Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-655/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3443 (üç min dörd yüz qırx üç) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2868,94 (iki min səkkiz yüz altmış səkkiz manat 94 qəpik) manat və 83,12 (səksən üç manat 12 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6395,06 (altı min üç yüz doxsan beş manat 06 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 04-228 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə GCZ-G-2.5 diafraqma markalı qaz sayğacı quraşdırılmışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2012-ci il tarixli 030583 saylı akt əsasında 144 manat; - xx.xx.2016cı il tarixli 096084 saylı akt əsasında 194,40 manat; - xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 429 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1088 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 291,60 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 176,40 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 266,40 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat, cəmi 3443 (üç min dörd yüz qırx üç) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Bildirir ki, cavabdehin ödənilməmiş 2012-ci ilin ayları üzrə qalıq 300,64 manat sərfiyyat borcu, 2020-ci ilin aprel-dekabr ayları üzrə 251,20 manat sərfiyyat borcu və limitdən əlavə 31,20 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 724,05 manat sərfiyyat borcu və limitdən əlavə 15,45 manat sərfiyyat borcu, 2022-ci ilin yanvardekabr ayları üzrə 694 manat sərfiyyat borcu və limitdən əlavə 44,75 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 629,27 manat sərfiyyat borcu və limitdən əlavə 28,48 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-sentyabr ayları üzrə 344,60 manat sərfiyyat borcu və limitdən əlavə 19,20 manat sərfiyyat borcu, cəmi 3082,84 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, Azəriqaz İB-nın əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 00011 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 1,10 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir (3082,84+1,10=3083,94). 2020-ci ilin aprel ayından 2024-cü ilin sentyabr ayına qədər cavabdeh 215 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 2868,94 (iki min səkkiz yüz altmış səkkiz manat 94 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldo və gazrep üzrə ümumumilikdə 6311,94 (altı min üç yüz on bir manat 94 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, xx.xx.2025-ci il tarixli ərizə (həmçinin müddəti ötürülməklə iddiaya etiraz vermiş) ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli 04-228 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı aktların surətlərindən görünür ki, istehlakçı Quliyev Akifə məxsus evə (ünvanlar və abonent kodları fərqlidir) baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən sayğacdan təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən sayğacdan təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən sayğacdan təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2012-ci il tarixli 030583 saylı akt əsasında 144 manat; xx.xx.2016-cı il tarixli 096084 saylı akt əsasında 194,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 429 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1088 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 291,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 176,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 266,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat zərər hesablanmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə cavabdehin ödənilməmiş 2012-ci ilin ayları üzrə qalıq 300,64 manat sərfiyyat borcu, 2020-ci ilin aprel-dekabr ayları üzrə 251,20 manat sərfiyyat borcu və limitdən əlavə 31,20 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 724,05 manat sərfiyyat borcu və limitdən əlavə 15,45 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 694 manat sərfiyyat borcu və limitdən əlavə 44,75 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 629,27 manat sərfiyyat borcu və limitdən əlavə 28,48 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-sentyabr ayları üzrə 344,60 manat sərfiyyat borcu və limitdən əlavə 19,20 manat sərfiyyat borcu, cəmi 3082,84 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, Azəriqaz İB-nın əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 00011 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 1,10 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir (3082,84+1,10=3083,94). 2020-ci ilin aprel ayından 2024-cü ilin sentyabr ayına qədər cavabdeh 215 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci ildə qüvvədə olan «Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə» 28 noyabr 2016-ci il tarixli 18 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 2200 m3 (2200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,10 manat, illik istehlak həcminin 2200 m3-dən yuxarı hissəsi üçün hər 1 m3-i 0,20 manat qiymət təyin edildiyini nəzərə alaraq xx.xx.2017-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanan 1512 m3 qaz həcminin dəyərinin 151,2 manat (1512 m3 x 0,10 manat = 151,2 manat); xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə hesablanan 4428 m3 qaz həcminin dəyərinin 665,6 manat (2200 m3 x 0.10 manat = 220 manat, 2228 m3 x 0.20 manat = 445,6 manat), xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə hesablanan 2916 m3 qaz həcminin dəyərinin 363,2 manat (2200 m3 x 0.10 manat = 220 manat, 716 m3 x 0.20 manat = 143,2 manat), xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə isə hesablanan 1944 m3 qaz həcminin 194,4 manat (1944 m3 x 0.10 manat = 194,4 manat) ola biləcəyini nəzərə alaraq qeyri qanuni qoşulma halında tərtib edilmiş aktlar üzrə ondan tutula biləcək məbləğ 1374,4 manat müəyyən edilə bilər. Beləliklə, işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. İddiaçı iddia edir ki, cavabdeh tərəfindən bu Qaydaların tələbləri kobud surətdə pozulmuş, istifadəsinə verilmiş qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş, iddiaçıya xx.xx.2012-ci il tarixli 030583 saylı akt əsasında 144 manat; xx.xx.2016-cı il tarixli 096084 saylı akt əsasında 194,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 429 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1088 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 291,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 176,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 266,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat məbləğində zərər vurulmuşdur. Bundan başqa, cavabdehin debitor borcu 2868.94 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə hesab edir ki, iddia qismən – mütəxəssis rəyinə əsasən xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış cəmi 1374.40 manat dəymiş zərər, həmçinin 2868.94 manat debitor borc olmaqla, cəmi 4243.34 manat məbləğində borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, xx.xx.2012-ci il tarixli 030583 saylı və xx.xx.2016-cı il tarixli 096084 saylı aktlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı aktlar isə başqa istehlakçı Quliyev Akif barəsində tərtib edilmişdir (ünvanlar və abonent kodları fərqlidir). Hazırkı işə aidiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 83.12 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 83.12 manat məbləğində dövlət rüsumunun 62.43 manatı Cavabdeh alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış 1374.40 manat dəymiş zərər, 2868.94 manat debitor borc olmaqla, cəmi 4243.34 manat məbləğində borc və 62.43 manat dövlət rüsumu tutularaq İddiaçı bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-655/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-655/2025
25.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver