Məhkəmə qərarları › İş №e-2(008)-6520/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(008)-6520/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6520/2022 01.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı QSC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılmasına dair İddiaçı QSC-nin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 012A********** №-li kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 2022,86 manat məbləğində kredit borcu, 351,03 manat məbləğində faiz borcu, 429,84 manat məbləğində cərimə borcu, cəmi 2803,43 manat məbləğində borcun və ödənilmiş 48,04 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6520/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı QSC-nın xeyrinə 2022,86 manat məbləğində kredit borcu, 351,03 manat məbləğində faiz borcu, 43 manat məbləğində cərimə borcu, cəmi 2416,89 manat məbləğində borcun və ödənilmiş 48,04 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı QSC məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 012A********** №-li kredit müqaviləsinin ləğv edilməsi barədə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 229.1-ci maddəsinə əsasən iddiaçının ərizəsi ilə iş üzrə əlavə qətnamənin çıxarılması barədə məsələyə baxılmasını zəruri hesab etmişdir. İşdə iştirak edən şəxslər əlavə qətnamə çıxarılmasına dair ərizəyə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da, cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər. 229.1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə iddiaçının xx.xx.2020-ci il tarixli, 012A********** №-li kredit müqaviləsinin ləğv edilməsi barədə iddia tələbinə dair hissəsinə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qətnamənin əsaslandırıcı hissəsində qiymət versə də, bu tələb barədə qətnamə qəbul etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6520/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 012A********** №-li kredit müqaviləsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 229 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı QSC-nin ərizəsi təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6520/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 012A********** №-li kredit müqaviləsi ləğv edilsin. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar