Məhkəmə qərarları › İş №e-2(008)-5895/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5895/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5895/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə 5683,36 manat kredit borcu, 803,98 manat faiz borcu, 197,35 manat cərimə olmaqla, cəmi 6684,69 manat borcun və ödənilmiş 86,85 manat dövlət rüsumunun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə 5683,36 manat kredit borcu, 803,98 manat faiz borcu, 197,35 manat cərimə olmaqla, cəmi 6684,69 manat borcun və ödənilmiş 86,85 manat dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli əsas kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü ildə məhkəmənin elektron poçt ünvanına göndərdiyi müraciətdə "xxxx"la razılığa gələrək hər ay 350 manat ödəniş etdiyini bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. İddiaçı və cavabdeh işə onların iştirakı olmadan baxılmasını xahiş etdiklərinə görə məhkəmə baxışı onların iştirakı olmadan keçirildi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdə olan, cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 1,8333% ödəmək şərti ilə 9000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" QSC-yə 5683,36 manat əsas, 803,98 manat faiz, 197,35 manat cərimə olmaqla, cəmi 6684,69 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" QSC-yə 5252 manat əsas, 546,75 manat faiz, 93,3 manat cərimə olmaqla, cəmi 5892,05 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli "Xəbərdarlıq"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müəyyən edilir ki, tərəflər arasında xx.xx.2022-ci ildə kredit müqaviləsi bağlamış, iddiaçı cavabdehə 36 ay müddətinə illik 1,8333% ödəmək şərtilə 9000 manat kredit vermişdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı cavabdehdən icra olunmamış öhdəlik üzrə hesablanmış borc məbləğlərinin ödənilməsini tələb etməkdə haqlıdır. İddia ərizəsində xx.xx.2024-cü ilə əsas borcun 5683,36 manat, faiz borcunun 803,98, cərimə borcunun 197,35 manat olduğu göstərilsə də, sonrakı maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə əsas borcu 5252 manat, faiz borcu 546,75 manat, cərimə borcu isə 93,3 manat təşkil edir. Ona görə də məhkəmə bu nəticəyə gəldi ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 5252 manat əsas borc, 546,75 manat faiz borcu, 93,3 manat cərimə, cəmi 5892,05 manat borc tutulmalı, iddia 431,36 manat əsas borc, 257,23 manat faiz borcu, 104,05 manat cərimə borcu ilə bağlı hissədə təmin edilməməlidir. Bundan başqa, iddia ərizəsində borcun cavabdehdən müştərək qaydada tutulması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, məbləğ yalnız bir nəfərdən tələb olunur, belə olan halda isə müştərək tutulmadan söhbət gedə bilməz. Ona görə də iddia "müştərək qaydada" hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 86,85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cəmi 6684,69 məbləğində iddianın 5892,05 manat hissəsi (88,14 faiz) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 88,14 faizi, yəni 76,54 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 10,31 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5252 manat kredit borcu, 546,75 manat faiz borcu, 93,3 manat cərimə borcu, 76,54 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5968,59 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 86,85 manat dövlət rüsumunun qalan 10,31 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X6.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar