Məhkəmə qərarları › İş №e-2(008)-5919/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5919/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5919/2025 15.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı “X5 Olmayan Kredit Təşkilatı” ASC-nin nümayəndəsi X3 iştirakı ilə , İddiaçı “X5 Olmayan Kredit Təşkilatı” ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X5 Olmayan Kredit Təşkilatı” ASC Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli 012/25A nömrəli kredit müqaviləsinə əsasən yaranmış 6698.22 (altı min altı yüz doxsan səkkiz manat iyirmi iki qəpik) manat əsas, 366.91 (üç yüz altmış altı manat doxsan bir qəpik) manat faiz, 16.97 (on altı manat doxsan yeddi qəpik) manat cərimə borcu, cəmi 7082.10 (yeddi min səksən iki manat on qəpik) manat kredit borcunun ödənilmiş 90.82 (doxsan manat səksən iki qəpik) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 7172.92 (yeddi min yüz yetmiş iki manat doxsan iki qəpik) manat borcun Cavabdeh ndan tutularaq "xxxx" ASC-yə ödənilməsi və tutmanın BA 456169 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan X6 markalı, 99RC420 dövlət qeydiyyat nişanlı, BAN 5XXGR4A63EG277441 nömrəli Mühərrik HKR02597 nömrəli ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi, avtomobilin hərrac vasitəsilə satılması, satışdan əldə edilən məbləğin borc məbləğinə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında sonuncuya illik 34 (otuz dörd) faiz hesablanmaqla 12 (on iki) ay müddətinə 10800(on min səkkiz yüz) manat kredit verilməsini nəzərdə tutan xx.xx.2025-ci il tarixli 012/25A nömrəli istehlak krediti müqaviləsi imzalanmış, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtmda icrasını təmin etmək məqsədilə BA 456169 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan X6 markalı, 99RC420 dövlət qeydiyyat nişanlı, BAN N°5XXGR4A63EG277441 Mühərrik HKR02597 nön xx.xx.2025-ci il tarixli 012/25A ipoteka müqaviləsi imzalanmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun və xx.xx.2025-ci il tarixli 012/25A saylı ipoteka müqaviləsinin tələblərinə müvafiq olaraq BA 456169 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, Cavabdeh məxsus olan X6 markalı, 99RC420 dövlət qeydiyyat nişanlı, BAN 5XXGR4A63EG277441 Mühərrik HKR02597 nömrəli avtomobilin tutma yönəldilməsinə başlanılır. Kredit müqaviləsi üzrə Cavabdeh bu gün üçün 6698.22 (altı min altı yüz doxsan səkkiz mana iyirmi iki qəpik) manat əsas, 347.93 (üç yüz qırx yeddi manat doxsan üç qəpik) manat faiz, 14.42 (on dörd manat qırx iki qəpik) manat cərimə borcu, cəmi 7060.57 (yeddi min altmış manat əlli yeddi qəpik) manat kredit borcu mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, “X5 Olmayan Kredit Təşkilatı” ASC-nin nümayəndəsi xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət edərək, məhkəmənin baxış iclasını iddiaçının nümayəndəsinin iştirak olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2025ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 12 ay müddətinə illik 34 faiz ödəmək şərti ilə 10800 manat məbləğində kredit verilmişdir. - xx.xx.2025-ci il tarixli İpoteka Müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2025-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh mülkiyyətində olan X6 markalı, 99RC420 dövlət qeydiyyat nişanlı, BAN 5XXGR4A63EG277441 Mühərrik HKR02597 nömrəli avtomobili Bank qarşısında ipoteka qoymuşdur. BA 456169 nöçrəli X1 Şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olann X6 markalı, 99RC420 dövlət qeydiyyat nişanlı, BAN 5XXGR4A63EG277441 Mühərrik HKR02597 nömrəli avtomobilin mülkiyyətçisi Cavabdeh dur. xx.xx.2025-ci il tarixli, 0367/25 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, əsas məbləğ üzrə borcu 6698.22 (altı min altı yüz doxsan səkkiz manat, iyirmi iki qəpik) manat, faiz borcu 366.91 (üç yüz altmış altı manat, doxsan bir qəpik) manat, cərimə üzrə borcu 16.97 ( on altı manat, doxsan yeddi qəpik) manat təşkil edir. Nas Projekt BOKT ASC-nin Kredit Ödəniş Cədvəlindən görünür ki, cavabdeh üçün 12 ay olmaqla hər ay 1074.22 manat aylıq ödəniş müəyyən edilmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 155475 nömrəli Çıxarışdan görünür ki, Kia Optima markası, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi Cavabdeh tərəfindən Nas Project BOKT ASC –yə ipotekaya qoyulmuşdur. Cavabdeh ünvanlanan ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin surətindən görünür ki, cavabdeh kredit borcu barəsində xəbərdar edilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə ipoteka predmetinə tutma yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 91 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.[ Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" ASC ilə bağladığı xx.xx.2025-ci tarixli, 012/25A saylı əsas kredit müqaviləsinə əsasən 12 ay müddətinə 34 faiz şərti ilə 10800 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri vaxtı vaxtında banka qaytarmamışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Lakin iddiaçı Cavabdeh kredit müqaviləsi üzrə ödənməmiş 6698.22 (altı min altı yüz doxsan səkkiz manat, iyirmi iki qəpik) manat, faiz borcu 366.91 (üç yüz altmış altı manat, doxsan bir qəpik) manat, cərimə üzrə borcu 16.97 ( on altı manat, doxsan yeddi qəpik) manat hissədə təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən 91 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, xx.xx.2025-ci il tarixli əsas kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Kia Optima markası, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası DİN BDYPİ X2 qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan Kia Optima markası, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, xx.xx.2025-ci il tarixli kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh tutularaq NAS Project BOKT ASC-yə ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, tutmanın Kia Optima markası, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi hissəsində iddia tələbi təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 6698.22 (altı min altı yüz doxsan səkkiz manat, iyirmi iki qəpik) manat əsas borc, 366.91 (üç yüz altmış altı manat, doxsan bir qəpik) manat faiz borcu, 16.97 (on altı manat, doxsan yeddi qəpik) manat faiz borc və 91 (doxsan bir) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Cavabdeh tutulmalı olan məbləğ6698.22 (altı min altı yüz doxsan səkkiz manat, iyirmi iki qəpik) manat əsas borc, 366.91 (üç yüz altmış altı manat, doxsan bir qəpik) manat faiz borcu, 16.97 (on altı manat, doxsan yeddi qəpik) manat faiz borc və 91 (doxsan bir) manat dövlət rüsumu öhdəliyinin təminatı kimi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus X6 markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. İpoteka predmenti açıq hərrac yolu ilə realizə edilsin. İpoteka predmentinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. xx.xx.2025-ci il tarixli kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh tutularaq "xxxx" BOKT ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar