Məhkəmə qərarları › İş №e-2(008)-5713/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5713/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5713/2023 01.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Tucson” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolnəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində dəymiş zərərə görə Cavabdeh 750 manat və dövlət rüsumuna görə 30 manat, ümumilikdə 780.00 manat məbləğində pulun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə iddiaçı arasında “Hyundai Tucson” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icarəyə verilməsi barədə xx.xx.2023-cü il tarixdə 2CD88F nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh idarə etdiyi “VAZ 212140” markalı **-ZM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədib X1 icarəyə götürdüyü “Hyundai Tucson” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini zədələmişdir. Hadisə ilə bağlı xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Hyundai Tucson” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı “Auto Box” Services tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilmiş və nəticədə 750 manat məbləğində ziyanın dəyməsi müəyyən edilərək xx.xx.2023-cü il tarixdə qiymətləndirmə aktı tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya ilə müraciət edilmiş və vurulmuş 750 manat maddi ziyanın ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı MMC xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində MMC-nə vurulmuş 750 manat məbləğində ziyanın 3 (üç) gün müddətində ödənilməsini Cavabdeh tələb etmiş, əks təqdirdə, məhkəməyə müraciət ediləcəyi barədə sonuncunu xəbərdar etmişdir. - 01 nömrəli xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin heyətsiz icarə müqaviləsindən görünür ki, X6 2020-ci il buraxılışlı, qara rəngli, KM8J2CA49LU280818 ban nömrəli, **-LY-*** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” markalı nəqliyyat vasitəsini 1 il müddətinə İddiaçı MMC-nə icarəyə vermişdir. Müqavilənin 2.1.5-ci bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan nəqliyyat vasitəsini heyətlə və ya heyətsiz subicarəyə verə bilər. Müqavilənin 2.1.7-ci bəndinə əsasən üçüncü şəxslər nəqliyyat vasitəsinə zərər vurduqda zərərin əvəzinin tələb edilməsi ilə bağlı bütün hərəkətlərin edilməsini (sorğular vermək, dövlət və qeyri-dövlət orqanlarından sənədlərin yığılması, məhkəməyə müraciət etmək və dövlət rüsumlarını ödəmək) icarəçi öz üzərinə götürür. - 2CD88F nömrəli xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı MMC 2020-ci il buraxılışlı, qara rəngli, KM8J2CA49LU280818 ban nömrəli, **-FA-*** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” markalı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixədək X2 icarəyə vermişdir. - TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 14:05-də Sabunçu rayonu ərazisində “Lada 21214 urban” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin qapısını açmış, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - “Auto Box” Service tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, **-FA-*** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” markalı nəqliyyat vasitəsinə 750 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli yol vərəqəsinin surətindən görünür ki, X2 “Hyundai Tucson” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının ərazisində idarə edilməsinə icazə verilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh idarə etdiyi “Lada 21214 urban” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı MMC-nin icarəsində olan “Hyundai Tucson” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən 750 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin idarə etdiyi “Lada 21214 urban” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, bu zaman iddiaçının icarəsində olan nəqliyyat vasitəsinin əzilməsi nəticəsində ona maddi zərər yetirildiyi işin mübahisəsiz hallarıdır, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı MMC-nə maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğı maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Məhkəmə, toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehdən nəqliyyat vasitəsinə vurulmuş maddi ziyana görə 750 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Hyundai Tucson” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 750 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 780 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. “Hyundai Tucson” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 750 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 780 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar