Məhkəmə qərarları › İş №e-2(008)-641/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-641/2023

11.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-641/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “borcun qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 111.000 (bir yüz on bir min) manat və 30.000 (otuz min) ABŞ dolları pul vəsaitinin ödəniş gününə manat məzənnəsi ilə, həmçinin hüquqi yardım göstərilməsi üçün sərf edilmiş 320 (üç yüz iyirmi) manat vəsaitin, ödənilmiş 452.32 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh 1998-ci ildən 2004-cü ilədək birlikdə “8-ci kilometr bazarı”nda santexnik avadanlıqlarının satışı ilə məşğul olmuşlar. Belə ki, cavabdeh icarəyə mağaza götürmüş, mağazanın işlədilməsi, malmaterialların alınması üçün sərmayə isə onun tərəfindən həyata keçirilmişdir. 2004-cü ildə cavabdeh ondan 15.000 manat alaraq şəriklikdən çıxmış, lakin bazarda əvvəldən özünə aid olmuş başqa obyekti işlətməyə davam etmişdir. Artıq ayrılıqda işləmələrinə baxmayaraq, 2019-cu ilin sonlarına kimi müxtəlif vaxtlarda cavabdeh ondan müxtəlif məbləğdə borc alıb hissə-hissə qaytarmış, lakin sonda cavabdehin ona ümumilikdə 111.000 (bir yüz on bir min) manat və 30.000 (otuz min) ABŞ dolları borcu qalmışdır. Onun tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcun qaytarılması cavabdeh tərəfindən təmin edilməmiş, borcun tələb edilməsini görən cavabdeh məsuliyyətdən yayınmaq üçün ona qarşı ayrı-ayrı instansiyalara böhtan xarakterli şikayətlər etmiş, faktlar öz təsdiqini tapmadıqda bununla bağlı o, cavabdehə iradını bildirdikdə, cavabdeh onun yaşadığı ünvana tanımadığı şəxsləri göndərərək, həmçinin zənglər etdirib, ona və ailə üzvlərinə hədə-qorxu gəlmişlər. Bundan sonra o, cavabdehin qanunsuz hərəkətləri barədə, həmçinin borcunun qaytarılması tələbi ilə hüquq-mühafizə orqanlarına, o cümlədən Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmiş, həmin şikayət ərizəsi əsasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində (təhqiqatçı Müşfiq Cəbrayılov) araşdırma aparılmışdır. Həmin araşdırma materialı üzrə təhqiqatçı Müşfiq Cəbrayılov tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin araşdırma zamanı Cavabdeh xx.xx.2021-ci il tarixli izahat verərək, ona 111.000 (bir yüz on bir min) manat və 30.000 (otuz min) ABŞ dolları məbləğində pul borcu olduğunu etiraf etmiş, lakin hal-hazırda maddi imkanı olmadığından həmin borcu hissə-hissə ödəmək barədə öhdəlik götürmüşdür. Belə ki, həmin izahatda, həmçinin həmin izahata istinad edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarda Cavabdeh həmin material üzrə izahatında göstərmişdir ki, “Bildirirəm ki, İddiaçı ilə aramızda olan pul mübahisəsi ilə əlaqədar öz aramızda hesabat aparıb razılaşmışıq ki, hal-hazırda mənim Elxana 111.000 (bir yüz on bir min) manat və 30.000 (otuz min) ABŞ dolları borcum vardır. Lakin hal-hazırda maddi imkanım olmadığından Elxana olan borcumu hissə-hissə ödəyəcəyəm”. Lakin bundan sonra da dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, hətta borcun cavabdehin istədiyi kimi, yəni heç olmasa hissə-hissə qaytarılması cavabdeh tərəfindən təmin edilməmişdir. Hesab edir ki, həmin vəsait, yəni 111.000 (bir yüz on bir min) manat və 30.000 (otuz min) ABŞ dolları məbləğində pul borcu cavabdehdən alınıb ona ödənilməlidir. Nəhayət, borcun qaytarılması haqqında xx.xx.2022-ci il tarixli xəbərdarlıq (bildiriş) məktubu ilə rəsmi qaydada cavabdehin həm rəsmi qeydiyyatda olduğu ünvana (ünvan 1iyi faktiki ünvana (ünvan 3i rayonu C.Naxçıvanski küçəsi ev 94 mənzil 26) sifarişli-xəbərnaməli məktublar göndərilmiş, həmin məktubla borcun qaytarılmayacağı təqdirdə, onun tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət ediləcəyi cavabdehə bildirilmişdir. Lakin həmin məktublar rəsmi dövlət poçtu ilə hər iki ünvana çatdırılmasına baxmayaraq, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvanda “köçüb”, “bu ünvanda yaşamır”, özünün izahatında göstərdiyi faktiki ünvanda isə “yoxdu”, “qapını açmır” qeydləri ilə, poçtalyon çatdırılmamanın səbəbini göstərmişdir. Hesab edir ki, bu hallar da cavabdehi xarakterizə edən faktlardır. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində onun tərəfindən hüquqlarını müdafiə etmək üçün vəkillə hüquqi yardım haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən vəkil bürosuna 320 manat vəsait ödənilmişdir. Hesab edir ki, həmin vəsait də cavabdehdən alınıb ona ödənilməlidir. Bundan başqa, iddianın qaldırılması üçün cəmi 452.32 manat dövlət rüsumu ödənilmişdir. Hesab edir ki, iddia təmin edilərsə, həmin vəsait də cavabdehdən tutulmalıdır. Beləliklə, hesab edir ki, cavabdehdən borca görə 111.000 (bir yüz on bir min) manat və 30.000 (otuz min) ABŞ dolları pul vəsaitinin ödəniş gününə manat məzənnəsi ilə, həmçinin hüquqi yardım göstərilməsi üçün sərf edilmiş 320 (üç yüz iyirmi) manat vəsaitin, ödənilmiş 452.32 manat dövlət rüsumunun alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmalıdır. Cavabdeh İddiaçı qarşı “borcun qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 228.000 (iki yüz iyirmi səkkiz min) ABŞ dollarının ödəniş gününə manat məzənnəsi ilə, hüquqi yardım göstərilməsi üçün sərf olunan 200 manatın, 678 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia tam yalan olmaqla, saxta sənədlər əsasında qaldırılmışdır. Belə ki, o, 1992-ci ildən başlayaraq ünvan 3i rayonu ərazisində yerləşən 8-ci km bazarında santexnika mallarının satışı ilə məşğul olmuşdur. 1998-ci ildə ona məxsus mağazada işləyən Mahmud Əsgərov (artıq rəhmətə gedib) bir nəfərlə yanına gələrək onun işə götürülməsini xahiş etdi. O da fikirləşəcəyini bildirdi. Mahmud Əsgərovun bir neçə gün gəlib-getməsini nəzərə alaraq xahişinə əsasən həmin şəxsi, yəni İddiaçı Mahmud Əsgərovun işlədiyi mağazaya satıcı işinə götürdü. Həmin müddətdə mağazada Rafiq adlı şəxs də işləyirdi. Bir müddət işlədikdən sonra İddiaçı ona bildirdi ki, Qazaxıstanda yaşadığı müddətdə Çin Respublikasında, İranda, Rusiya Federasiyasında Türkiyə Respublikasında, Dubayda olmuş, həmin ölkələrdən Qazaxıstana mal vurmuşdur. Söhbətlərdən sonra qərara gəldi ki, İddiaçı həmin ölkələrə göndərərək mallar gətirilməsini təmin etsinlər və ortaq fəaliyyət göstərsinlər. Bu məqsədlə də Elxan da bildirdi ki, “pulun varsa sən bir dəfə özün get, nə gətirirsən gətir, görüm iş yaxşı alınırsa mən də pul qoyum şərikli fəaliyyət göstərək”. O da 10-15 min manat düzəltmək imkanının olmasını bildirdi. Həmin müddətdə, yəni 1998-ci ildə o, Dubaya getdi, mal vurub gətirdi və gördü ki, həmin mallardan xeyir əldə olunur. Buna görə də 1999-cu ildə o, Elxanı gətirdiyi malların qazancına ortaq etdi və ayrı-ayrı vaxtlarda təxminən 150.000 manat olmaqla pul verib mal gətirmək üçün göndərdi. O da malları gətirirdi və qazancı da yarıbayarı bölürdülər. Həmçinin bildirir ki, qardaşı Təvəkkül Məmmədov "xxxx" firmasından 34 kv.m olan mağazanı icarəyə götürərək orada santexnika satışı ilə məşğul olurdu. Həmin ərəfədə, daha doğrusu 2000-ci ildə mağaza satışa çıxarıldı, qardaşının imkanı olmadığından həmin mağazanı ala bilmədi, buna görə də ona məsləhət bildi ki, o gəlib onun 80 kv.m olan mağazasında işləsin, o, həmin mağazanı "xxxx" firmasından alsın. O da razılaşdığından, o, 20 min manat Bəxtiyar adlı şəxsə ödəyərək həmin mağazanı aldı, lakin sənədləşmə aparılmadı. Ona görə sənədləşmə aparılmadı ki, həmin firmanın çoxlu mağazaları var idi, onların hamısı özəlləşməli, bundan sonra satılmalı idi. Onlar da özəlləşməni edə bilmədiklərindən sənəd verilmədi, lakin bir-birlərini tanıdıqlarından, inamları olduğundan razılaşmışlar. Mağazanı aldıqdan sonra o, Elxanla razılığa gəldi ki, fəaliyyətlərini həmin mağazada həyata keçirsinlər. İşçi olaraq isə Elxanın qardaşları Elşən və Zahid Əsgərov qardaşlarını işə götürdü. Bir müddətdən, yəni təxminən bir ildən sonra Elxan Vahid və Musa Əsgərov qardaşlarını da ora işə gətirdi, o da bununla razılaşdı. Həmin ərəfədə onlar fəaliyyətlərini bir qədər genişləndirərək hava limanı yaxınlığında olan Sədərək bazarından, Dərnəgüldən, 3-cü mikrorayon bazarından yerlər götürərək fəaliyyət göstərməyə başlamışlar. Həmçinin, artıq mal çox gətirdiklərinə görə topdansatışa keçmişdilər, əlavə anbarlar da icarəyə götürmüşdülər. Səhv etmirsə 2001 və ya 2002-ci illərdə bir gün Elxan ona bildirdi ki, “gətirilən malların pulunu sən ödəyirsən, biz ortağıqsa mən də pul qoymalıyam”. Bu məqsədlə də o, həmin ərəfədə 15.000 (on beş min) manat ona verdi və o da qoyduğu pulun bir hissəsi olmaqla bunu qəbul etdi. Onlar fəaliyyət göstərdikləri müddətdə hissə-hissə olmaqla malın gətirilməsi məqsədilə verdiyi 150.000 manatı götürdü. Təxminən 2006-cı ilin sonu, 2007-ci ilin əvvəlinə kimi ona verdiyi 15.000 manat da daxil olmaqla, ödədiyi 150.000 manatı tam olaraq aldı. Fəaliyyət göstərdikləri müddətdə 2006-cı ilin dekabr ayında Elxan ona bildirdi ki, yaxşı mal var, qazancı çoxdur, pul düzəldə bilərsə həmin malı gətirsinlər. Həmin mallar kabel üzlüyü və santexnika malları idi. Həmin malların gətirilməsi üçün 250.000 (iki yüz əlli min) ABŞ dolları istədi. O da bildirdi ki, hamısını birdən verə bilməz, hissə-hissə ödəyəcək. Həmin malın onların əvvəlki fəaliyyətinə heç bir aidiyyəti yox idi, ayrıca gətiriləcəkdi, onun ödədiyi pul qaytarılacaqdı, qazanc isə yenə də aralarında bərabər olaraq bölünəcəkdi. Təxminən 2-3 ay müddətində həmin pulu düzəldərək Elxana verdi. Belə ki, bu məqsədlə tanışı və dostu olan Şahid2 adlı şəxsdən iki dəfəyə olmaqla 70 min və 50 min ABŞ dolları alaraq, cəmi 120.000 ABŞ dolları iki dəfəyə Əlinin yanında Elxana verdi. Bundan başqa ayrı-ayrı vaxtlarda 80.000 ABŞ dolları və 50.000 ABŞ dollarını düzəldərək yenə də Elxana ödədi. Hər pul əldə olunduqca Elxan gedib mal vurub gətirirdi. Beləliklə də o, Elxana 250.000 ABŞ dolları verdi və şərti də ondan ibarət oldu ki, həmin pul bir il müddətində qaytarılacaqdır, gətirilən malların qazancı isə yenə də aralarında bərabər olaraq bölünəcəkdir. Daha doğrusu qazanc müəyyənləşəcək, həmin pula toxunulmayacaq və sonrakı fəaliyyətlərində istifadə olunacaqdır. Elxan malları gətirirdi, satılırdı, lakin pula toxunulmurdu. Ona görə toxunulmurdu ki, malın çox hissəsi nisyədə olurdu. Bu minvalla əlavə mağazalar açdılar, işlətdilər və gəlib 2009-cu ilə çıxdılar. Borc aldığı pulları mallar nisyədə olduğundan, əlavə mal gətirilməli olduqlarından götürə bilmirdi, lakin özünün Elxana aidiyyəti olmayan digər mağazalarından əldə etdiyi gəlirlərlə borclarını qaytardı. 2009-cu ildə o, Elxana bildirdi ki, 250.000 ABŞ dollarını o götürməlidir, ehtiyacı vardır. O da bildirdi ki, dostu Cəlil adlı şəxslə Gürcüstanda plastik zavod açmışdır, zavodun 40 faizi Cəlilin, 60 faizi isə onundur, həmin 60 faizi 6 yerə böləcəklər, yəni qardaşlarını da ora şərik edirdi. Bildirdi ki, qoy zavodun işini tamamlasınlar pulu götürər. O da razılaşdı, lakin aralarında heç bir sənədləşmə həyata keçirilmədi. 2013-cü ilin sonu, 2014-cü ilin əvvəllərində o, Elxanı dəvət etdi və bildirdi ki, pul qaytarılmalıdır, bununla bağlı olaraq aralarında mübahisə də oldu. O da bildirdi ki, Masazır qəsəbəsində dostu ilə bina başlatmışdır, ordan da 40 faiz dostunun, 60 faizi isə onlarındır, 6 yerə bölünəcək, narahat olmasın, yaxın vaxtlarda pulu qaytaracaq. 2015-ci ildə onların mübahisəsi daha da şişdi və ona bilirdi ki, “gedək çörək yeyək”. O, Elxanın maşınına əyləşərək Qaradağ rayonuna getdilər. Orada bir həyət evinə getdilər. Həyətdə radiator vintillərinin istehsalı qurulmuşdu, X16 adlı (pasport: U12129613 nömrəli) bir türk vətəndaşı həmin sistemi qurmuşdu, işlədirdi. Orada türkü də çağırdı və onun yanında bildirdi ki, qardaşlarına da deyəcək bu sexin də qazancı 6 nəfər arasında bölünəcək, “sən məni sıxışdırma, mən binanı, vintil istehsalını tamamlayım pulu qaytarım, bunlardan olan qazancı da götürərik, istəməsən isə səninlə razılığa gələrək şərikliyi tamamlayarıq”. O da bildirdi ki, 250.000 ABŞ dollarını qaytar. Həmin müddətdə artıq Gürcüstanda olan işlərini yekunlaşdırmışdı. Bu minvalla 2018-ci ildə onun pula ehtiyacı olduğundan Elxana zəng etdi, o, gətirib ona 22.000 manat pul verdi və bildirdi ki, hesablaşarlar. 2021-ci ildə də yenə də onun tələbi əsasında ayrıayrı vaxtlarda 3 dəfə olmaqla, hər dəfəsində 5000 manat, bir dəfə isə 5500 manat olmaqla, cəmi 15.500 manat pul verdi. Yəni, ona cəmi 37.500 manat ödədi. Bundan sonrakı müddətdə dəfələrlə o, Elxana və qardaşlarına bildirmişdir ki, onun pulunu qaytarsınlar, mağazanı isə boşaltsınlar. Lakin heç bir hərəkət etməyiblər. Həmçinin bildirir ki, o, mağazanın boşaldılmasını tələb etdikdə onlar bildirdilər ki, mağazanı onlar almışlar və sənəd də onların adınadır. Bildirir ki, o, qardaşından həmin mağazanı götürdükdən sonra "xxxx" firmasından həmin mağazanı o almışdı, lakin sənəd verilməmişdi. Firmada isə onun razılığı əsasında həmin mağaza Elxanın qardaşı Elşənin adına getmişdi. Ona görə öz adına deyildi ki, onun adına başqa çoxlu sahələr var idi. Onlarla da yaxın münasibətdə olduğundan etibar edərək Elşənin adına olmasına razılıq vermişdi. 2021-ci ilin ortalarınadək onların arasında çox ciddi mübahisələr oldu. Onların mübahisəsinə Elxanın qardaşları da qoşulurdu. Qardaşları bildirirdilər ki, mağazanın, digər obyektlərin Elxana aidiyyəti yoxdur, bunlar onlarındır, get Elxanla mübahisəni həll et. Artıq o gördü ki, pulu ala bilmir, 2021-ci ilin 9-10-cu ayında Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə şikayət etdi, heç bir nəticəsi olmadı. Bundan başqa, ölkə rəhbərinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Korrupsiya İdarəsinə, Baş Polis İdarəsinə, 24-cü Polis Bölməsinə şikayətlər etdi. Onlardan ancaq 24-cü Polis Bölməsi çağırdı, gedib izahatını verdi. Sonra onu 35-ci Polis Bölməsinə çağırdılar. Ora getdikdə məlum oldu ki, İddiaçı ondan şikayət edib. Guya onun üstünə adam gətirmiş, onu hədələmiş, qorxutmuşdur. O da dedi ki, hər yer kameradır yoxlasınlar görsünlər onun yaşadığı ərazidə olmuşdurmu və izahatını verdi. 4-5 gündən sonra Xətaidə yerləşən 35-ci bölmədən Müşfiq Cəbrayılov adlı şəxs onu çağırdı. Ona bildirdi ki, Elxan şikayət edib, “sənin ona 111.000 manat və 30 min ABŞ dolları borcun var”. O da izahatını verdi ki, ona borcu yoxdur, əksinə Elxanın ona 250.000 ABŞ dolları borcu var və əmlakını-mağazanı qanunsuz olaraq ələ keçiriblər. Bundan əvvəl isə o, Elxandan 24-cü Polis Bölməsinə şikayət etmişdi. Müşfiq ikisinə məsləhət bildi ki, razılığa gəlsinlər. Elxan da dedi ki, bir gün ona vaxt versin qardaşları ilə razılaşsın və gəlib Müşfiq müəllimin yanında görüşsünlər. Səhərisi birlikdə Müşfiq müəllimin yanında oldular. Elxan bildirdi ki, qardaşları ilə razılaşmışdır, “sənin pulunu qaytaracağıq, lakin mağazada qardaşlarım işləyir, onu da oturub razılaşaq və bağlayaq”. Həmçinin, ona bildirdi ki, 24-cü bölmədəki ərizəni geri götürsün. Razılaşdılar və o, 24-cü bölmədən şikayətini geri götürmək barədə ərizə yazaraq poçtla göndərdi. Buna baxmayaraq, bundan sonra onunla əlaqə qura bilmədi. Göstərilənləri həmin müddətdə onunla birgə fəaliyyət göstərən Şahid3 və digər şahidlər də məhkəmə baxışı zamanı izahatları ilə təsdiq edə bilərlər. İndi ona məlum oldu ki, guya onun Elxana borcu var və məhkəmədə iddia qaldırıb. İddianı onunla əsaslandırıb ki, guya o, polisdə izahat yazaraq etiraf etmişdir ki, doğrudan da razılaşmaya əsasən ona 111 min manat və 30 min ABŞ dolları borcu var. Bildirir ki, həmin izahat saxtadır, o, belə bir izahat verməmiş, izahatdakı imza da ona məxsus deyildir. Həmin izahatı Elxan polis əməkdaşı Müşfiq Cəbrayılov adlı şəxslə razılığa gələrək imzasını saxtalaşdırmışdır. Ekspertiza təyin olunmaqla bunu dəqiqləşdirmək mümkündür. Göstərilənlərdən başqa, iddia ərizəsindən və ərizəyə əlavə olunan sənədlərdən aydın olur ki, guya İddiaçı ona xəbərdarlıq məktubu göndərmişdir. Əslində belə bir xəbərdarlıq məktubu da olmamışdır. Belə ki, sənədlərdən aydın olur ki, guya xəbərdarlıq məktubu onun qeydiyyatda olduğu yuxarıda göstərilən ünvana göndərilmişdir. İddiaçı yazdığı iddia ərizəsindən aydın olur ki, onun qeydiyyatda olduğu və yaşadığı ünvanı bilir və ərizədə də bunu qeyd etmişdir. Belə bir xəbərdarlıq məktubu göndərmişsə, onda yaşadığı ünvanı bildiyi halda nə üçün qeydiyyatda olduğu ünvana göndərmişdir. Beləliklə, onun verdiyi pulları nəzərə alsa, bu günə İddiaçı ona 228.000 (iki yüz iyirmi səkkiz min) ABŞ dolları borcu vardır və onun aldığı mağazanı öz adlarına salmaqla əmlakını ələ keçirmişlər. Qarşılıqlı iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, guya Cavabdeh 1998-ci ildə mərhum Mahmud Əsgərovun bir neçə dəfə etdiyi xahişini nəzərə alaraq, onu sonuncunun işlədiyi mağazaya satıcı kimi işə götürmüşdür. Həmin xüsusat tamamilə əsassızdır. Əvvəla, ona görə ki, o, heç vaxt heç bir mağazada, o cümlədən, Cavabdeh qeyd etdiyi mağazada satıcı işləməmişdir. İkincisi, o, Cavabdeh özünün də qarşılıqlı iddiada qeyd etdiyi kimi 1995-ci ilə qədər Qazaxıstanda yaşamış, orada iş adamı olmuş, ÇXR, RF, BƏƏ (Dubay), İran kimi ölkələrlə işgüzar əlaqələri olmuşdur. O, 1995-ci ildən Azərbaycana qayıdaraq, 1997-ci ilə qədər biznesini vətəndə davam etdirmək qərarına gəlmiş, Azərbaycana qayıtdıqdan sonra biznesini bir neçə şəbəkədə, o cümlədən, Bakı şəhərinin mərkəzində “Torqovıy” kimi adlanan ərazidə mağaza, Bakı Hava Limanının yaxınlığındakı “Binə” Ticarət Mərkəzində 2 topdansatış mağazası, “Bakıxanov (Razin) Ticarət Mərkəzində 2 mağazada əsasən müxtəlif növ malların satışı ilə davam etdirmiş, həmçinin, 8-ci km bazarında bir neçə obyektə, o cümlədən X2 işlətdiyi mağazanı santexnika malları ilə təchiz etmiş və həmin malların satışından əldə olunan gəlir tərəflər arasında bölünmüşdür. Sərdar Namazov təsdiq edə bilər ki, 8-ci km bazarını öz vəsaiti hesabına mallarla təchiz edən 3-4 nəfər şəxsdən biri o olmuşdur. Həmin dövrdə o, malları əsasən BƏƏ-nin dubay şəhərindən gətirmişdir. O, 1997-ci ilin əvvəlindən sonlarına qədər RF-nın Sankt-Peterburq şəhərinə gedərək, həmin dövrdə orada da biznes fəaliyyətini davam etdirmiş, həmin dövrdə, yəni 1997-ci ildə onun əvəzinə böyük qardaşı Elşən Əsgərov BƏƏ-nin dubay şəhərinə gedərək, mağazaları mallarla təchiz etməyə davam etmişdir. 1997-ci ilin sonlarında o, yenidən Azərbaycana qayıtmış, buradakı mağazaları işlətməyə, mağazaları daxili və xarici bazardan mallarla təchiz etməyə davam etmişdir. 1998-ci ilin əvvəllərində 8-ci km bazarındakı mərhum Mahmud adlı şəxs ona yaxınlaşaraq, bazardakı mağazalardan birində Cavabdeh icarə qaydasında işlətdiyi köhnə işlənmiş dəmir məmulatların satışı mağazasında satıcı işlədiyini, lakin mağazada mallar az olduğundan, həmçinin, icarəçi Cavabdeh çoxlu borcu olması səbəbindən mağazanı yaxşı gəlirlə işlədə bilmədiklərini bildirmiş, həmin mağazanı da mallarla təchiz etməyi əldə olunan gəliri icarəçi ilə bölməyi ona təklif etmişdir. Bundan sonra mərhum Mahmud adlı şəxs onu Cavabdeh ilə tanış etmişdir. Həmin vaxt Cavabdeh ona bildirmişdir ki, 8-ci km bazarında iki mağazanı, o cümlədən, mərhum Mahmud adlı şəxsin satıcı işlədiyi mağazanı icarə qaydasında işlədir, lakin çoxlu borcu olması səbəbindən mağazanı yaxşı gəlirlə işlədə bilmir, bu səbəbdən həmin mağazanı mallarla təchiz etməyi, əldə olunan gəliri bölməyi ona təklif etmişdir. Həmin vaxt o, Cavabdeh təklifi ilə razılaşmış, eyni zamanda, ona təklif etmişdir ki, mərhum Mahmud adlı şəxsin satıcı işlədiyi mağazaya böyük qardaşı X9 da orada olmaqla nəzarət edəcəkdir ki, əldə olunan gəlirlər düzgün bölüşdürülsün. Cavabdeh da həmin təklif ilə razılaşmışdır. Beləliklə, tərəflər mərhum Mahmud adlı şəxsin satıcı işlədiyi həmin mağazanı birgə şərikli işlətmək və əldə olunan gəlirləri öz aralarında, yəni onunla Cavabdeh arasında bölüşdürmək haqqında razılığa gəlmiş və 1998-ci ilin əvvəllərindən etibarən birgə işlətmişlər. 2000-ci ildə 8-ci km bazarının rəhbərliyi mağazaları satışa çıxarmış, həmin vaxt o, mərhum Mahmud adlı şəxsin satıcı işlədiyi mağazanın yanında yerləşən başqa bir mağazanı 20.000 (iyirmi min) manat ödəyərək almış, artıq tərəflər, yəni o və Cavabdeh arasında münasibət yarandığından, həmin mağazanı da işlətməyə başlamışlar, mağazadan gələn gəlirin yarı bölünməsi barədə razılaşmışlar. 2004-cü ildə Cavabdeh ona təklif etmişdir ki, sonuncu ilə birgə fəaliyyəti dayandırılsın, bu məqsədlə ona 15.000 (on beş min) manat ödəsin, həmçinin ona olan 3.000 (üç min) manat borcunu sonuncu ona bağışlasın. O, həmin təklif ilə razılaşmışdır. Beləliklə, 2004-cü ildə o, Cavabdeh 15.000 (on beş min) manat ödəyir, həmçinin sonuncunun ona olan 3.000 (üç min) manat borcunu bağışlayır və bununla da həmin tarixdən tərəflərin birgə fəaliyyəti tam qurtarır. Bu faktı, yəni tərəflərin birgə fəaliyyətinin bir-birinə borcu qalmadan tam qurtarmasını Cavabdeh qarşılıqlı iddia ərzəsində də etiraf edir, lakin həmin epizod üzrə tərəflərin münasibətlərinin bitdiyi tarix təhrif edilmiş, həmin tarix səhvən 2006-cı ilin sonları 2007-ci illərin əvvəlləri kimi təqdim edilmiş, əslində isə bu hal, yəni tərəflərin birgə fəaliyyətinin qurtarması yuxarıda qeyd edildiyi kimi, 2004-cü ildə baş vermişdir. Hazırkı mübahisənin predmetinə heç bir aidiyyəti olmasa belə, həmçinin işin nəticəsinə heç bir təsiri olmasa belə, Cavabdeh qarşılıqlı iddia ərzəsində həmin epizod üzrə göstərdiyi əksər xüsusatlar, o cümlədən 1999-cu ildə ona 150.000 manat pul verib mal gətirmək üçün Dubaya göndərməsi (borc içində boğulan, onun xaricdən gətirdiyi malların satışından əldə olunan gəlir hesabına yaşayan birinin ona 150.000 manat pul verməsi barədə xüsusat tamamilə absurddur!), 2000-ci ildə mağazanın satışa çıxarılması, guya onun Bəxtiyar adlı şəxsə 20.000 manat pul verib həmin mağazanı alması (halbuki, özü sonda etiraf edir ki, sənədləşmə aparılmamışdır, daha sonra isə təsdiq edir ki, həmin mağaza X4 adınadır, belə olan halda, hansı əsasla mağaza alına bilərdi?), mağazanı aldıqdan sonra onun qardaşları Elşən və Zahidi işə qəbul etməsi, bir müddət sonra onun digər qardaşları Vahid və Musanı da ora işə gətirməsi, 2001-2002ci illərdə onun İsmixanın da ortaqlığa görə pul qoymalı olmasını bildirməsi, bu məqsədlə ona 15.000 manat pul verməsi (əslində həmin vəsait yuxarıda qeyd edilən başqa məqsədlə, yəni tərəflərin birgə fəaliyyətinin qurtarması məqsədilə verilmişdir), 2007-ci illərin əvvəllərinə kimi 150.000 manat pulu tam alması (verilməmiş pul necə alına bilərdi?!) və s. bu kimi xüsusatlar tamamilə əsassızdır. Qarşılıqlı iddiada göstərilir ki, guya 2006-cı ilin dekabr ayında o, Cavabdeh təklif etmişdir ki, yaxşı mal, yəni kabel üzlüyü və santexnika malları var, yaxşı qazanc var, həmin malların gətirilməsi üçün o, İsmixandan 250.000 ABŞ dolları istəmiş, o da 2-3 ay müddətində Şahid2 adlı şəxsdən iki dəfəyə 70.000 və 50.000 olmaqla, cəmi 120.000 ABŞ dolları alaraq, həmçinin ayrı-ayrı vaxtlarda 80.000 və 50.000 olmaqla, cəmi 130.000 ABŞ dolları düzəldərək, ümumilikdə 250.000 ABŞ dolları düzəldərək ona vermiş, sonuncu da mal vurub gətirmiş, bu minvalla əlavə mağazalar açıb işlətmişlər və 2009-cu ilə çıxmışlar, həmin vaxtadək ona aid olmayan digər mağazalarından əldə etdiyi gəlirlərlə borclarını qaytarmış, 2009-cu ilə qədər o, İsmixana gəlirdən pul verməmiş, 2009-cu ildə İsmixan pulunu ondan istəmiş, lakin sonuncu müxtəlif bəhanələrlə verməmiş, həmin puldan 2018-ci ildə o, İsmixana 22.000 manat, 2021-ci ildə ayrı-ayrı vaxtlarda 3 dəfə olmaqla, hər dəfə 5000 manat, cəmi 15.000 manat, bir dəfə isə 5500 manat, ümumilikdə 37.500 manat vermiş, bundan sonra isə İsmixan ona və qardaşlarına “mənim pulumu qaytarın, mağazamı isə boşaldın” demiş, lakin onlar heç bir hərəkət etməmişlər. Həmin xüsusatlar da tamamilə əsassızdır. Əvvəla, ona görə ki, tərəflərin birgə işlədikləri müddətdə Cavabdeh heç vaxt birgə fəaliyyətə vəsait qoymamış, çünki onun belə bir vəsaiti olmamış, üstəlik Cavabdeh özünün bildirdiyinə görə, tərəflər birgə fəaliyyətini dayandırdıqdan sonra, Cavabdeh müxtəlif şəxslərə olan borcları daha da artmış, nəticədə onun barəsində çoxsaylı şikayətlər olmuş, barəsində məhkəmə qətnamələri qəbul edilərək icraya yönəldilmiş, lakin icra mərhələsində borclu qismində olduğu məbləğləri qaytara bilməmişdir. Cavabdeh adına reyestrdə nə daşınar, nə də daşınmaz əmlak qeydiyyatdan keçmir, özü isə inzibati binada qeydiyyatda olmaqla, kirayədə yaşayır. Yəni, qeyd edilənlər Cavabdeh xarakterizə edən hallardır. Belə bir şəxsin 2006-cı ilin dekabr ayında kiməsə 250.000 ABŞ dolları verməsi və bu günə qədər, yəni 2021-ci ildə o, İsmixana olan borcunu tələb edənə qədər heç bir orqana müraciət etməməsi, müraciət etdikdən sonra isə artıq cinayət məsuliyyətindən yayınmaq üçün həmin borcu etiraf etməsi və digər bu kimi hallar onun İsmixana borclu olmasını istisna edir. Cavabdeh fərqli olaraq isə, o, ailədə 5 qardaş olmaqla, hər birinin rəsmi böyük biznesi, mülkləri vardır, iş adamlarıdır. Bundan başqa, qarşılıqlı iddianın, guya 2006-cı ilin dekabr ayında onun Cavabdeh təklif etməsi, həmin malların gətirilməsi üçün onun İsmixandan 250.000 ABŞ dolları istəməsi, sonuncunun da həmin malların gətirilməsi üçün 2-3 ay müddətində Şahid2 adlı şəxsdən iki dəfəyə 70.000 və 50.000 olmaqla, cəmi 120.000 ABŞ dolları alaraq, həmçinin ayrı-ayrı vaxtlarda 80.000 və 50.000 olmaqla, cəmi 130.000 ABŞ dolları düzəldərək, ümumilikdə 250.000 ABŞ dolları düzəldərək ona verməsi tamamilə uydurulmuş, heç bir fakta əsaslanmır. Belə ki, əvvəla tərəfindən hələlik tam dəqiqləşdirilməmiş məlumata görə, Şahid2 adlı şəxsin özünün borclu qismində olduğu icra sənədi vardır. Belə olan halda, özü borclu olan şəxsin başqasına 120.000 ABŞ dolları məbləğində borc verməsi tamamilə absurd görünür. İkincisi, həm qarşılıqlı iddia ərizəsində, həm də qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş Şahid2 adlı şəxsin adından tərtib edilmiş və imzalanmış yazıda göstərilənlərin hamısı böhtan xarakterlidir, heç bir fakta əsaslanmır. Nəhayət, Cavabdeh qeyd etdiyi 37.500 manat pul məbləği həqiqətən onun tərəfindən İsmixana verilmişdir. Lakin həmin məbləğ Cavabdeh qeyd etdiyi 250.000 ABŞ dolları məbləğdə borcun bir hissəsi yox, onun Cavabdeh verdiyi borc vəsaitinin bir hissəsidir. Həmin 37 500 manat pul məbləğindən başqa, onun tərəfindən Cavabdeh sonuncunun istəyi ilə satmaq üçün 2500 manatlıq radiator və əlavə 1000 manat borc pul da verilmiş və həmin pullar da, yəni cəmi 41.000 manat qaytarılmamışdır. 30.000 ABŞ dolları məbləğində borcun necə yaranması ilə bağlı isə bildirir ki, tərəflər arasında 2004-cü ildən 2008-ci ilə qədər heç bir işgüzar münasibət olmamış, 2008-ci ildə Cavabdeh ona bildirmişdir ki, borc içində boğulur, borclarını qaytara bilmir, Dubaydan mal gətirib versə, satıb həm onun pulunu qaytarar, həm də gəliri yarı bölərlər. O da köhnə tanışı kimi İsmixana inanaraq razılaşmış, öz vəsaiti hesabına Dubaydan 70.000 ABŞ dolları dəyərində radiator gətirib satmaq üçün Cavabdeh vermiş, sonuncu isə həmin malları satmış, lakin həmin vəsaitdən 2020-ci ilə qədər yalnız 40.000 ABŞ dolları qaytarmış, malın özünün dəyərindən qalan 30.000 ABŞ dollarını isə qaytarmamış, həmçinin, əldə olunan gəliri də tam olaraq özü mənimsəmişdir. Nəhayət tələb edilən 111.000 manat ümumi vəsaitin qalan 70.000 manat hissəsi ilə bağlı aşağıdakıları bildirir. Belə ki, 2018-ci ildə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində təsisçi kimi onun tərəfindən inşa edilmiş çoxmərtəbəli və çoxmənzilli yeni tikiliyə (“novostroyka”) elektrik xəttinin çəkilməsi üçün müvafiq lisenziyası olan bir neçə şirkətə müraciət etmiş, lakin qiymətlər yüksək olduğundan, razılığa gələ bilməmişlər. Həmin ərəfədə Cavabdeh ona bildirmişdir ki, onun “Azərpoçt”da yüksək vəzifədə işləyən X10 adlı həmyerlisi və kirvəsi var, o, bu məsələni 290000 manata həll edə bilər. Bundan sonra Qara Qarayev metrosu yaxınlığında yerləşən Borçalı kafesində Cavabdeh, o və Sübhan Kazımov görüşmüş, həmin vaxt Sübhan Kazımov həqiqətən elektrik xəttinin çəkilməsi üçün müvafiq lisenziyası olan tanış şirkəti olduğunu və həmin şirkətə 290000 manat ödəniləcəyi təqdirdə, elektrik xəttinin çəkilib istifadəyə veriləcəyini bildirmişdir. Bundan sonra o, Sübhan Kazımova ümumilikdə 290000 manat pul vermiş, sonuncu məbləğ 2019-cu ilin sentyabr ayında “Azərpoçt”un inzibati binasında, üçüncü mərtəbədə Sübhan Kazımovun iş otağında Cavabdeh iştirakı ilə verilmişdir. O, Sübhan Kazımova sonuncu, yəni 220000 manat pulu verib çıxdıqdan bir neçə saat sonra Cavabdeh ona zəng edərək, məsələnin alınmadığını, gedib pulu geri götürməyini bildirmişdir. Bundan sonra o, qayıdaraq Sübhan Kazımovun iş yerinə getmiş, həmin vaxt Sübhan Kazımov ona 220000 manat pul qaytarmış, həmin vaxt o, Sübhan Kazımovdan qalan 70.000 manat pulu da tələb etmiş, bu zaman Cavabdeh otağa daxil olmuş, mübahisənin gərginləşdiyini görüb ona aşağı düşərək gözləməyi xahiş etmiş, məsələni həll edəcəyini bildirmişdir. Bundan bir müddət sonra Cavabdeh onun yanına aşağı düşərək, qalan 70.000 manat pulu özü alıb verəcəyini bildirmiş, lakin uzun müddət keçməsinə baxmayaraq, həmin 70.000 manat da qaytarılmamışdır. Nəhayət, 2021-ci ildə o, polisə muraciət etdikdən sonra tərəflərin, yəni onun, Sübhan Kazımov və Cavabdeh, həmçinin həmin vaxt onların yanında olmuş X5 iştirakı ilə “Neapol” dairəsi yaxınlığında birgə görüşü zamanı Sübhan Kazımov həmin 70.000 manat pulun Cavabdeh olduğunu bildirmiş, bundan sonra tərəflər müvafiq izahat vermək üçün 35-ci PB-nə getmiş, 35-ci PBdə təhqiqatçı Müşfiq Cəbrayılov tərəfindən həm Sübhan Kazımovdan, həm də Cavabdeh izahat alınmış, həmin vaxt o da onların yanında olmuş, Cavabdeh həmin izahatında bütövlükdə 30.000 (otuz min) ABŞ dolları və 111.000 (bir yüz on bir min) manat pulun, o cümlədən sonuncu məbləğin 70.000 manat hissəsinin onda olduğunu, həmin borcu hissəhissə qaytaracağını bildirmiş, məhz Cavabdeh həmin izahatında 70.000 manatın onda olduğunu bildirdikdən sonra isə Sübhan Kazımovdan izahat alınmışdır. Bundan başqa, qarşılıqlı iddia ərizəsində Cavabdeh göstərir ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırma aparılan zaman o, təhqiqatçı Müşfiq Cəbrayılov ilə razılığa gələrək onun imzası saxtalaşdırılmışdır, belə bir izahatlar verməmişdir, izahatlarındakı imzalar ona məxsus deyil və bu səbəbdən müvafiq ekspertizanın təyin olunmasını xahiş edir. Əvvəla, həmin xüsusat da tamamilə əsassızdır və hesab edir ki, məhkəmə prosesinin süni surətdə uzatmağa hesablanmış bir hərəkətdir. İkincisi, qarşılıqlı iddia ərizəsində Cavabdeh göstərir kı, 35-ci Polis Bölməsində özü izahat vermişdir. Nəhayət, Cavabdeh özü qarşılıqlı iddia ərizəsində göstərir ki, 35-ci Polis Bölməsində araşdırma aparılan zaman 24-cü Polis Bölməsinə şikayətini geri götürmək barədə poçt vasitəsilə ərizə vermişdir. Cavabdeh bölmə rəisinə xx.xx.2021-ci il tarixli həmin ərizəsində göstərir “Yazıb sizə bildirirəm ki, əvvəllər mənimlə şərik işləyən İddiaçı ilə aramızda olan narazılıq əsasında DİN-ə və Baş Prokurorluğa ərizə ilə müraciət etmişdim, hal-hazırda aramızda olan anlaşılmazlıq aradan qalxdığından Elxandan heç bir şikayətim və tələbim olmadığı üçün yazmış olduğum ərizələr əsasında rəhbərlik etdiyiniz bölmədə aparılan araşdırmanı dayandırmağı və bu məsələ ilə bağlı bizi bir daha narahat etməməyi sizdən xahiş edirəm”. Bununla belə əgər Cavabdeh hesab edirsə ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırma aparılan zaman təhqiqatçı Müşfiq Cəbrayılov tərəfindən onun imzası saxtalaşdırılmışdır, o halda ilk olaraq təhqiqatçı Müşfiq Cəbrayılov şahid qismində dəvət edilərək məhkəmə tərəfindən ifadəsi alınmalı, daha sonra isə araşdırma materialının əsli 35-ci Polis Bölməsindən tələb edilməli, müvafiq ekspertiza təyin olunacağı təqdirdə, iş materiallarına əlavə olunaraq ekspertiza tədqiqatına təqdim edilməlidir. Bu proseslər həyata keçirildikdən sonra onlar da müvafiq ekspertizanın təyin edilməsinə etiraz etməyəcəklər və obyektiv həqiqətin müəyyən olunması üçün məsələni məhkəmənin mülahizəsinə buraxacaqlar. Bundan başqa, xx.xx.2022-ci il tarixli hazırlıq iclasında izahat verən cavabdeh-iddiaçı Cavabdeh izahatında göstərdi ki, ona 250000 ABŞ dolları vermiş, o cümlədən tanışı Şahid2 2006-cı ildə 70000 ABŞ dolları, 2007-ci ildə isə 50000 ABŞ dolları alıb ona vermiş, o, İsmixana olan borcdan 110.000 ABŞ dollarını qaytarıb ona vermək istəmiş, lakin o, həmin məbləği götürməmiş, “hamısını qaytar, sonra götürüm” deyə bildirmiş, 2021-ci ilin oktyabr ayında ona olan borcu qaytarmadığına görə onun barəsində müvafiq orqanlara şikayət vermiş, həmin vaxta qədər heç bir yerə şikayət verməmişdir. Beləliklə, göründüyü kimi, qarşılıqlı iddianın dəlilləri əsassızdır və formal mülahizələrə əsaslanır. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini etiraf etmədi, iddia ərizəsinin və etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 İddiaçı izahatındakı xüsusatları təsdiq edərək, iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etmədi, qarşılıqlı iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Öncəki məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, Elxan ona 22.000 manat və ayrı-ayrı vaxtlarda 3 dəfə olmaqla, 2 dəfə 5000 manat, 1 dəfə isə 5500 manat olmaqla, cəmi 37.500 manat pul vermişdir. Amma həmin pulun Elxanın ona borclu olduğu məbləğdən geri qaytardığı pul olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh izahatındakı xüsusatları təsdiq edərək, iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, bölmədə 4 nəfər – İsmixan, Elxan, Sübhan və o var idi. İzahatı o tərtib etmiş və imza da ona aiddir. Lakin bir səhvi orada olub ki, “İzahatı öz sözlərimlə tərtib etmişəm” sözünü tərəflərə yazdırmamışdır. Onun yanında hansısa məbləğdən söhbət getməyib. İsmixan etiraf edib ki, Elxana borcu var. Lakin hansı miqdarda borc olduğu barədə söhbət olmayıb. Araşdırmada aydın olub ki, Elxan və İsmixanın Nizami RPİ və Nizami Rayon 24-cü Polis Bölməsində işləri olub, yekunda isə hər dəfə barışıq olub. Məhkəmə iclasında Şahid4 ifadəsində bildirmişdir ki, İsmixanı 2008-ci ildən tanıyır və bilir ki, Elxanla İsmixan şərikdirlər. Elxanı isə sadəcə şifahi tanıyır. İsmixana dedi ki, yer almaq istəyirlər, onda bildi ki, aralarında pul söhbəti var. 2019-cu ilin axırı idi, İsmixan gözünün qabağında Elxandan 5000 manat alıb beh vermək üçün ona verdi. 70000 manatı 1 ay sonra verəcəkdi, lakin vermədi. İzahatını 4 ay bundan öncə özü yazmış, Qarayevdə İsmixanın oğlu ilə kseroks yerində çapa verdirmişdir. Elxanın İsmixana 120000 dolları 8-ci km bazarında verməyini sadəcə eşitmişdir. O, İsmixanın dükanında satıcı işləyirdi. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, məhkəmə iclas zalındakılardan demək olar ki, hamını tanıyır. 2006-cı ilin axırı idi, İsmixan ona dedi ki, get bir nəfəri qarşıla. Onun yanında 70000 dolları Əli verdi İsmixana, İsmixan da verdi Elxana. Hadisə olanda orada o, Elxan, İsmixan və Əli var idi. İsmixanın Elxandan borc alması barədə məlumatı yoxdur. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, Elxanın İsmixana pul verdiyini eşitmişdir, lakin görməmişdir. Birinci İsmixanı tanımış, dostluqları olub. İsmixan ondan 70000 dollar borc istədi, o da verdi. Sonra İsmixan həmin 70000 dolları onun yanında Elxana verdi. İsmixan daha sonra bir daha ona müraciət edərək, mala pul lazım olduğunu deyib 50000 dollar borc istədi. Lakin o pulu İsmixan Elxana verəndə yanlarında deyildi. Elxanın tikdiyi binaya stop qoyulmuşdu, Sübhan sənəd işləri ilə bağlı kömək etmişdi. Elxanı son dəfə Nizami Rayon Prokurorluğunda görmüş, Mercedes markalı maşın idərə edirdi. Eşitdiyinə görə tərəflər arasında mübahisə olub deyə polisə müraciət ediblər. Lakin sonra barışıq olub və İsmixan deyib ki, Elxan pulu qaytaracaq. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, o, birinci Elxanı tanımış, onunla yol yoldaşı olmuşlar. Elxan İsmixanla görüşək demiş və onlar 2021-ci ilin dekabr ayında Neapol dairəsində görüşmüşlər. Həmin görüşdə Elxan Sübhana dedi ki, “70000 manatı sənə vermişəm, Sübhan Elxana dedi ki sən pulu qoydun, İsmixan da gəlib götürdü. Onun yanında İsmixan təsdiq elədi ki, həmin pul məndədir. Elxan da dedi ki, əgər səndədirsə get polisə de ki, Sübhana verilmiş pul məndədir”. Daha sonra İsmixanla Elxanın arasında mübahisə yarandı və aralaşdılar. İsmixanın Elxana borcu olması barəsində məlumatı yoxdur. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, İsmixan müəllimi uzun müddətdir vasitəçi tərəfindən tanıyır. Elxan müəllimi isə sonradan İsmixan müəllimə görə tanımışdır. 35-ci Polis Bölməsində yazdığı ərizədəki kimi, Elxanın İsmixana və ya İsmixanın Elxana borcu olması barədə heç bir məlumatı yoxdur. Neapol darəsindəki görüş barəsində isə onu deyə bilər ki, görüş qısa olub və 70000 manat haqqında məlumatı yoxdur. Nə hansısa vəsaitin alınmasında, nə də verilməsində iştirak etməmişdir. İsmixan ondan bina tikintisi ilə bağlı sənəd problemi olduğu üçün kömək istəmişdir və o da kömək etmişdir. Lakin həmin söhbətdə də pul almamışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 453 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 678 manat dövlət rüsumu ödənilmişdir. - İddiaçı Cavabdeh barəsində vermiş olduğu ərizə əsasında Bakı şəhəri Xətai RPİnin 35-ci PB-də aparılmış təhqiqat araşdırması zamanı toplanmış materiallarda olan: İddiaçı xx.xx.2021-ci il tarixli izahatından görünür ki, 2019-cu ilə kimi müxtəlif vaxtlarda və yerlərdə İsmixan ondan hissə-hissə 111.000 manat və 30.000 ABŞ dolları borc almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli izahatından görünür ki, Elxanın ona 250.000 ABŞ dollar borcu olmuş və dəfələrlə ondan pulunu qaytarmasını tələb etmişdir. O, Elxanla şərik olarkən ondan hissə-hissə 37.500 manat pul almışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən qeyd olunan faktda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh bildirmişdir ki, 1998-ci ildə Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarında santexnik avadanlıqları satışı ilə məşğul olarkən Mahmud adlı şəxsin vasitəsi ilə İddiaçı ilə tanış olmuş və bu tanışlıq nəticəsində aralarında kommersiya fəaliyyəti başlamışdır. Belə ki, mağaza ondan və Elxan tərəfindən sərmayə qoyaraq santexnik avadanlıqları alıb birlikdə işləməyə başlamışlar. Bir müddət işlədikdən sonra mağaza satıldığından onlar qardaşı Təvəkkülün icarəyə götürdüyü mağazanı birlikdə bazar sahibindən alıb işləməyə başlamışlar. Bu müddət ərzində onun Elxanda 150.000 manat pulu olmuş və 2015-ci ilə kimi onlar birlikdə şərik işlədikdən sonra ona pul lazım olduqda Elxandan 120.000 manat pul istəmiş və sonuncu ona pulu vermədiyindən aralarında olan münasibət pozulmuşdur. Bundan sonra o, Elxanla dəfələrlə görüşüb mağazadan çıxmasını və ona olan 250.000 ABŞ dolları borcunu qaytarmasını tələb etsə də, Elxan bundan hər dəfə yayınmağa başlayaraq ondan qaçıb gizlənmişdir. Təhqiqat araşdırması zamanı təkrar izahatı alınmış Cavabdeh vermiş olduğu izahatı qismən təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, İddiaçı ilə aralarında olan pul mübahisəsi ilə əlaqədar öz aralarında hesabat aparıb razılaşmışlar, hal-hazırda onun Elxana 111.000 manat və 30.000 ABŞ dolları borcu vardır. Lakin hal-hazırda maddi imkanı olmadığından Elxana olan borcunu hissə-hissə ödəyəcəkdir. - xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ona olan 111.000 manat və 30.000 ABŞ dollarını 10 gün ərzində qaytarmayacağı təqdirdə, məhkəməyə müraciət edəcəyi barədə Cavabdeh xəbərdar etmişdir. - Cavabdeh İddiaçı barəsində vermiş olduğu ərizə əsasında ünvan 3i RPİ-nin 24-cü PŞ-də aparılmış təhqiqat araşdırması zamanı toplanmış materiallarda olan: Cavabdeh izahatından görünür ki, Elxana mal alması üçün 250.000 ABŞ dolları məbləğində pul vermiş, pulu verərkən heç bir rəsmiləşdirmə olmamışdır. İddiaçı izahatından görünür ki, İsmixan ona 250.000 ABŞ dolları pul verməmişdir, ona şər, böhtan atır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət təqibi üzrə icraatın başlanmasının rədd edilməsi qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh ərizəsi əsasında toplanmış materialda Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət təqibi üzrə icraatın başlanmasının rədd edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 4/625 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 164-cü vərəqəsinə tikilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də toplanmış materialda Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda 2 ədəd “Cavabdeh” yazılarının qarşısındakı imzlalar – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təkrar məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-4/1086 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 164-cü vərəqəsinə tikilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də toplanmış materialda Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda 2 ədəd “Cavabdeh” yazılarının qarşısındakı imzlalar – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə, ilkin iddia ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi borc münasibətləri yaranmış, qarşılıqlı olaraq bir-birlərinə borc pul vermişlər. İddiaçı Cavabdeh 111.000 (bir yüz on bir min) manat və 30.000 (otuz min) ABŞ dolları borc verdiyini iddia etsə də, tədqiq olunmuş sübutlarla iddia tam təsdiqini tapmamışdır. Belə ki, ilkin və təkrar keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizaları zamanı Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də toplanmış materialda Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatda sonuncunun adının qarşısındakı imzaların ona məxsus olması öz təsdiqini tapmamışdır. Bundan başqa, İddiaçı Cavabdeh 30.000 (otuz min) ABŞ dolları məbləğində borc pul verməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə, 30.000 (otuz min) ABŞ dolları məbləğində borcun tutulması hissəsində ilkin iddianı əsassız hesab edir. İlkin iddianın 111.000 manat borcun tutulması hissəsi ilə bağlı isə məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 70.000 manat məbləğində pulunun olması şahid Quliyev Teymurun ifadəsi ilə təsdiq olunmuşdur. Bundan başqa, Cavabdeh həm qarşılıqlı iddia ərizəsində, həm də polis və məhkəmədəki izahatlarında İddiaçı ona 37500 manat məbləğində pul verdiyini bildirmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, ilkin iddia etiraf olunan 37500 manat və təsdiq olunan 70.000 manat hissələrdə təmin edilməli, Cavabdeh 107 500 manat məbləğində borc tutularaq İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, qarşılıqlı iddia ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh İddiaçı 228.000 (iki yüz iyirmi səkkiz min) ABŞ dolları məbləğində pul verdiyini iddia etsə də, iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, aparılmış araşdırma zamanı şahid ifadələri (Şahid2 və Şahid3) əsasında Cavabdeh İddiaçı 70.000 ABŞ dolları borc pul verdiyi, sonuncunun həmin borcu hal-hazıradək Cavabdeh qaytarmadığı öz təsdiqini tapmışdır. Bununla əlaqədar olaraq, məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 70.000 ABŞ dolları məbləğində borc tutularaq Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edildiyindən, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun 397,5 manat hissəsi Cavabdeh alınıb İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun 409 maant hissəsi isə İddiaçı alınıb Cavabdeh verilməli, hüquqi yardım xərcləri isə tərəflərin özlərinə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 107500 manat məbləğində pul vəsaiti və 397,5 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul vəsaiti və 409 (dörd yüz doqquz) manat dövlət rüsumu tutularaq Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 346 (üç yüz qırx altı) manat məbləğində pul müştərək qaydada İddiaçı və Cavabdeh tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 105.000 manat məbləğində pul vəsaiti və 395 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul vəsaiti və 409 (dörd yüz doqquz) manat dövlət rüsumu tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 346 (üç yüz qırx altı) manat məbləğində pul müştərək qaydada İddiaçı və Cavabdeh tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar