Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-6081/2024 23.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, iddiaçı X2 cavabdehlər X3 və X1 qarşı "mənzilə mülkiyyət hüququnun tanınması" barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı X2 cavabdehlər X3 və X1 qarşı "mənzilə mülkiyyət hüququnun tanınması" barədə ərizə ilə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayonu Maştağa qəsəbəsi Xanlar Massivi EV11D ünvanında yerləşən daşınmaz əmlakın 8700 manat dəyərində olan hissəsi üzərində mülkiyyət hüququnun tanınmasını, cavabdehlərin onun mülkiyyət hüququnu tanımağa və müvafiq hissədə evin istifadəsini ona təhvil verməyə məcbur edilməsi, vurulmuş mənəvi ziyana görə 2000 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizənin icraata götürmək haqqında qərardad çıxarılana qədər ərizəçi xx.xx.2024-cü ildə ərizə ilə məhkəməyə müraciət edərək ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X2 cavabdehlər X3 və X1 qarşı "mənzilə mülkiyyət hüququnun tanınması" barədə ərizəsi geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-6081/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-6081/2024
23.08.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver