Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5952/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X3, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "xx.xx.2023-cü il tarixli BPM**********95 nömrəli kredit müqaviləsi üzrə 3738,18 manat əsas borc, ödənilmiş dövlət rüsumunun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "xx.xx.2023-cü il tarixli BPM**********95 nömrəli kredit müqaviləsi üzrə 3738,18 manat əsas borc, ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmişdir. Cavabdeh məhkəməyə verdiyi xx.xx.2024-cü il tarixli ərizədə bildirmişdir ki, 3780 manat məbləğində kredit borcu mərhum həyat yoldaşından vərəsəlik qaydasında ona keçmişdir, ödəməkdən boyun qaçırmır. 44 günlük Qarabağ müharibəsində gedən döyüşlərdə qapalı kəllə beyin travması almış oğlu Şıxıyev Orxanın müalicəsini, xəstə nəvəsini saxlamasını və öz adına kredit borclarının olmasını nəzərə alaraq borcun hissə-hissə ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan, xx.xx.2023-cü il tarixli BPM**********95 nömrəli "Kredit müqaviləsi"ndən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehə 48 ay müddətinə, illik 25% ödəmək şərti ilə 9500 manat kredit verilmiş. İşdə olan "Maliyyə arayışı"ndan görünür ki, cavabdeh X2 iddiaçı "xxxx" ASC-yə 3738,18 manat əsas borc olmaqla, cəmi 3738,18 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli "Bildiriş"dən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. İşdə olan 4 saylı Bakı Asan Xidmət mərkəzi tərəfindən verilmiş AZ-İİ seriyalı 368519 nömrəli "Ölüm haqqında şəhadatnamə"sindən görünür ki, X4 xx.xx.2023-cü ildə vəfat edib. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı "ASAN Xidmət" mərkəzində notariat ofisi tərəfindən göndərilmiş məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş X1 miras qalmış əmlakı ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh qəbul etmiş və ona xx.xx.2024-cü ildə 2V-214, 215 və xx.xx.2024-cü ildə 2V-223 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadatnamələr verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 2V-215 reyest nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadatnamədən görünür ki, vəfat etmiş X1 arvadı Cavabdeh keçən miras əmlak miras qoyana məxsus ******************** nömrəli bank hesabında 162,6 manat, ******************** nömrəli bank hesabında 4937,45 manat pul vəsaitindən ibarətdir. İşdə olan xx.xx.2024-cü il tarixli 2V-214 reyest nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadatnamədən görünür ki, vəfat etmiş X1 arvadı Cavabdeh keçən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.16 kv.m, yaşayış sahəsi 18 kv.m, 1 otaqlı olan mənzildən ibarətdir. İşdə olan xx.xx.2024-cü il tarixli 2V-223 reyest nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadatnamədən görünür ki, vəfat etmiş X1 arvadı Cavabdeh keçən miras əmlak əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 726,64 manat pul vəsaitindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Müəyyən edilir ki, iddiaçı "xxxx" ASC X4 ilə xx.xx.2023-cü ildə kredit müqaviləsi bağlamış, ona 48 ay müddətinə illik 21% ödəmək şərtilə 9500 manat kredit vermişdir. X4 xx.xx.2023-cü ildə vəfat etmiş, vərəsəsi isə Cavabdehdır. X2 iddiaçıya borcu 3738,18 manat təşkil edir. İddiaçının tələbi həmin məbləğin ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı Cavabdeh həmin məbləğin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 57,38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3738,18 manat əsas borc, 57,38 manat dövlət rüsumu, cəmi 3795,56 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X6.
Məhkəmə qərarları › İş №e-2(008)-5952/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5952/2024
09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver