Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-661/2025 10.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclasının katibi X12 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********94 nömrəli X13 müqaviləsi üzrə 295.72 manat əsas, 117.63 manat faiz borcu olmaqla, cəmi 413.35 manat borcu, xx.xx.2022-ci il tarixli BPM**********65 nömrəli kredit müqaviləsi üzrə 8598.58 manat əsas borc olmaqla, cəmi 8598.58 manat kredit borcunun və ödənilmiş 110.12 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2021-ci il tarixli BPM**********94 nömrəli X13 müqaviləsi bağlanmışdır. Müqavilənin 4.1.1.2-ci bəndinə əsasən şərtlər Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşma ilə müəyyən olunmaqla, X4 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kredit xətti açılmışdır. "xxxx" ASC ilə X5 arasında xx.xx.2022-ci il tarixli BPM**********65 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 48 ay müddətinə illik 22 faiz olmaqla 10000 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 317068 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və cavabdehə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışlarına əsasən, X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş xx.xx.2021-ci il tarixli BPM**********94 nömrəli X13 müqaviləsi üzrə 295.72 manat əsas, 117.63 manat faiz borcu olmaqla, cəmi 413.35 manat borcu, xx.xx.2022-ci il tarixli BPM**********65 nömrəli kredit müqaviləsiüzrə 8598.58 manat əsas borcu olmaqla, cəmi 8598.58 manat borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-27014/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh borcun atasının olduğunu, maddi imkanın aşağı olduğunu və hissə-hissə ödəyə biləcəyini bildirmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********94 nömrəli X13 müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 24 faiz ödənilməsi şərtilə 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir; -"xxxx" ASC ilə X5 arasında xx.xx.2022-ci il tarixli BPM**********65 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 48 ay müddətinə illik 22 faiz olmaqla 10000 manat məbləğində nağd kredit verilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 295.72 manat əsas, 117.63 manat faiz borcu olmaqla, cəmi 413.35 manat borcu mövcuddur; - "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8598.58 manat əsas borc olmaqla, cəmi 8598.58 manat borcu mövcuddur; - Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 317068 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir; - 17 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 qanun üzrə vərəsəsi Cavabdehdur; Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə miras qoyanın arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh X5 isə üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirə bilməmişdir. Cavabdeh X5 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Cavabdeh onun vərəsəsi hesab edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münaibətləri yaranan zaman qüvvədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Beləliklə, müəyyən olunur ki, mərhum X3 vərəsələri formal üsulla mirası qəbul etmiş və universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişlər. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru yəni bank mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə, hazırki cavabdehlərə qarşı irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X2 xx.xx.2021-ci il tarixli BPM**********94 nömrəli X13 müqaviləsidən və xx.xx.2022-ci il tarixli BPM**********65 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərindən kredit müqaviləsi üzrə yaranmış borc cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 110,12 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********94 nömrəli X13 müqaviləsi üzrə 295 (iki yüz doxsan beş) manat, 72 (yetmiş iki) qəpik əsas, 117 (yüz on yeddi) manat, 63 (altmış üç) qəpik manat faiz borcu olmaqla, cəmi 413 (dörd yüz on üç) manat, 35 (otuz beş) qəpik borcu, xx.xx.2022-ci il tarixli BPM**********65 nömrəli kredit müqaviləsi üzrə 8598 (səkkiz min beş yüz doxsan səkkiz) manat, 58 (əlli səkkiz) qəpik əsas borc olmaqla və 110 (yüz on) manat, 12 (on iki) qəpik məbləğində dövlət rüsumu, 40 (qırx qəpik) xidmət haqqı müştərək qaydada tutularaq Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-661/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-661/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver