Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-6396/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı "xxxx" ASC-nin ona qarşı digər kredit müqaviləsinə dair borc tələbi üzrə mülki işin hazırda məhkəmənin icraatında olduğunu və mülki işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı digər kredit müqaviləsinə dair borc tələbi üzrə mülki işin hazırda məhkəmənin icraatında olduğunu və mülki işlərin bir icraatda birləşdirilməsi barədə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin icraatında iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə e-2(008)-6393/2023 saylı əlaqəli mülki iş vardır. Məhkəmə, mülki iş materallarını araşdıraraq hesab edir ki, ilkin olaraq icraata qəbul edilmiş borc tələbinə dair mülki iş eyni tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borc tələbi barədə sonradan icraata götürülmüş mülki işlə əlaqəlidir. Bir-biri ilə əlaqəli olan hər iki mülki iş üzrə tərəflər eynidir, mübahisə predmeti isə müxtəlif kredit müqavilələri üzrə pul məbləğidir. Ona görə də ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalıdır. Odur ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi əsasında başlanılmış e-2(008)-6396/2023 saylı mülki iş Sabunçu Rayon Məhkəməsi tərəfindən ilkin olaraq icraata qəbul edilmiş e-2(008)-6393/2023 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6393/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki iş xx.xx.2023-cü il tarixdə, e- 2(008)-6396/2023 saylı mülki iş isə xx.xx.2023-cü il tarixdə icraata götürülmüşdür. Mülki işlərin icraata götürülmə tarixlərinə nəzər saldıqda aydın olur ki, e-2(008)- 6393/2023 saylı mülki iş Sabunçu Rayon Məhkəməsinin icraatına daha tez qəbul edilmişdir və buna görə də e-2(008)-6396/2023 saylı mülki iş e-2(008)-6393/2023 saylı mülki işin icraatında birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır, 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iş olduğundan, həmin işlərə birlikdə baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə e- 2(008)-6396/2023 saylı mülki iş iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə e-2(008)-6393/2023 saylı mülki işin icraatında birləşdirilsin. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-6396/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-6396/2023
13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver