Məhkəmə qərarları › İş №e-2(008)-6258/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6258/2023

22.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6258/2023 22.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon Məhkəməsinin 2(008)-1501/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2012-ci il tarixdə doğulmuş X1 üçün tutulan alimentin artırılaraq, hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından iki uşağı doğulmuşdur: xx.xx.2009-cu il tarixdə X4, xx.xx.2012-ci il tarixdə X5. Sabunçu rayon Məhkəməsinin 2(008)-1501/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsilə nikah pozulmuş, hər uşaq üçün alimentin məbləği 175 manat edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, uşaqlar böyümüş, onların tələbatları artmışdır. İddiaçı müəllim işləyir və çox az əmək haqqı alır. Xahiş edir, iddia rədd edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etdi ki, o, təyin olunmuş alimenti vaxtı-vaxtında ödəyir, alimentdən başqa uşaqlarına imkanı daxilində kömək edir, 4 ildir eyni işdə işləyir və 450 manat məbləğində əmək haqqı alır, özü elektrikdir, iş olanda, elektrik işi də götürür, lakin, elektrik işi stabil deyil, bir neçə krediti var. Xahiş edir, iddia rədd edilsin. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış iki uşaqlraı var: xx.xx.2009-cu il tarixdə X4, xx.xx.2012-ci il tarixdə X5 (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 312448 və 885451 №-li doğum haqqında şəhadətnamələr). Sabunçu rayon Məhkəməsinin 2(008)-1501/2021 №-li iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəfəlrin aralarındakı nikah pozulmuş, hər iki uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat aliment tutulmuşdur. İddiaçı müəllim işləyir və 278,33 manat əmək haqqı alır, cavabdeh usta işləyir və 450 manat mək haqqı alır (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). Cavabdehin altı aktiv kredit müqaviləsi var, onların dördü nikah pozulandan sonra bağlanmışdır (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). Hazırda iddiaçı alimentin məbləğinin 175 manatdan 220 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edildiy kimi, cavabdehin maddi vəziyyətində hər hansı bir yaxşılaşma olmamışdır, o, dörd ildir ki. Eyni işdə işləyir, əksinə cavabdehi aliment təyin olunandan sonra dörd kredit götürmüşdür. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində gbstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İddiaçı alimentin artırlamısının zərurəti barədə də məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar