Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5820/2025 12.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: l. İşin mahiyyəti: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli ərizə əsasında bağlanmış kredit müqaviləsi üzrə 8172.30 manat məbləğində kredit bоrcu, 441.21 manat məbləğində faiz bоrcu və 170.46 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8783 (səkkiz min yeddi yüz səksən üç manat doxsan yeddi qəpik) xx.xx.2023-cü il tarixli 014KK**********01 nömrəli kart kredit müqaviləsi üzrə 499.04 manat məbləğində kredit bоrcu, 16 manat məbləğində faiz bоrcu olmaqla cəmi 515 (beş yüz on beş) manat, 04 (dörd) qəpik məbləğində bоrcun, ödənilmiş 112.99 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağlanmış ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər, Valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh2 aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 nömrəli əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15.000 (on beş min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Götürdüyü kredit bоrcundan 6827.70 manat ödəniş etmiş, 8172.30 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi dövlət rüsumunun ödənilməsi haqqında məlumat hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit və faiz borcunu qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 118 gün üçün hesablanmış faiz borcu 441.21 manat təşkiledir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 118 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 170.46 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə, Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Cavabdeh2 AccеssBank» QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 014KK**********01 nömrəli kart kredit müqaviləsi əsasında cavabdehə 36 (otuzaltı) ay müddətinə, 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh2 əsas borcu üzrə 499.04 manat məbləğində kredit borcu qalmışdır. Kart kredit müqaviləsinin 2.3-ci maddəsinə müvafiq olaraq, xx.xx.2025-cü il tarixə hesablanmış faiz borcu 16 manat təşkiledir. Tərəflər arasında bağlanmış müqavilənin 1.3cü maddəsinə əsasən, Kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə, kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka qaytarmağı öz üzərinə götürür. xx.xx.2024-cü il tarixə hesablanmış cərimə borcu mövcud deyil. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağımüştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir ll. Tərəflərin izahatları: "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə xx.xx.2026-cı il tarixdə məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, iddia tələbini müdafiə etdiklərini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək, borcu ödəyəcəyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 borcun Cavabdeh2 tərəfindən götürüldüyünü onun zamin olduğunu kredit borcunun Cavabdeh2 rəsmi əmək haqqına yönəldilməsini xahiş etdi.. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. lll. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 014A********** nömrəli müqavilərinin surətindən görünür ki, həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 nömrəli əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15.000 (on beş min) manat məbləğində kredit verilmiş, xx.xx.2023-cü il tarixli 014KK**********01 nömrəli kart-kredit müqaviləsi əsasında 36 (otuzaltı) ay müddətinə, 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. İş materiallarında olan 014G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 Cavabdeh2 müqavilə öhdəliklərini tam icra etməsi üçün məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş 11 fevral 2026-cı il tarixli maliyyə arayışın surətindən görünür ki, xx.xx.2026-cı il tarixində Cavabdeh2 014A********** nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" QSC-yə 6572,30 manat əsas məbləğ üzrə borcu, 986,75 manat faiz üzrə borcu, 224,56 cərimə borcu olmaqla, cəmi 7783,61 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 11 iyul 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2025-ci il tarixində Cavabdeh2 013KK**********1 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" QSC-yə 499,04 manat əsas borcu, 16 manat faiz borcu, 0 cərimə borcu olmaqla, cəmi 515,04 manat borcu vardır. İş materiallarına əlavə olunmuş 8 dekabr 2025-ci il tarixli 9/4519 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış: 30 dekabr 2022-ci il tarixli 014A********** nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri əsas götürülməklə, Cavabdeh2 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə iddia ərizəsində borcun hesablandığı xx.xx.2025-ci il tarixinə 7769,03 manat əsas borc, 73,81 manat faiz borcu, 6 iyul 2023-cü il tarixli 013KK**********1 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq 11 iyul 2025-ci il tarixinə 494,57 manat əsas borc, 16,25 faiz borcu hesablanmışdır. lV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Göründüyü kimi bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, sadalanan qanunvericilik normalarına əsasən, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borc, faiz və cərimələrin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada: 30 dekabr 2022-ci il tarixli 014A********** nömrəli kredit müqaviləsinə əsasən 6572,30 (altı min beş yüz yetmiş iki manat 30 qəpik) əsas borc, 73,81 (yetmiş üç manat 81 qəpik) manat faiz borcu, 224,56 (iki yüz iyirmi dörd manat 56 qəpik) cərimə borcu olmaqla, cəmi 6870,67 (altı min səkkiz yüz yetmiş manat 67 qəpik); xx.xx.2023-cü il tarixli 013KK**********1 nömrəli kart kredit müqaviləsinə əsasən 499,04 (dörd yüz doxsan doqquz manat 4 qəpik) manat əsas məbləğ üzrə borcu, 16 (on altı) manat faiz üzrə borcu, 0 (sıfır) cərimə borcu olmaqla, cəmi 515,04 (beş yüz on beş manat 4 qəpik) manat borc tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. İddianın təmin edilməyən hissəsi ilə bağlı məhkəmə hesab edir ki, 8 dekabr 2025-ci il tarixli 9/4519 nömrəli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən 30 dekabr 2022-ci il tarixli 014A********** nömrəli kredit müqaviləsinə əsasən faiz borcunun 73,81 (yetmiş üç manat 81 qəpik) manat, xx.xx.2026-cı il tarixli maliyyə arayışına əsasən isə əsas borcun 6572,30 (altı min beş yüz yetmiş iki manat 30 qəpik) manat və cərimə borcunun 224,56 (iki yüz iyirmi dörd manat 56 qəpik) manat müəyyən edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada: 30 dekabr 2022-ci il tarixli 014A********** nömrəli kredit müqaviləsinə əsasən 6572,30 (altı min beş yüz yetmiş iki manat 30 qəpik) əsas borc, 73,81 (yetmiş üç manat 81 qəpik) manat faiz borcu, 224,56 (iki yüz iyirmi dörd manat 56 qəpik) cərimə borcu olmaqla, cəmi 6870,67 (altı min səkkiz yüz yetmiş manat 67 qəpik); xx.xx.2023-cü il tarixli 013KK**********1 nömrəli kart-kredit müqaviləsinə əsasən 499,04 (dörd yüz doxsan doqquz manat 4 qəpik) manat əsas məbləğ üzrə borcu, 16 (on altı) manat faiz üzrə borcu, 0 (sıfır) cərimə borcu olmaqla, cəmi 515,04 (beş yüz on beş manat 4 qəpik) manat borc və 93,85 (doxsan üç manat 85 qəpik) manat dövlət rüsumu tutularaq, "xxxx" QSC-nin xeyrinə ödənilsin. Ekspertiza xərci olaraq 100 manat cavabdehlərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №e-2(008)-5820/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5820/2025
12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver