunmuşdur ki, mülki iddiaçının zərərçəkmiş şəxs qismində tanınmış olduğu cavabdehin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarında verilmiş ittihama əsasən mülki iddiaçılara, yəni zərərçəkmiş şəxs İddiaçı1 vurulmuş maddi zərərə görə 22.647,80 (iyirmi iki min altı yüz qırx yeddi manat səksən qəpik) manat və dövlət rüsumunun əvəzi 31 (otuz bir) manat, cəmi 22.678,80 (iyirmi iki min altı yüz yetmiş səkkiz manat səksən qəpik) manat və İddiaçı2 vurulmuş maddi zərərə görə 29.105,10 (iyirmi doqquz min yüz beş manat on qəpik) manat və dövlət rüsumunun əvəzi 31 (otuz bir) manat, cəmi 29.136,10 (iyirmi doqquz min yüz otuz altı manat on qəpik) manat, ümumilikdə 51.814 (əlli bir min səkkiz yüz on dörd ) manat məbləğində maddi zərər vurmuşdur. Qeyd olunan faktlar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 1(004)-7/2021 saylı hökmündə öz təsdiqini tapmışdır. Belə ki, mülki cavabdeh mülki iddiaçılardan biznes adı ilə müxtəlif vaxtlarda pul aldığını etiraf etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, hər iki iddiaçının iddia tələbi yalan və əsassızdır. Belə ki, hər iki iddiaçı iddia tələbini belə əsaslandırıb ki, iddia tələbində göstərdikləri məbləğin Cavabdeh tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Cavabdeh barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi G.Əkbərlinin 23 aprel 2021-ci il tarixli 1(004)-7/2021 saylı hökmü ilə olan cinayət işinin materialları ilə bir daha təsdiq olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 1(004)-7/2021 saylı hökmü ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edidi. Həmin hökmlə zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 mülki iddia ərizələri qismən təmin edilərək zərərçəkmiş şəxs İddiaçı1 vurulmuş maddi zərərə görə 22.647,80 (iyirmi iki min altı yüz qırx yeddi manat səksən qəpik) manat və dövlət rüsumunun əvəzi 31 (otuz bir) manat, cəmi 22.678,80 (iyirmi iki min altı yüz yetmiş səkkiz manat səksən qəpik) manat, zərərçəkmiş şəxs İddiaçı2 vurulmuş maddi zərərə görə 29.105,10 (iyirmi doqquz min yüz beş manat on qəpik) manat və dövlət rüsumunun əvəzi 31 (otuz bir) manat, cəmi 29.136,10 (iyirmi doqquz min yüz otuz altı manat on qəpik) manat pulun mülki Cavabdeh tutularaq onlara ödənilməsi qərara alındı. Həmin hökmdə Yasamal RPİ-nin depozitində saxlanılan 850 (səkkiz əlli) manat pulun zərərçəkmiş şəxs və mülki İddiaçı2 qaytarılması qərara alındı. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 05 oktyabr 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Həmin hökmdə qeyd edilmişdir ki, zərərçəkmiş şəxslər və mülki iddiaçılar-İddiaçı1 və İddiaçı2 Cavabdeh qızma qarşı pul tələbinə dair mülki iddiaları baxıl mamış saxlanılsın. Zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh qarşı mülki iddia ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Yasamal Rayon Polis İdarəsinin depozitində saxlanılan 850 (səkkiz əlli) manat məbləğində pul Cavabdeh geri qaytarılsın. Göründüyü kimi bakı şəhəri Yasamal Rayon Məhkəməsinin onun barəsində olan hökmündə iddia tələbi ilə bağlı qeyd edilən pul məbləği ona verilmiş əsassız ittihamda göstərilən məbləği ifadə etmişdir. Lakin apellyasiya məhkəməsi həmin hökmü qanunsuz və əsassız hesab edərək barəsində bəraət hökmü çıxardı və mülki tələbi baxılmamış saxladı. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin barəsində olan hökmündə qeyd edilən pul məbləği hal-hazırkı iddia tələbi ilə bağlı sübut hesab edilə bilməz. Apellyasiya məhkəməsinin hökmü ilə ona qaytarılması nəzərdə tutulan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin depozitində saxlanılan 850 manat pul əslində məhkəmə prosesi zamanı İddiaçı2 tərəfindən götürülmüşdür. O, barəsində olan cinayət işinin istintaqında da və eyni zamanda məhkəmə proseslərində də dəfələrlə qeyd etmişdir ki, o, 1996-cı ildən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində kitabxana müdirəsi işləyir. İş yoldaşı Sevda Bağızadə ilə həmin vaxtdan yaxın dostluq münasibətləri yaranmış, hətta bir evli kimi olmaqla onun bütün ailə üzvlərini, o cümlədən ərini və bacılarını da tanımışdır. O, 2016-cı ilin aprel ayında Sevdanın bacısı Rəsmiyyə Əliyevaya 2.000 (iki min) manat borc pul verdi. Belə ki, Sevda bacısı Rəsmiyyə üçün qızıllarını lombarda qoymuş, Rəsmiyyə isə lombardın pulunu qaytara bilməmiş və buna görə çıxılmaz vəziyyətdə qalmışdır. Həmin vaxt o, ünvan 1 ünvanında kirayədə yaşamış, kirayə haqqını mənzil sahibi ilə razılaşmama əsasən 4-5 aya birdəfəlik olaraq, əsasən də yay tətilinə çıxarkən ödəmişdir. Bu səbəbdən o, yanvar ayından kirayə haqqı üçün yığdığı 2.000 (iki min) manat pulu 2016-cı ilin aprel ayında Rəsmiyyəyə 1 ay ərzində, yəni mayda qaytarılması şərti ilə borc olaraq verdi. Lakin razılaşdırılmış vaxtda Rəsmiyyə onun pulunu geri qaytara bilmədi. Bundan sonra o, kirayə haqqını ödəmək üçün Şəhladan onun bacısı Sevdanın vasitəsi ilə həmin tarixin məzənnəsi ilə 5.000 (beş min) manat təşkil edən 3.500 (üç min beş yüz) ABŞ dolları pul vəsaitini 10 faizə borc aldı. Bir aydan sonra o, iş yerində Sevdaya dedi ki, Şəhlanın pulunu qaytara bilər, ancaq Şəhla razı olarsa pulu hələlik qaytarmasın, özünə şirniyyat sexi açmaq istəyir, sexi açıb qazanc əldə etdikdən sonra borcu qaytarar. Sevda isə Şəhla ilə danışıb nəticəsini ona deyəcəyini bildirdi. Ertəsi gün Sevda iş yerində ona dedi ki, “narahat olma, əri Rza ilə danışmışdır, Rza onun yerinə 3.500 ABŞ dollarını Şəhlaya qaytaracağını, ancaq Şəhlanın bunu bilməməsini, faizlə istəyirsə faizi ona ödəməsini bildirdi. Rza onun əvəzindən həmin 3.500 ABŞ dollarını Şəhlaya qaytarmış, o da 3.500 ABŞ dollarına görə hər ay Rzaya 400 manat faiz vermişdir. Daha sonra isə o, Rzadan aldığı pulun qalan hissəsini Rəsmiyyədən aldığı pulun əvəzi kimi qəbul edib qaytarmadı. Belə ki, aldığı 3.500 ABŞ dollar pulun 2.000 (iki min) manatı ona məxsus olmuşdur. Çünki Rəsmiyyə ona borclu olduğu pulu geri qaytarmadı. 2016-cı ilin iyun ayında işdə olarkən Sevda ondan şirniyyat sexini açıb-açmamağını soruşdu, o isə sexi açmaq üçün ona əlavə pul lazım olduğunu bildirdi, Şəhla kartındakı hesabında pul olduğunu, istəsə çıxarıb ona verəcəyini dedi. Sevda ona Şəhladan pul almağa tələsməməyini, əri Rza ilə danışacağını, onun bankda pulu olduğunu, ancaq Rzanı razı salmaq üçün onun Rza ilə görüşüb danışmağını bildirdi. O, Sevda ilə razılaşdı və Rza ilə onun görüşünü təşkil etməsini təklif etdi. Təxminən 2016-cı ilin iyun ayının sonlarında Sevda iş yerində olarkən ona dedi ki, Rza bankdan 10.000 manat pul çıxarıbdır, evdə əri ilə danışıb onu razı salıbdır, işdən sonra onu görüşdürə bilər. Sevda həmin gün saat 17 radələrində “Gənclik Mall” ticarət mərkəzində İddiaçı2 ilə onu görüşdürdü. Rza ona pulu bankdan 1 faizlə çıxardığını, ona 6 faizlə verəcəyini bildirdi, o da razılaşıb Rzadan Sevdanın və qızının yanında 10.000 manat pul aldı. Rzadan aldığı 10.000 manatın bir hissəsini dollar edərək əvvəldən alıb xərclədiyi 3.500 ABŞ dolların üstünü düzəltdi. Həmin vaxtlarda Sevdanın bacısı Rəsmiyyə onda pul olduğunu bilib 1 aydan sonra qaytarmaq şərti ilə qızının diplomunu almaq üçün ondan borca pul istədi. O da Rzadan aldığım 10.000 manat puldan qalan 6.500 manatı Rəsmiyyəyə verdi. Rəsmiyyə pulu alarkən ondan pul aldığını Rzanın bilməməsini xahiş etdi. O, Rzadan pulu faizlə alsa da, Rəsmiyyəyə faizsiz olaraq verdi. Aradan bir az keçmiş Rəsmiyyə ona yenə zəng edib əlavə pul istədi. O, Rzanın verdiyi puldan qalan 3.500 ABŞ dolları Rəsmiyyə ilə metronun “28 May” stansiyasında görüşərək ona verdi. Rəsmiyyə 2016-cı ilin ortalarında onunla İctimai TV-nin qarşısında görüşüb öz maaş kartını ona verdi. Belə razılşdılar ki, Rəsmiyyə əmək haqqı verilən vaxtı ona xəbər edəcək, o da kartdan Rəsmiyyənin əmək haqqını almaqla ona verdiyi pulun ödənişinə çıxacaq. xx.xx.2016-cı ildə Rəsmiyyə kartının iş yerində lazım olduğunu deyib ondan geri alaraq 2 gündən sonra yenidən qaytarıb dedi ki, iki gündən sonra maaşı köçürüləcəkdir, kartı bankomata salıb maaşı çıxara bilər. O, həmin kartı metronun “Neftçilər” stansiyasının yaxınlığında quraşdırılmış bankomata salan kimi bankomat kartı uddu. O, Sevdaya iş yerində narazılığını bildirdi ki, Rəsmiyyə pulu qaytarmaq istəmir, ona açıq desin, nə üçün kartı ona verib sonra özü də kartı bağlatdırır. Bundan sonra Rəsmiyyə ona başqa maaş kartı vermədi və ondan borca aldığı 6 500 manatı və 3.500 ABŞ dollarını geri qaytarmadı. İndiyə kimi Rəsmiyyə həmin pulları ona qaytarmamışdır. O, 2016-cı ilin iyul ayında İddiaçı2 ilə metronun “Neftçilər” stansiyasında görüşüb ona 1.050 manat pul verdi. 2016-cı ilin avqust və sentyabr aylarında Rza ilə “Gənclik Mall” ticarət mərkəzində görüşüb dəqiq məbləğini bilməsə də, ona hər dəfəsində təxminən 600-700 ABŞ dolları pul verdi. Bundan sonra Rza ilə görüşməmiş, yalnız Rzanın arvadı Sevda ilə iş yerində görüşüb iki dəfə, yəni 2016-cı ilin oktyabr ayında 1.050 manat, noyabrda isə yenə iş yerində dəqiq xatırlamadığı miqdarda pul vermişdir. Bundan əlavə Sevdaya iş yerində 2016-cı ilin dekabr ayında 1.100 manat, bir gün sonra isə 450-500 manat pul vermişdir ki, Rzaya olan borcundan ödəsin. O, ümumilikdə Rzaya 3.250 ABŞ dolları və 4.750 manat pul ödəmişdir. O, İddiaçı2 ümumilikdə 10.000 manat və 3.500 ABŞ dolları pul almış, ondan 10.000 ABŞ dolları almamışdır. Rzadan aldığı pulun Rəsmiyyəyə verilməsi və qaytarılmış pullar nəzərə alınsa ümumiyyətlə onun İddiaçı2 borcu qalmamışdır. O, İddiaçı2 ümumilikdə 10.000 manat və 3.500 ABŞ dolları pul vəsaitini 6 faizlə borc almışdır. Həmin 10.000 manat pulun 2.000 (iki min) manatını Rəsmiyyənin ona olan borcuna hesablamış, qalan 8.000 (səkkiz min) manat pulu isə Rəsmiyyənin xahişi ilə ona vermişəm. Aldığım pul vəsaitini Rəsmiyyəyə verməyimə baxmayaraq mən Rzadan aldığım 10.000 manat pulu, 3 ay ərzində hissə-hissə aylıq faizi ilə birlikdə, yəni 12.000 manat olaraq tam şəkildə qaytarmışdır. O, Rzadan aldığı 10.000 manata görə ayda 1.050 (bir min əlli) manat, 3.500 ABŞ dollar borcuna görə isə ayda 600 (altı yüz) manat ödəniş etmişdir. İlkin ödənişləri 2016-cı ilin Qurban bayramı ərəfəsində “Neftçilər” metrostansiyasının yaxınlığında Rzanın özünə etmişdir. O, 2016-cı ilin iyul-avqust aylarında Rzanın özünə ödəniş etdikdən sonra Sevda ona bildirdi ki, ödənişləri Rzaya deyil, onun özünə etsin. Bundan sonra o, sentyabr ayında işlədiyim kollecdə dərslər başladıqdan sonra ödənişləri Sevdanın özünə vermişdir. İddiaçı-Şəhla (Hacızadəyə) Kazımovadan isə 2016-cı ilin avqust ayında bacısı Sevda vasi təsilə 6.500 ABŞ dolları borc almışdır. Şəhla pulun verilməsi ilə bağlı ondan heç bir sənəd tələb etməmişdir. Həmin pulu almaqda məqsədi şirniyyat işi ilə məşğul olmaq və ya şirniyyat sexi açmaq olmuşdur. Belə ki, o,uzun müddət iş yerinin bufetində evdə özünün hazırladığı şirniyyatları satıb qazanc əldə etmişdir. Buna görə bu fəaliyyətini genişləndirmək niyyətində olmuşdur. O, Şəhladan borc aldığı həmin puldan şirniyyat işi ilə bağlı xərcləmiş və Rzaya da həmin puldan faiz ödəmişdir. 10 gündən sonra Şəhla ona əlavə olaraq 9.000 ABŞ dollar vermişdir. O, Şəhladan aldığı pul ilə şirniyyat bişirmək üçün 2 ədəd peç və bir neçə xatırlamadığı avadanlıq almışdır. Aldığı avadanlıqlara isə nə qədər pul xərclədiyini xatırlamır. O, Şəhlanın pulunu tam qaytara bilməsə də, ona hissə-hissə olmaqla 6.500 ABŞ dolları pul qaytardı. Borcunu tam qaytara bilmədikdə Şəhla və Rza ondan şikayət etdilər. Onlar yalandan ona şər ataraq şikayətlərində bildirdilər ki, guya o, onlardan pul alaraq Naxçıvan Muxtar Respublikasında tanışı ilə birlikdə konserv zavodu açacaq, həmçinin Bakı şəhərində də həmin zavodun filialını açacaq, onları həmin zavodda işlə təmin edəcək. Bütün bunlar hamısı yalan və uydurma idi. Halbuki Bakı şəhərində şirniyyat sexi açmaq üçün borc almışdı. O, Şəhla Kazımovadan ümumilikdə 10 faizlə 15.500 (on beş min beş yüz) ABŞ dollar borc almışdı. Şəhla ilkin olaraq 6.500 (altı min beş yüz) ABŞ dolları Sevda vasitəsilə ona göndərmişdir. Həmin pul vəsaitini o, Sevdadan alanda içərisində əlyazma ilə bir tərəfində “6711 $-70 $ (bank xərci) / 6641 qaldı, 100 man. ona qalanı verdim ona (borca) ”, digər tərəfində isə “270 $ * 1,480-399 man 60 qəp Şəhla” qeydlər olan kiçik vərəq ilə göndərmişdi. (Həmin qeydi etiraza əlavə edir). Şəhla pulu verərək ondan əvvəlcədən 399 manat faiz pulunu almışdır, hətta bir dəfə pulun faizi olaraq 400 (dörd yüz) manat pulu digər iş yoldaşları Mehriban Niftəliyeva vasitəsilə Sevdaya çatdırmışdı. Həmin faiz pulunu dolların kursu ilə hesablayıb vermiş və pulun üzərinə qəpiyi də əlavə etmişdi. M.Niftəliyeva onun vasitəsilə Sevdaya pul verməyini təsdiq etmişdir. O, Şəhladan aldığı pula öz işini qurmaq üçün aldığı 2 ədəd peç və digər qab-qacaq ləvazimatları ilə ev şəraitində istifadə etmişdir. O, həmin əşyaları 2016-cı ildə qazanc əldə etmək üçün alsam da, lakin sonradan öz işini qura bilmədi. Barəsində Şəhla tərəfindən şikayət verilərkən onun Şəhlaya 15.500 ABŞ dollardan manat məzənnəsi ilə cəmi 8.000 (səkkiz min) manat borcum qalmışdı. Belə ki, o, 8.000 manatadək olan borcunu Şəhla Kazımovanın öz iş yerinin qarşısında ona qaytarmışdır. Qalan 8.000 manat borcunu isə istintaq müddətində tam şəkildə ödəmişdir. Belə ki, o, cinayət işi Yasamal Rayon Polis İdarəsinin İŞ-nin sabiq müstəntiqləri olmuş Ramil Məmmədov və Ceyhun Kərimovun icraatlarında olduğu müddətdə hər birinə ayrı-ayrılıqda 4.000 manat, cəmi 8.000 (səkkiz min) manat pul ödəmişdir. X10 ödədiyi 4.000 manatın bir hissəsini, yəni 250 manat, 300 manat və 350 manatı qəbzlə vermiş, qalan hissəsini isə qəbzsiz cinayət işi üzrə aparılan ibtidai istintaq müddətində hüquqlarını müdafiə etmiş, hazırda vəfat etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vidadi Məmmədovun yanın da vermişdir. Digər müstəntiq Ceyhun Kərimova isə 4.000 manat pulu protokolla vermişdir. Ona görə də hazırda onun Şəhla Kazımovaya hər hansı məbləğdə borcu qalmamışdır. İddia ərizəsinə etiraza əlavə olaraq bildirir ki, Şəhla və Rza ona təzyiqlər etdiklərinə görə o, çoxlu dərman qəbul edərək özünə qəsd etdi və həmin fakt üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılarkən İddiaçı2 və Şəhla Kazımova pulu ona faizlə borca verdiklərini bildirmişlər. Ancaq şikayət ərizələrində isə qeyd etmişlər ki, guya o, onlardan pulu Naxçıvanda şirə zavodu açmaq adı ilə almışdır. Bütün bunlar iddiaçıların iddia tələbinin tamamilə əsassız və yalan olduğunu göstərir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, Şəhla Kazımovadan aldığı pulu iş yoldaşı olan bacısı Sevda Bağızadə vasitəsilə göndərmişdir. O, hər dəfə pulu bacısı Sevdaya verəndə öz istifadəsində olan (055) ***-**-** nömrəsindən Kazımova Şəhlanın (077) ***-**-** və (050) ***-**-** nömrəsinə, habelə (012) ***-**-** ev nömrəsinə zəng edərək pulu göndərməsini bildirmiş və SMS yazışması aparmışdır. Bundan başqa öz istifadəsində olan (055) ***-**-** Vatsap nömrəsindən Kazımova Şəhla ya zəng etmiş və yazışmışdır. Bundan başqa öz istifadəsində oian (055) ***-**-** nömrəsindən və eləcə də (055) ***-**-** Vatsap nömrəsindən X5 istifadəsində olan (055) ***-**-** nömrəsinə, digər bacıları X1 istifadəsində olan (050) ***-**-** nömrəsinə, habelə digər bacısı X2 istifadəsində olan 050 *** ** ** nömərsinə vatsap yazışmaları aparmışdır. Hətta iddiaçı-İddiaçı2 istifadəsində olan 055 ***-**-** mobil nömrəsindən 2016-cı ilin təxminən dekabr ayında onun istifadəsində olan mobil telefona SMS yazaraq bildirmişdir ki, «Sevdaya verdiyin pullar çatdı mənə, aramızda qaldı 400 manat, onu da verərsən». Bütün bu yazışmalar onun istifadəsində olan «NOKİA» markalı telefonu ilə aparılmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh ona olan 15.500 ABŞ dolları və 2000 manat borcundan 4000 manat qaytarmış, qalan borcunu isə ödəməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh ona olan 13.500 ABŞ dolları və 10.000 manat borcundan cəmi 1150 (800+350) manat ödəmiş, qalan borcunu isə bugünədək qaytarmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil3 iddiaçıların izahatlarındakı xüsusatları təsdiq edərək, iddia tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddiaçıların izahatlarındakı xüsusatları təsdiq edərək, iddia tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdehin izahatındakı xüsusatları təsdiq edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 iddia ərizəsinin verilməsi üçün 158 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı2 iddia ərizəsinin verilməsi üçün 178 manat dövlət rüsumu ödəmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-7/2021 №-li xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 29 oktyabr 2019-cu il tarixdən 30 oktyabr 2019-cu il tarixədək tutulduğu 01 (bir) gün müddətin bir günü ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla cəzasından çıxılması və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından dərhal həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, Cavabdeh hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 23 aprel 2021-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 mülki iddia ərizələrinin qismən təmin edilməsi, zərərçəkmiş şəxs İddiaçı1 vurulmuş maddi zərərə görə 22.647,80 (iyirmi iki min altı yüz qırx yeddi manat səksən qəpik) manat və dövlət rüsumunun əvəzi 31 (otuz bir) manat, cəmi 22.678,80 (iyirmi iki min altı yüz yetmiş səkkiz manat səksən qəpik) manatın mülki Cavabdeh tutularaq ona ödənilməsi, zərərçəkmiş şəxs İddiaçı2 vurulmuş maddi zərərə görə 29.105,10 (iyirmi doqquz min yüz beş manat on qəpik) manat və dövlət rüsumunun əvəzi 31 (otuz bir) manat, cəmi 29.136,10 (iyirmi doqquz min yüz otuz altı manat on qəpik) manatın mülki Cavabdeh tutularaq ona ödənilməsi, Yasamal RPİ-nin depozitində saxlanılan 850 (səkkiz əlli) manatın zərərçəkmiş şəxs və mülki İddiaçı2 geri qaytarılması, məhkəmə ekspertizası tədqiqatlarnın dəyəri olan cəmi 361,17 (üç yüz altmış bir manat on yeddi qəpik) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməsi hökm edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1152/2021 №-li xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, məhkum edilmiş şəxs Cavabdeh müdafiəçisi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Vəkil2 Humsi oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili X13 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə məhkum edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(022)-04/2019 saylı 23 aprel 2021-ci il tarixli hökmünün məhkum edilmiş şəxs Cavabdeh müdafiəçisi Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv edilməsi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal həbsdən azad olunması, Cavabdeh pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iddialarının baxılmamış saxlanılması, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh qarşı mülki iddia ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi, Yasamal rayon Polis İdarəsinin depozitində saxlanılan 850 (səkkiz əlli) manat məbləğində pulun Cavabdeh geri qaytarılması hökm edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-412/2022 №-li xx.xx.2022-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birlikdə verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli hökmünün zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1152/2021 №-li xx.xx.2021-ci il tarixli hökmü qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə, iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1152/2021 №-li xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, «...apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı2 ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələrinə oxşar məzmunlu ifadə verərək göstərdi ki, o, 11 may 2016-cı il tarixdə “NBC” bankdan 10.000 ABŞ dolları pulu götürüb həmin gün Aynurla əlaqə saxlayaraq Bakı şəhəri Nərimanov rayonu X19 küçəsində metronun “Gənclik” stansiyasının yaxınlığında onunla görüşərək həmin 10.000 ABŞ dolları pulu Aynura vermişdir. Növbəti dəfə 25 may 2016-cı ildə həmin ünvanda Cavabdeh 10.000 manat və sonuncu dəfə 28 may 2016-cı il tarixdə yenə həmin ünvanda Cavabdeh 3.500 ABŞ dolları məbləğində pul vermişdir. Beləliklə o, üç dəfəyə ümumilikdə Cavabdeh 10.000 manat və 13.500 ABŞ dolları məbləğində pul vermişdir. Həmin pul vəsaitindən 3.500 ABŞ dollarını nağd olaraq öz yaşadığı evdən götürüb vermiş, digər pul vəsaitlərini isə bankdan çıxarıb vermişdir. Bankdan götürdüyü pulun bir hissəsini öz depozit hesabından, bir hissəsini isə kredit olaraq götürmüşdür. Pul vəsaitlərini Aynura verərkən isə onların yanında heç kim olmamışdır. Hazıradək Cavabdeh ona cəmi bir dəfə poçt vasitəsilə 350 manat pul ödəmiş, bundan başqa həmin puldan nə ona, nə də arvadı Sevdaya ödəniş etməmişdir... ...Apellyasiya məhkəməsinin iclasında ifadə vermiş məhkum edilmiş şəxs Cavabdeh ifadə verərək göstərdi ki, hazırda onun İddiaçı2 borcu qalmamışdır. O, İddiaçı2 ümumilikdə 10.000 manat və 3.500 ABŞ dolları pul vəsaitini 6 faizlə borc almışdır. Həmin 10.000 manat pulun 2.000 manatını Rəsmiyyənin ona olan borcuna hesablamış, qalan 8.000 manat pulu isə Rəsmiyyənin xahişi ilə ona vermişdir. Aldığı pul vəsaitini Rəsmiyyəyə verməsinə baxmayaraq o, Rzadan aldığı 10.000 manat pulu, 3 ay ərzində hissə-hissə aylıq faizi ilə birlikdə, yəni 12.000 manat olaraq tam şəkildə qaytarmışdır. O, Rzadan aldığı 10.000 manata görə ayda 1.050 manat, 3.500 ABŞ dollar borcuna görə isə ayda 600 manat ödəniş etmişdir... ...Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, zərərçəkmiş şəxs İddiaçı2 ifadələrində Cavabdeh 11 may 2016-cı il tarixdə 10.000 (on min) ABŞ dolları, 25 may 2016-cı il tarixdə 10.000 (on min) manat, 28 may 2016-cı il tarixdə isə 3.500 (üç min beş yüz) ABŞ dolları verdiyini, Aynurun ona cəmi 350 manat ödədiyini bildirdiyi halda, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı2 yalnız 2016-cı ilin may ayında 3.500 (üç min beş yüz) ABŞ dolları və 2016-cı ilin iyun ayında 10.000 (on min) manatı aylıq 6 faizə sələmə aldığını, İddiaçı2 10.000 ABŞ dolları almadığını, sonuncuya borclarını tam qaytardığını, 10.000 manata görə 1.050 manat faiz, 3.500 ABŞ dollarına görə isə 600 manat faiz ödədiyini göstərmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Sevda Bağızadənin ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində əri İddiaçı2 tərəfindən Cavabdeh ilk olaraq 2016-cı ilin may ayında 10.000 manat borc verildiyi göstərilmişdir. (İİ cild iş vərəqi 26-28) Bu fakt isə Cavabdeh İddiaçı2 2016-cı ilin may ayında 3.500 (üç min beş yüz) ABŞ dolları və 2016-cı ilin iyun ayında 10.000 (on min) manat borc alması, İddiaçı2 10.000 ABŞ dolları almadığı barədə ifadələrində göstərdiklərinin həqiqətə uyğun olduğunu, İddiaçı2 ərizə və ifadələrində Cavabdeh 3.500 (üç min beş yüz) ABŞ dolları və 10.000 (on min) manatdan əlavə 10.000 ABŞ dolları da verməsi barədə fikirlərinin həqiqəti əks etdirmədiyini təsdiq edir». Məhkəmə baxışı zamanı İddiaçı2 izahatında Cavabdeh üç dəfə müxtəlif vaxtlarda - 10.000 manat, 3500 ABŞ dolları və 10.000 ABŞ dolları məbləğində pul verdiyini, hər üç məbləğdə pulu verərkən onların yanında heç kimin olmadığını, cavabdehin ona 350 manat və 800 manat olmaqla, cəmi 1150 manat pul qaytardığını, qalan borcunu isə bugünədək ödəmədiyini bildirmişdir. Cavabdeh isə İddiaçı2 10.000 manat və 3500 ABŞ dolları borc pul aldığını, aldığı pulları tam şəkildə İddiaçı2 qaytardığını, sonuncuya borcunun olmadığını, həmçinin, İddiaçı2 10.000 ABŞ dolları məbləğində pul almadığını bildirmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı2 tərəfindən Cavabdeh 10.000 manat və 3500 ABŞ dolları məbləğində borc pul verilmişdir. Cavabdeh həmin puldan İddiaçı2 1150 manat qaytarmışdır. Cavabdeh həmin pulu tam şəkildə İddiaçı2 qaytardığını bildirsə də, bununla bağlı cavabdehin yalnız mülahizə xarakterli izahatı mövcuddur. Cavabdehin izahatı sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də məhkəməyə belə bir sübut təqdim edilməmişdir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, İddiaçı2 11 may 2016-cı il tarixdə “NBC” bankdan 10.000 ABŞ dolları pulu götürüb həmin gün cavabdehə verdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə də qeyd olunan fakt öz təsdiqini tapmamışdır. Bundan başqa, İddiaçı2 həm cinayət işi üzrə, həm də hazırkı iş üzrə məhkəmə iclasında izahatında cavabdehə pul məbləğlərini verən zaman onların yanında heç kimin olmadığını bildirmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı2 tərəfindən Cavabdeh 10.000 ABŞ dolları pulun verilməsi sübuta yetirilmədiyindən, həmin hissədə iddia tələbi əsassızdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri yaranan zaman 1 ABŞ dollarının 1 Azərbaycan manatına olan məzənnəsi 1.50-1.55 manat arası olmuşdur. Ona görə də məhkəmə, cavabdehdən tutulmalı olan borc məbləğinin ABŞ dollarının borc münasibətlərinin yarandığı vaxta olan Azərbaycan manatı məzənnəsinə uyğun 1.50 manatla hesablanaraq tutulmasını ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı2 iddiası qismən əsaslıdır və Cavabdeh 14.100 (10.000-350-800=8850 AZN + 3500 ABŞ dolları x 1.50=5250 AZN) manat tutularaq İddiaçı2 ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, İddiaçı1 iddiası ilə bağlı aşağıdakıları qeyd edir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1152/2021 №-li xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, «apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı1 ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələrlərinə oxşar məzmunlu ifadə verərək göstərdi ki,...o, 05 avqust 2016-cı il tarixdə “NBC” bankda depozit hesabında olan 6.500 ABŞ dolları məbləğində pul vəsaitini çıxarıb Cavabdeh ilə Bakı şəhəri Yasamal rayonu “İnşaatçılar” metrostansiyasının qarşısında görüşüb ona vermişdir. Qeyd olunan pul vəsaitini verərkən qızı Səbinə onun yanında olmuş və pulun verilməsini bilavasitə görmüşdür. O, yenə “NBC” bankdan 10 avqust 2016cı ildə pul götürüb həmin gün Bakı şəhəri Yasamal rayonu metronun “İnşaatçılar” stansiyasının qarşısında Aynurla görüşüb ona əlavə olaraq 5.000 ABŞ dolları pul vermişdir. Bundan təxminən 2-3 gün sonra Aynur yenə onunla telefon əlaqəsi saxlayıb zavoda avadanlıq almaq üçün əlavə olaraq 4.000 ABŞ dolları və 2.000 manat da pul istəmişdir. O, Aynurun istədiyi məbləğdə pulu hazırlayıb 13 avqust 2016-cı ildə ona zəng edərək həmişə görüşdükləri yerdə, yəni Aynurun iş yerinə yaxın olan Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində metronun “İnşaatçılar” stansiyasının yanında görüşərək 4.000 ABŞ dolları və 2.000 manat pulu ona vermişdir. Hazıradək Cavabdeh ona cəmi bir dəfə müstəntiq Ceyhun Kərimov vasitəsilə 4.000 manat pul ödəmiş, bundan başqa alınan ümumi puldan heç bir əlavə ödəniş etməmişdir. Buna görə də o, 2017-ci ilin yanvar ayında Aynurun barəsində Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun və İddiaçı2 şikayətindən sonra həmin materialların araşdırılması Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində davam etdirilərək Cavabdeh barəsində cinayət işi başlanmışdır. X9 təqsirləndirilən şəxs Cavabdeh 2.000 manat pul borcunun olması barədə ümumiyyətlə məlumatı olmamış, Rəsmiyyənin pul borcuyla bağlı Cavabdeh ilə aralarında heç bir danışıq və razılaşma olmamışdır... ...X6 32-C-17 saylı araşdırma materialındakı izahatından görünür ki, o, Aynurla 3 dəfə fərqli günlərdə “İnşaatçılar” metrostansiyasının Şərifzadə küçəsinə çıxış tərəfində görüşmüş və 3 dəfəyə 15.500 ABŞ dolları və 2.000 manat pul vermişdir. Belə ki, görüşlərində pulu sıralama olaraq 6.500 (altı min beş yüz) ABŞ dolları, 5.000 (beş min) ABŞ dolları, 4.000 (dörd min) ABŞ dolları və 2.000 (iki min) manat şəklində vermişdir. Aynur pulu ondan tam aldıqdan sonra bildirmişdir ki, “ən geci 3- 4 aya pulunu qaytaracağam”. Nəinki borcunu, hətta əlavə pul da üstündə verəcəyini bildirmişdir. O, vaxtdan bu günə qədər cəmi 2 dəfə və hər dəfəsində 350 (üç yüz əlli) ABŞ dolları olmaqla pul qaytarıb. Bundan başqa ondan pula ala bilməmişdir... ...Apellyasiya məhkəməsinin iclasında ifadə vermiş məhkum edilmiş şəxs Cavabdeh ifadə verərək göstərdi ki, ... o, 2016-cı ilin aprel ayında Sevdanın bacısı Rəsmiyyə Əliyevaya 2.000 manat borc pul vermişdir. Belə ki, Sevda bacısı Rəsmiyyə üçün qızıllarını lombarda qoymuş, Rəsmiyyə isə lombardın pulunu qaytara bilməmiş və buna görə çıxılmaz vəziyyətdə qalmış, ondan borc istəmişdir. Həmin vaxt o, ünvan 1 ünvanında kirayədə yaşamış, kirayə haqqını mənzil sahibi ilə razılaşmalarına əsasən 4-5 aya birdəfəlik olaraq, əsasən də yay tətilinə çıxarkən ödəmişdir. Bu səbəbdən o, yanvar ayından kirayə haqqı üçün yığdığı 2.000 manat pulu 2016-cı ilin aprel ayında Rəsmiyyə Əliyevaya bir ay müddətinə, yəni may ayında qaytarılması şərti ilə borc olaraq vermişdir. Lakin razılaşdırılmış vaxtda Rəsmiyyə onun borcunu geri qaytara bilməmişdir. Bundan sonra o, kirayə haqqını ödəmək üçün Sevdanın bacısı İddiaçı1 Sevdanın vasitəsi ilə həmin tarixin məzənnəsi ilə 5.000 manat təşkil edən 3.500 ABŞ dolları pul vəsaitini 10 faizə borc almış, kirayə haqqını ödəmişdir. Bir aydan sonra o, iş yerində Sevdaya demişdir ki, Şəhlanın pulunu qaytara bilər, ancaq Şəhla razı olarsa pulu hələlik qaytarmaz, özü şirniyyat sexi açmaq istəyir, sexi açıb qazanc əldə etdikdən sonra qaytarar. Sevda işə Şəhla ilə danışıb nəticəsini deyəcəyini bildirmişdir. Ertəsi gün Sevda iş yerində ona demişdir ki, “narahat olmasın, əri İddiaçı2 ilə danışıbdır, Rza onun yerinə 3.500 ABŞ dollarını Şəhlaya qaytaracağını, ancaq Şəhlanın bunu bilməməsini, faizlə işləyirsə faizi ona ödəməsini bildirmişdir. İddiaçı2 onun əvəzindən həmin 3.500 ABŞ dollarını Şəhlaya qaytarmış, o, da 3.500 ABŞ dollarına görə hər ay Rzaya 400 manat faiz vermişdir. Daha sonra isə o, Rzadan aldığı pulun qalan hissəsini Rəsmiyyədən aldığı pulun əvəzi kimi qəbul edib qaytarmamışdır. Belə ki, aldığı 3.500 ABŞ dollar pulun 2.000 manatı ona məxsus olmuşdur. Çünki Rəsmiyyə ona borclu olduğu pulu geri qaytarmamışdır. İddiaçı1 2016-cı ilin avqust ayında bacısı Sevda vasitəsilə 6.500 ABŞ dollarını ona vermişdir. 10 gündən sonra Şəhla ona əlavə olaraq 9.000 ABŞ dollar vermişdir. O, zərərçəkmiş şəxs İddiaçı1 ümumilikdə 10 faizlə 15.500 ABŞ dollar borc almışdır. Barəsində Şəhla tərəfindən şikayət verilərkən ona 15.500 ABŞ dollardan manat məzənnəsi ilə cəmi 8.000 manat borcu qalmışdır. O, 8.000 manatadək olan borcunu İddiaçı1 öz iş yerinin qarşısında qaytarmışdır. Qalıq qalan 8.000 manat borcunu isə istintaq müddətində tam şəkildə ödəmişdir. Belə ki, o, cinayət işi Yasamal Rayon Polis İdarəsinin İŞ-nin sabiq müstəntiqləri olmuş Ramil Məmmədov və Ceyhun Kərimovun icraatlarında olduğu müddətdə hər birinə ayrı-ayrılıqda 4.000 manat, cəmi 8.000 manat pul ödəmişdir. X10 ödədiyi 4.000 manatın bir hissəsini, yəni 250 manat, 300 manat və 350 manatı qəbzlə vermiş, qalan hissəsini isə qəbzsiz cinayət işi üzrə aparılan ibtidai istintaq müddətində hüquqlarını müdafiə etmiş, hazırda vəfat etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vidadi Məmmədovun yanında vermişdir. Digər müstəntiq Ceyhun Kərimova isə 4.000 manat pulu protokolla vermişdir. Ona görə də hazırda onun zərərçəkmiş şəxs İddiaçı1 hər hansı məbləğdə borcu qalmamışdır... ...Bundan başqa qeyd olunmalıdır ki, zərərçəkmiş şəxs İddiaçı1 ifadələrində Cavabdeh 05 avqust 2016-cı il tarixdə 6.500 (altı min beş yüz) ABŞ dolları, 10 avqust 2016-cı il tarixdə 5.000 (beş min) ABŞ dolları, 13 avqust 2016-cı il tarixdə 4.000 (dörd min) ABŞ dolları və 2.000 (iki min) manat verdiyini, Aynurun ona cəmi 4.000 manat pul ödədiyini bildirdiyi halda, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı1 yalnız 2016-cı ilin avqust ayında bacısı Sevda vasitəsilə 6.500 ABŞ dolları və 10 gündən sonra Şəhlanın özündən əlavə olaraq 9.000 ABŞ dollarını aylıq 10 faizə sələmə aldığını, İddiaçı1 əlavə olaraq 2.000 manat almadığını, sonuncuya borclarını tam qaytardığını göstərmişdir. İddiaçı1 qızı Səbinə Kazımova şahid qismində ifadə verərkən anası tərəfindən 6.500 ABŞ dollar pulun Cavabdeh verilməsində iştirak etdiyini, sonra isə anası Şəhlanın danışıqlarından Cavabdeh ayrı-ayrı vaxtlarda 5.000 ABŞ dolları, sonra isə 4.000 ABŞ dolları və 2.000 manat pul verməsini eşitdiyini bildirmişdir. X14 Bakı şəhəri Xətai rayon prokurorluğunda 32-C-17 saylı araşdırma materialı üzrə verdiyi izahatından Cavabdeh ona iki dəfə, hər dəfə 350 ABŞ dolları verdiyini göstərmişdir. İddiaçı1 fikirləri arasındaki bu ziddiyyət onun məhkəmədə verdiyi ifadəsini qismən şübhə altına almağa əsas verir və İddiaçı1 ərizə və ifadələrində Cavabdeh 15.500 (on beş min beş yüz) ABŞ dollarından əlavə 2.000 manat da verməsi barədə fikirlərinin həqiqəti əks etdirmədiyini təsdiq edir». Məhkəmə baxışı zamanı İddiaçı1 izahatında Cavabdeh 15.500 ABŞ dolları və 2000 manat məbləğində pul verdiyini, cavabdehin ona 4000 manat pul qaytardığını, qalan borcunu isə bugünədək ödəmədiyini bildirmişdir. Cavabdeh isə İddiaçı1 cəmi 15.500 ABŞ dolları borc pul aldığını, aldığı pulları tam şəkildə İddiaçı1 qaytardığını, sonuncuya borcunun olmadığını bildirmişdir. Cavabdeh izahatında onu da qeyd etmişdir ki, İddiaçı1 ilk dəfə aldığı 3.500 ABŞ dollar pulun 2.000 manatı ona məxsusdur. Belə ki, o, İddiaçı1 bacısı Rəsmiyyə Əliyevaya 2000 manat pul vermiş, sonuncu isə aldığı pulu ona qaytarmamışdır. Ona görə də Rəsmiyyənin ona borclu olduğu 2000 manatı Şəhladan aldığı 3500 ABŞ dollarından çıxmışdır, ona görə də onun Şəhlayaya 2000 manat borcu yoxdur (Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1152/2021 №-li xx.xx.2021-ci il tarixli hökmündə bu fakt cavabdehin anası X3 şahid ifadəsində də öz təsdiqini tapır). İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı1 tərəfindən Cavabdeh 2000 manat (3500 ABŞ dollarından qalıq qalan) və 15.500 ABŞ dolları məbləğində borc pul verilmişdir. Cavabdeh həmin puldan İddiaçı1 4000 manat və 700 ABŞ dolları qaytarmışdır. Cavabdeh 15.500 ABŞ dolları pulu tam şəkildə İddiaçı1 qaytardığını bildirsə də, bununla bağlı cavabdehin yalnız mülahizə xarakterli izahatı mövcuddur. Cavabdehin izahatı sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də məhkəməyə belə bir sübut təqdim edilməmişdir. Məhkəmə, cavabdehin Rəsmiyyə Əliyevanın ona borclu olduğu 2000 manatı iddiaçı Ş.Ə.Hacızadadən aldığı 3500 ABŞ dollarından çıxması, bununla da sonuncuya 2000 manat borcunun olmaması ilə bağlı dəlillərini əsassız hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 iddiası qismən əsaslıdır və Cavabdeh 20.200 (15.500 ABŞ dolları - 700 ABŞ dolları=14800 ABŞ dolları x 1.50=22200 AZN + 2000 AZN=24200 - 4000 AZN) manat tutularaq İddiaçı1 ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddialar qismən təmin edilməli, Cavabdeh 14.100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2, 20.200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilməli, iddia tələbləri qalan hissələrdə rədd edilməli, məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddialar qismən təmin edilsin. Cavabdeh 14.100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2, 20.200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. İddia tələbləri qalan hissələrdə rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-563/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-563/2023
03.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver