Məhkəmə qərarları › İş №e-2(008)-6300/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6300/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6300/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X3 qızının, Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə X7 oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli 18-xx-xx-059725 saylı kredit müqaviləsi üzrə onun hüquqi varisləri Cavabdeh2 və Cavabdeh1 328,28 (üç yüz iyirmi səkkiz manat 28 qəpik) manat məbləğində əsas borc və 46,87 (qırx altı manat 87 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 375,15 (üç yüz yetmiş beş manat 15 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X7 oğlu arasında xx.xx.2016-cı il tarixində kredit verilməsi haqqında 18-xx-xx-059725 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən X7 oğluna illik 29 (iyirmi doqquz) faiz ödənilməsi şərti ilə 60 (altmış) ay müddətinə 1844 (bir min səkkiz yüz qırx dörd) manat məbləğində kredit verilmişdir. Lakin X7 oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun 24 iyun 2024-cü il tarixinə banka 328,28 (üç yüz iyirmi səkkiz manat 28 qəpik) manat məbləğində əsas borcu və 46,87 (qırx altı manat 87 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 375,15 (üç yüz yetmiş beş manat 15 qəpik) manat məbləğində borcu qalmışdır. Banka təqdim edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 oğlu xx.xx.2018-ci ildə ölmüşdür. İddiaçı tərəfindən hüquqi varisinin müəyyən edilməsi üçün 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edilmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə 2V-159 saylı reystrlə rəsmiləşdirilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş X2 vərəsəsi, arvadı Cavabdeh2 və qızı Cavabdeh1dır. Bununla bağlı vəfat etmiş X7 oğlunun vərəsəsi Cavabdeh2 və Cavabdeh1 xx.xx.2024-cü il tarixli **********506 xəbərdarlıq məktubu ünvanlanmışdır. Lakin buna baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 banka olan borcu ödəməmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 qızı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, həyat yoldaşı Muzadil Hacıyev xx.xx.2018-ci il tarixdə ölmüşdür. Mərhum təqaüdçü olan zaman İddiaçı ASC-dən 2000 manat istehlak krediti almışdır. Əri öldükdən sonra bank tərəfindən borcun olması barədə onlara heç bir xəbərdarlıq olunmamışdır. Hazırda bank ərinin ölümündən 7 il keçdikdən sonra məhkəməyə müraciət etmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək, vəziyyəti ağır olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə, işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini etiraf etməmiş və izahatında bildirmişdir ki, atası X7 oğlu 7 il bundan əvvəl vəfat etmişdir. Atası təqaüdçü olarkən istehlak məqsədi ilə İddiaçı ASC-dən 2000 manat kredit almışdır. Atasının vəfatından 7 il keçməsinə baxmayaraq, onun banka hər hansı borcunun olması barədə onlara hər hansı bildiriş göndərilməmişdir. Bankdan atasının ölüm haqqında şəhadətnaməsini istəyəndə bütün sənədləri banka təhvil vermişlər və bankın əməkdaşı anasına hər hansı borcunun olmadığını bildirmişdir. Bu hadisə 2018-ci ilin aprel ayında, atasının ölümündən bir ay sonra baş vermiş, o vaxtdan bəri banka borclarının olmadığını düşünmüşlər. 2024-cü ildə bank tərəfindən onlarla əlaqə saxlanılmışdır. Hesab edir ki, hazırda iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi verilərkən iddia müddəti ötürüldüyündən və cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 932594 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 oğlu xx.xx.2018-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Ödəniş cədvəlindən görünür ki, X7 oğlu hər ayın 12-dən gec olmayaraq 24 ay müddətinə banka 125.07(125.08) ABŞ dolları ödəniş etməyi öhdəsinə götürmüşdür. (bunun müqaviləsi yoxdur işdə tələbdə də bu borcu yox, xx.xx.2016-cı il müqaviləsi üzrə borc tələb edilir) - İddiaçı ASC ilə X7 oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli 18-xx-xx-059725 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən M.B.Hacıyevə 60 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 1844 manat məbləğində kredit verilmişdir. X7 oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - Ödəniş cədvəlindən görünür ki, X7 oğlu hər ayın 16-dan gec olmayaraq 60 ay müddətinə banka 58.53 (58.54) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə X7 oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli 18-xx-xx-059725 saylı kredit müqaviləsi üzrə sonuncunun xx.xx.2024-cü il tarixə banka 328.28 manat əsas borc, 46.87 manat faiz borcu olmaqla, cəmi 375.15 manat borcu vardır. - xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, yaranmış borcla əlaqədar iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilmiş, 3 gün ərzində borcun ödənilməsinin təmin edilmədiyi təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. - xx.xx.2015-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X7 oğlu tərəfindən İddiaçı ASC-nə 115 ABŞ dolları kredit borcu ödənilmişdir. - xx.xx.2015-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X7 oğlu tərəfindən İddiaçı ASC-nə 138 ABŞ dolları kredit borcu ödənilmişdir. - xx.xx.2015-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən X7 oğluna 2300 ABŞ dolları kredit verilmişdir. - xx.xx.2015-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X7 oğlu tərəfindən İddiaçı ASC-nə 126 ABŞ dolları kredit borcu ödənilmişdir. - xx.xx.2015-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X7 oğlu tərəfindən İddiaçı ASC-nə 125.07 ABŞ dolları kredit borcu ödənilmişdir. - xx.xx.2015-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X7 oğlu tərəfindən İddiaçı ASC-nə 125.07 ABŞ dolları kredit borcu ödənilmişdir. - xx.xx.2015-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X7 oğlu tərəfindən İddiaçı ASC-nə 126 ABŞ dolları kredit borcu ödənilmişdir. - xx.xx.2015-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X7 oğlu tərəfindən İddiaçı ASC-nə 125.07 ABŞ dolları kredit borcu ödənilmişdir. - xx.xx.2015-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X7 oğlu tərəfindən İddiaçı ASC-nə 126 ABŞ dolları kredit borcu ödənilmişdir. - xx.xx.2015-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X7 oğlu tərəfindən İddiaçı ASC-nə 126 ABŞ dolları kredit borcu ödənilmişdir. - xx.xx.2016-cı il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X7 oğlu tərəfindən İddiaçı ASC-nə 133.20 manat kredit borcu ödənilmişdir. - xx.xx.2016-cı il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X7 oğlu tərəfindən İddiaçı ASC-nə 220 manat kredit borcu ödənilmişdir. - xx.xx.2016-cı il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X7 oğlu tərəfindən İddiaçı ASC-nə 220 manat kredit borcu ödənilmişdir. - xx.xx.2016-cı il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X7 oğlu tərəfindən İddiaçı ASC-nə 170 manat kredit borcu ödənilmişdir. - xx.xx.2016-cı il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X7 oğlu tərəfindən İddiaçı ASC-nə 170 manat kredit borcu ödənilmişdir. - xx.xx.2016-cı il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X7 oğlu tərəfindən İddiaçı ASC-nə 125 manat kredit borcu ödənilmişdir. - xx.xx.2016-cı il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X7 oğlu tərəfindən İddiaçı ASC-nə 125 manat kredit borcu ödənilmişdir. - xx.xx.2016-cı il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X7 oğlu tərəfindən İddiaçı ASC-nə 180 manat kredit borcu ödənilmişdir. - “Elektron notariat” X1 çıxarışdan, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin 1771 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan və xx.xx.2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, X7 oğlunun qanun üzrə vərəsələri Cavabdeh1 və Cavabdeh2dır və onlara xx.xx.2019-cu il tarixdə 2V-159 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.92 kv.m olan 3 otaqlı daşınmaz əmlakdan (torpaq sahəsindən başqa) ibarətdir. - iddia ərizəsindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X7 oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli 18-xx-xx-059725 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X7 oğluna 60 ay müddətinə illik 29 faiz ödəmək şərti ilə 1844 manat məbləğində kredit verilmişdir. X7 oğlu xx.xx.2018-ci il tarixdə ölmüşdür. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-159 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 və Cavabdeh2 X7 oğlunun qanun üzrə vərəsələri müəyyən olunmuşlar. Hazırda iddiaçı kredit müqaviləsi üzrə qalıq borcun X7 oğlunun vərəsələrindən tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hazırkı tələb üzrə iddia müddətinin ötürüldüyünü qeyd edib, bu barədə ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Beləliklə, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X7 oğluna xx.xx.2016-cı il tarixdə 60 ay müddətinə illik 29 faiz ödəmək şərti ilə 1844 manat məbləğində kredit verilmişdir. X7 oğlu xx.xx.2018-ci il tarixdə ölmüşdür. Hazırda iddiaçı borcun X7 oğlunun vərəsələri-cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilməsini xahiş edir. Müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə başa çatmış, sonuncu ödəniş 2017-ci ilin mart ayında olmuş, iddiaçı müqavilə münasibətləri üçün müəyyən edilmiş 3 illik iddia müddəti keçdikdən, yəni xx.xx.2024-cü ildən sonra, xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən irəli gələn öhdəliklərin icra müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, bundan sonra iddiaçı tərəf hər hansı hüquqi prosedur həyata keçirməmiş, müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımının başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini hər hansı üzrlü səbəb olmadan ötürmüşdür. Cavabdeh tərəf isə hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək, belə qənaətə gəlir ki, hazırkı mülki iş üzrə iddia müddətinin keçməsi nəzərə alınmalı, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar