Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-60/2023 12.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh2 iştirakı ilə, Kreditor Ləğv prosesində olan "xxxx" ASC-nin borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit üzrə yaranmış borcun ödənilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor Ləğv prosesində olan "xxxx" ASC borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit üzrə yaranmış borcun ödənilməsi” barədə məhkəmə əmri ilə məhkəməyə müraciət edərək, borclulardan bankın xeyrinə müştərək qaydada müqavilə üzrə 1339,44 ABŞ dolları əsas, 664,25 ABŞ dolları faiz, 586,01 ABŞ dolları cərimə, cəmi 2589,70 ABŞ dolları və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borclulara 30 faiz dərəcəsi ilə 12750 ABŞ dolları məbləğində pul verilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2(008)12539/2017 saylı əmri ilə borclular Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 2589,70 ABŞ dolları məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Daha sonra məhkəmənin müvafiq qərardadı ilə məhkəmə əmri ləğv edərək mülki iş iddia icraatına keçirilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-241/2019 saylı qərardadı ilə Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanında göstərilən məsələlər öz həllini tapanadək icraat dayandırılmış və mülki iş üzrə icraatın dayandırılmasına əsas olmuş hallar aradan qalxdığından icraat yenidən təzələnmişdir. xx.xx.2014-cü il tarixli 1/68/68971962 nömrəli kassa-məxaric orderindən görünür ki, xx.xx.2014-cü il tarixdə "xxxx" ASC tərəfindən Cavabdeh2 9987,08 manat məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 9987,08 manat məbləğində pulun götürülməsini təsdiq etmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, e-2(008)-12539/2017 saylı məhkəmə əmri ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 2589 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-ə ödənilməsi əmr edilmişdir. Sonradan Cavabdeh2 tərəfindən əmrə etiraz edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC müvafiq ərizəsi əsasında Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli əmrinə əsasən Cavabdeh2, X2, eləcə də Cavabdeh3 borclu hesab edilərək, 2589,70 ABŞ dolları borc və ödənilmiş 20 manat dövlət rüsumunun onlardan tutulması qərara alınmışdır. Belə ki, məhkəmənin keçirilməsindən borclunun xəbəri olmamışdır, yalnız Sabunçu rayon İcra Şöbəsində onu dəvət edərkən bildmişdir ki, barəsində belə bir əmr var. Sabunçu rayon Məhkəməsinə ərizə təqdim edərək, xx.xx.2018-ci il tarixdə həmin əmrin sürətini rəsmi olaraq almışdır. Bundan başqa barəsində hesablanmış 2589,70 ABŞ dolları borc şişirdilmişdir. Qalıq borc 1339,44 ABŞ dolları olsa da, həmin məbləğin tam yarısı 664,25 ABŞ dolları faizə hesablanmışdır. Sabunçu rayon Məhkəməsinin e-2(008)-9854/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardaına əsasən Sabunçu rayon Məhkəməsinin 2(008)-12539/2017 saylı iş üzrə qərardad ləğv edilmiş, 2(008)-12539/2017 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 LPO "xxxx" ASC-nin xeyrinə 661,40 ABŞ dolları əsas borcun və 11,25 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, pulu bankdan götürüb digər cavabdehə vermiş, bilmədən əsas borclu kimi imza etmişdir, buna görə də iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 "xxxx" ASC-nin Xəzər filialı tərəfindən 9987,08 manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli, **********435 saylı maliyyə arayışından görünür ki, borclu ilə Cavabdeh2 banka əsas borcu 661,40 ABŞ dolları, faiz borcu 1375,45 ABŞ dolları, 1297,21 ABŞ dolları cərimə borcu, illik 5% olmaqla 252,54 ABŞ dolları olmaqla, cəmi 3586,60 ABŞ dolları borcu mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh2 arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddiaçının digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı olan tələbə münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinəəsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış kredit müqqaviləsinin müqaviləsi məhkəməyə təqdim olunmasa da, cavabdeh müqavilənin bağlanmasını mübahisələndirməmiş, sadəcə olaraq götürdüyü pul məbləğini başqa şəxsə görə götürdüyünü bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra edilmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Lakin, zaminlərin həmin müqavilə üzrə öhdəliyinin yaranması öz təsdiqini tapmır. Belə ki, zaminlik müqaviləsi və zaminlik müqaviləsinin bağlanmasını təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 11,25 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, tərəflər arasında hesablar ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Buna görə də, cavabdehdən tutulmalı olan pul vəsaiti ödəniş gününə olan manat məzənnəsinə uyğun ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 661 (altı yüz altmış bir) ABŞ dolları, 40 (qırx) sent əsas borc (ödəniş gününə olan manat məzənnəsi ilə) və 11 (on bir) manat, 25 (iyirmi beş) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-60/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-60/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver