Məhkəmə qərarları › İş №e-2(008)-652/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-652/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-652/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X5 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,, Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə: xx.xx.2021-ci il tarixli BPM**********36 №-li kredit müqaviləsinə əsasən 2000 manatlıq kredit üzrə 882,54 manat əsas borc, 164,58 manat faiz borcu, cəmi 1047,12 manat, xx.xx.2021-ci il tarixli, BPM**********36 №-li kredit müqaviləsin əsasən 300 manatlıq kredit üzrə 298,02 manat əsas borc, 60,72 manat faiz borcu olmaqla, cəmi 358,74, Ümumilikdə 1405,86 manat məbləğində kredit borcunun və ödənilmiş 34,06 manat dövlət rüsumunun , habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********36 №-li kredit müqaviləsinə əsasən 39 ay müddətinə, İllik 22 faiz dərəcəsilə 2000 manat məbləğində kredit verilmişdir. Bundan əlavə, eyni tərəflər arasında eyni tarixlə eynti nömrəli müqavilə ilə borcluya 36 ay müddətinə, İllik 24 faiz dərəcəsilə 300 manat məbləğində kredit kartı verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə ölmüşdür. 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum X2 vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün yərəsəlik işi açılmış, vərəsə Cavabdeh müəyyən edilmişdir. Maliyyə arayışına əsasən, X2 xx.xx.2021-ci il tarixli, ******* saylı k|redit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu - 2000 manatlıq – 882,54 manat əsas borc, 164,58 manat faiz borcu olmaqla, cəmi 1047,12 manat borcu xx.xx.2021-ci il tarixli, ******* №-li kredit müqaviləsin əsasən Banka ödənilməmiş borcu - 300 manatlıq – 298,02 manat, əsas borc, 60,72 manat faiz borcu olmaqla, cəmi 358,74 manat borcu, ümumilikdə, X3 hər iki kredit müqaviləsi Banka ödənilməmiş 1405,86 manat qalmlşdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. "xxxx" ASC ilə X6 arasında bağlanmış: xx.xx.2021-ci il tarixli BPM**********36 №-li kredit müqaviləsinə əsasən 39 ay müddətinə, İllik 22 faiz dərəcəsilə 2000 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli BPM**********36 №-li müqavilə ilə 36 ay müddətinə, İllik 24 faiz dərəcəsilə 300 manat məbləğində kredit kartı verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə ölmüşdür (Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 395635 №-li ölüm haqqında şəhadətnamə). 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən X6 ölməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə onun arvadı Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən miras əmlak ünvan 1 ünvanında yerləşən sahəsi 167,21 kv metr olan fərdi yaşayış evinin miras qoyana məxsus 1/8 hissədən ibarətdir. Maliyyə arayışına əsasən X2 xx.xx.2021-ci il tarixli, ******* №-li k|redit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu - 2000 manatlıq – 882,54 manat əsas borc, 164,58 manat faiz borcu olmaqla, cəmi 1047,12 manat borcu xx.xx.2021-ci il tarixli, ******* №-li kredit müqaviləsin əsasən Banka ödənilməmiş borcu - 300 manatlıq – 298,02 manat, əsas borc, 60,72 manat faiz borcu olmaqla, cəmi 358,74 manat borcu, ümumilikdə, X3 hər iki kredit müqaviləsi Banka ödənilməmiş 1405,86 manat qalmlşdır. xx.xx.2021-ci il tarixli, ******* №-li 2000 manatlıq kredit müqaviləsinə aid hesabdan çıxarışdan görünür ki, X1 hər ay ödəməli olduğu 72,24 manat kredit borcunu öldüyü günədək vaxtı-vaxtında ödəmişdir. 300 manat məbləğində kart kreditininə aid hesabdan çıxarışdan görünür ki, borclunun öldüyü günə kartında 298,02 manat məbləğində pul vəsaiti qalmışdır. Hazırda iddiaçı cavabdehlərdən 1405,86 manat məbləğində kredit borcunun tutularaq ödənilməsini istəyir. İş materiallarında olan bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1243.1-ci maddəsinə əsasən virası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh mirası qəbul etdiyindən borcu da ödəməlidirlər. Miras əmlakın dəyəri borc məbləğində aşkar şəkildə çox olduğundan məhkəmə miras əmlakın qtiymətlənirilməsini zəruri hesab etməmişdir. Lakin, məhkəmə hesab edir ki, 2000 manatlıq kredit müqaviləsi üzrə faiz borcu borclunun öldüyü gündən sonra hesablandığından 164,58 manat faiz borcu cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********36 №-li kredit müqaviləsinə əsasən 2000 manatlıq kredit üzrə 882,54 manat əsas borc, xx.xx.2021-ci il tarixli, BPM**********36 №-li kredit müqaviləsin əsasən 300 manatlıq kredit üzrə 298,02 manat əsas borc, 60,72 manat faiz borcu olmaqla, cəmi 358,74, ümumilikdə 1241,28 manat məbləğində kredit borcu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia 1241,28 manat hissədə təmin edildiyindən 32,41 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 1,65 manat iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********36 №-li kredit müqaviləsinə əsasən 2000 manatlıq kredit üzrə 882,54 manat əsas borc, xx.xx.2021-ci il tarixli, BPM**********36 №-li kredit müqaviləsin əsasən 300 manatlıq kredit üzrə 298,02 manat əsas borc, 60,72 manat faiz borcu olmaqla, cəmi 358,74, ümumilikdə 1241,28 manat məbləğində kredit borcu, 32,41 manat məbləğində dövlət rüsümu, 0,40 manat bank xidmət haqqı tutulsun. İddia qalan hissədə rədd edilsin. 1,65 manat dövlət rüsümu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar