Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-591/2024 18.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı İB Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehdən tərtib olunmuş akt üzrə 1216,29 manat dəymiş ziyanın, 317.32 manat debitor borc, 35,34 manat ödənilmiş dövlət rüsumunun əvəzinin (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesab: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 04/5288 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2016-cı il tarixli 092689 nömrəli akt əsasında 302,40 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 920 manat və xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 194,40 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı İB-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, yəni 2016-cı il tarixdə yazılmış aktı qəbul etdiyini, lakin sonrakı vaxtlarda yazılmış aktların əsassız olduğunu və qəbul etmədiyini dedi. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Təbii X2nın pozulması haqqında qeyd edilən aktlar əsasında hesablanmış ziyan məbləğini qanuni hesab etmir. İş materiallarında olan 15 fevral 2016-cı il tarixli 092689 nömrəli akt əsasında 1 ədəd PQ4 maksimal qaz sərfi 1,20 m3 olan, orta günlük iş rejmi 6 saat, hesabat müddəti 90 gün, 1 ədəd rodiator maksimal qaz sərfi 0,8 m3 olan, orta gündəlik iş rejmi 18 saat deyil, 12 saat, hesabt müddəti 90 gün və 1 əddə QSSQ-nin maksimal qaz sərfi 1,50 m3, orta gündəlik iş rejmi 8 saat, hesabat müddəti 90 gün kimi qəbul edilməlidir. Belə olan halda 1 ədəd PQ4= 1,20 x 6 x 90 =648 x 0,12 = 77,76 manat 1 ədəd Radiator = 0,8 x 12 x 90 = 864 x 0,12 = 103,68 manat 1 ədəd QSSQ = 1,50 x 8 x 90 = 1080 x 0,12 = 129,60 manat 15 fevral 2016-cı il tarixli akt üzrə cavabdeh tərəfindən 311,04 manat ziyan vurulduğu qəbul edilməli, həmçinin cavabdehin qeyd olunan akt üzrə 200 manat ödəniş etdiyi və bu halı məhkəmə iclasında iddiaçının nümayəndəsi özü etiraf etdiyindən 2016-cı il tarixli akt üzrə cavabdehin 111,04 manat ziyan məbləği qəbul edilməlidir. Həmçinin 24 yanvar 2018-ci il tarixli akt əsasında Qaz işlədicilərinə daxil borunun en kəsiyindən keçən qazın maksimal saatlıq qaz sərfi 2.5 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 100 gün, qış ayları üçün orta günlük iş rejimi 18 saat deyil, 12 saat hesabat müddətini 80 gün qəbul etməyi məhkəmə qanuni hesab edir. 2.50 x 4 x 100 = 1000 x 0,12 = 120 manat 2,50 x 12 x 80 = 2400 x 0,12 = 288 manat 24 yanvar 2018-ci il tarixli akt üzrə cavabdeh tərəfindən 408 manat ziyan vurulduğu qəbul edilməli; 30 aprel 2018-ci il tarixli akt əsasında Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat deyil, 12 saat hesabat müddəti 30 gün qəbul etməyi məhkəmə qanuni hesab edir. 1 ədəd PQ4 = 1,20 x 6 x 30 = 216 x 0,12 = 25,92 manat 1 ədəd Dəmir soba = 1,40 x 12 x 30 = 504 x 0,12 = 60,48 manat 30 aprel 2018-ci il tarixli akt üzrə cavabdeh tərəfindən 86,40 manat ziyan vurulduğu qəbul edilməlidir. Ümumilikdə cavabdehin 3 akt üzrə 605,44 manat ziyan məbləğini məhkəmə qanuni hesab edir. İş materiallarından da göründüyü kimi 317,32 manat debitor borcunun olması işin mübahisəsiz halıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş ziyan olaraq 605.44 (altı yüz beş manat, qırx dörd qəpik) manat, 317.32 (üç yüz on yeddi manat, otuz iki qəpik) debitor borc, cəmi 922.76 (doqquz yüz iyirmi iki manat, yetmiş altı qəpik) borc və 30 (otuz) manat dövlət rüsumu, İddiaçı İB-nin xeyrinə tutulmalı, tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyan olaraq 605.44 (altı yüz beş manat, qırx dörd qəpik) manat, 317.32 (üç yüz on yeddi manat, otuz iki qəpik) debitor borc, cəmi 922.76 (doqquz yüz iyirmi iki manat, yetmiş altı qəpik) borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-591/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-591/2024
18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver