Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-654/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3760,80 (üç min yeddi yüz altmış manat səksən qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 6214 (altı min iki yüz on dörd) manat və 119,75 (bir yüz on doqquz manat yetmiş beş qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 10 094,56 (on min doxsan dörd manat əlli altı qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 04-902 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00002 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 1004 manat; - xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 194,40 manat; - xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 46 manat; - xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 291,60 manat; - xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 109,80 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 142,20 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 97,20 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 266,40 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 590,40 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; cəmi 3760,80 (üç min yeddi yüz altmış manat səksən qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin aprel-dekabr ayları üzrə 172,20 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1342,90 manat sərfiyyat borcu və limitdən əlavə 25,60 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 1456,35 manat sərfiyyat borcu və limitdən əlavə 43,90 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 1211,12 manat sərfiyyat borcu və limitdən əlavə 92,88 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-sentyabr ayları üzrə 1465,59 manat sərfiyyat borcu və limitdən əlavə 194,16 manat sərfiyyat borcu, cəmi 6004,47 manat sərfiyyat borcu qalmışdır. Cavabdehin 2016-cı il sentyabr ayından sayğac dəyişikliyindən sonra isə abonentin 191,10 manat və 2020-ci il oktyabr ayından sayğac dəyişikliyindən sonra isə abonentin 34,40 manat, cəmi 225,50 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir. Həmçinin, Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqinda” xx.xx.2020-ci il tarixli İ006269 nömrəli akt əsasında 32,40 manat məbləğində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş sərfiyyat borcu olduğu müəyyən olunmuşdur (6004,47+32,40+225,50=6262,37). 2016-cı ilin dekabr ayından 2024-cü ilin sentyabr ayına qədər cavabdeh 48,37 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 6214 (altı min iki yüz on dörd) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gazrep üzrə ümumi 9974,80 (döqquz min doqquz yüz yetmiş dörd manat səksən qəpik) manat təşkil etməkdədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 04-902 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00002 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçın işçiləri tərəfindən təbii X2nın pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 1004 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 194,40 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 46 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 291,60 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 97,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 266,40 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 590,40 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, cəmi 3760,80 (üç min yeddi yüz altmış manat səksən qəpik) manat məbləğində İddiaçı İB-nə zərər dəymişdir. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 6214 (altı min iki yüz on dörd) manat borcu debitor borcu da qalmışdır. Beləliklə, İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gazrep üzrə ümumi 9974,80 (döqquz min doqquz yüz yetmiş dörd manat səksən qəpik) manat təşkil etməkdədir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin İddiaçı İB tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən yeni aktlar tərtib etməsi, həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Yəni İddiaçı İB əməkdaşları tərəfindən kənar qoşulma hallarını aşkar edildiyi halda heç bir tədbir görülməmiş, hər ayın sonunda formal olaraq aktlar yazmaqla kifayətlənmiş və nəticədə kənar qoşulma halının davam etməsinə şərait yaratmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli təbii X2nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, fərdi yaşayış evinin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş, dəymiş ziyan 5020 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərinə daxil borunun en kəsiyindən keçən qazın maksimal saatlıq qaz sərfi 2,5 m3/saat yay ayları uçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 88 gun, qış ayları uçün orta günlük iş rejimi 18 saat və hesabat müddəti 92 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2.5x4x88=880 m3 2.5x18x92=4140m3 hesablanmışdır. Məhkəmə təbii X2nın pozulması haqqında qeyd edilən akt əsasında hesablanmış ziyan məbləğini qanuni hesab etməyərək, 2,5 m3/saat yay ayları uçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 88 gun deyil, 30 gün – 2.50 x4 x 30 = 300 x 0.12 = 36 manat, qış ayları uçün orta günlük iş rejimi 18 saat deyil, 12 saat və hesabat müddəti 92 gün, deyil 30 gün – 2.50 x 12 x 30 = 900 x 0.12 x 30 = 108 manat qəbul edilməlidir. Beləliklə məhkəmə araşdırması nəticəsində xx.xx.2018-ci il tarixli akt üzrə cavabdeh tərəfindən 144 (bir yüz qırx dörd) manat İddiaçı İB-nə ziyan vurulması müəyyən edilir. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən ilk aktı əsas götürərək 144 manat, lakin digər aktların tərtib edilmə zamanı aktlarda cavabdehin imzasının olmadığını, həmin aktların tərtib edilməsi zamanı cavabdehə məxsus evə baxış keçirilməsi, keçirilmişdirsə kənar xətt aşkar edildiyi halda onun qaynaqla qaz xəttindən ayrılmamasını, aktlar tərtib olunan zamanı cavabdehin iştirakının təmin edilməməsini həmçinin ünvana baxış keçirilmədən hər ayın sonu akt yazmaqla kifayətlənmişlər. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq “Azərqaz” İB əməkdaşları tərəfindən ikici dəfə qeyd olunan ünvanda kənar qoşulma halı aşkar edən zaman bu kənar xətt qaynaqla ayrılaraq inzibati orqana xəbər verilməli olduğu halda edilməmiş hər ay akt yazılmaqla kifayətlənmişlər. Bu səbəbdən məhkəmə xx.xx.2018-ci il tarixdə tərtiq edilmiş aktı qismən əsaslı hesab edərək, sonrakı tarixlərdə tərtib edilmiş aktların yazılmasına “Azərqaz” İB özü şərait yaratması kimi qiymətləndirərək məhkəmə digər tarixlərdə tərtib edilmiş aktları qəbul etmir. İş materiallarında olan cavabdehin İddiaçı İB-yə ödənilməli debitor borcu hazırda 6214 (altı min iki yüz on dörd) manat debitor borc təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 83,58 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli akt üzrə dəymiş ziyan olaraq 144 (bir yüz qırx dörd) manat, 6214 (altı min iki yüz on dörd) manat debitor borc, cəmi 6358 (altı min üç yüz əlli səkkiz) manat borc və 83,58 (səksən üç manat, əlli səkkiz qəpik) manat dövlət rüsumu, İddiaçı İB-nin xeyrinə tutulmalı, tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli akt üzrə dəymiş ziyan olaraq 144 (bir yüz qırx dörd) manat, 6214 (altı min iki yüz on dörd) manat debitor borc, cəmi 6358 (altı min üç yüz əlli səkkiz) manat borc və 83,58 (səksən üç manat, əlli səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-654/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-654/2025
04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver