Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-664/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 15 206,40 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 256,04 manat və 136,39 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 15 598,83 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2019-cu il tarixində AMX-6861/19 nömrəli «Qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi istixananı təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********0010 nömrəli abonent kodu verilmiş, istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacdan kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 5702,40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 9504 manat. Cəmi 15 206,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2023-cü ilin yanvar-dekabr ayları üzrə 471,02 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar- aprel ayları üzrə 295,02 manat sərfiyyat borcu, cəmi 766,04 manat sərfiyyat borcu qalmışdır. 2023-cü ilin yanvar ayından 2024-cü ilin iyun ayına qədər cavabdeh 510 manat məbləğində ödəniş etmişdir. Yuxarıda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 256,04 (iki yüz əlli altı manat 04 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldo üzrə ümumi 15462,24 (on beş min dörd yüz altmış iki manat 24 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, aktlar üzrə yazılmış borcu qəbul etmədiyini, çəkilmiş foto şəklin onun evinə məxsus olmadığını, onun istixanasının olmadığını bildirərək yaranmış debitor borcu isə qəbul edərək iddia tələbinin aktlar üzrə yazılmış borc hissəsində rədd edilməsini xahişç etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh etiraz ərizəsi ilə müraciət edərək İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair” 2(008)-7186/2024 saylı işə etiraz olaraq bildirir ki, cavabdeh iddiaçıya heç bir zərər vurmamışdır. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, döngə 3, ev 36-da qeydiyyatdadır. Cavabdeh məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən istixananı təbii qazla təmin etmək üçün xx.xx.2018-ci ildə qeyri-əhali üçün nəzərdə tutulmuş qaz sayğacı quraşdırılmış, 1**********0010 li abonent kodu verilmiş, xx.xx.2019-cu ildə isə “Qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısma dair” AMX- 6861/19 Ne li müqavilə bağlanmışdır. xx.xx.2022-ci ci ildə İddiaçı İB Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan baxış keçirərkən guya qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni, əlavə qaz xəttindən istifadə olunması faktını aşkar etmiş, foto-şəkillər çəkmiş, kənar qaz xəttinin hansı ünvana daxil olmasına dair foto-şəkillər çəkilməmiş, sayğacdan kənar əlavə qaz xəttini ləğv etmiş və xx.xx.2022-ci ildə qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən «Təbii X2nın pozulması haqqında» ******* nömrəli akt tərtib etmişdir. Həmin akta əsasən dəymiş ziyan hesablanmış və abonentin hesab koduna 5702,40 manat borc yazılmışdır. xx.xx.2023-cü cü ildə, yenidən Azəriqaz» İB Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan baxış keçirərkən, guya qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni, əlavə qaz xəttindən istifadə olunması faktını aşkar etmiş, foto-şəkillər çəkmiş, kənar qaz xəttinin hansı ünvana daxil olmasına dair foto-şəkilləri çəkməmiş, sayğacdan kənar əlavə qaz xəttini ləğv etmiş və xx.xx.2023-cü ildə qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən «Təbii X2nın pozulması haqqında» ******* Ns li AKT tərtib etmişdir. Həmin AKTa əsasən dəymiş ziyan hesablanmış və abonentin hesab koduna 9504,00 manat borc yazılmışdır. Bundan əlavə, iddiaçı Azəriqaz» İB cavabdehin GUYA 256,04 manat debitor borcunun olduğunu bildirir. Halbuki, Abonentin Saldosundan da görünür ki, abonent xx.xx.2018-ci ildən xx.xx.2024-cü ilə qədər 8812 m3 qaz sərfiyyatına görə 1812,00 manat ödəniş etmişdir. 2022-ci ildə istixanadan istifadə etmədiyi səbəbindən ödəniş də etməmişdir. xx.xx.2019-cu il tarixli, AMX-6861/19 li “Qaz paylayıcısı ilə sənavə qaz qurğusu istifadəçisi arasında qazm alqısatqısma dair” müqaviləyə əsasən, Paylayıcı həmin Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmçinin təqsirli hərəkətləri [hərəkətsizliyi), habelə həmin Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifəsidir. «Qaz təchizatı haqqında» Qanunun 13.8-1-ci maddəsi xx.xx.2022-ci ildən qüvvəyə mindiyi üçün, hesab edir ki, göstərilən norma xx.xx.2022-ci il tarixli. ******* N? li və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktara tətbiq olunmalıdır. Beləliklə, İddiaçı İB qanunsuz qoşulma halları ilə bağlı AKT tərtib etdikdə bir nüsxəsini barəsində AKT tərtib edilmiş şəxsə verməklə yanası. AKT digər nüsxəsini inzibati xəta haqqında is üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinavət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, iddiaçı Azəriqaz» İB göstərilən qaydaya riayət etməmişdir. İş üzrə istehlakçının qaz xəttinə qanunsuz qoşulması, habelə sayğaca müdaxiləsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların iddiaçı tərəfindən təqdim olunmadığından hesab edir ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2023cü il tarixli, ******* nömrəli AKTlara əsasən dəymiş zərərin cavabdehdən tutulması hissədə rədd edilməlidir. İddiaçı İB tərəfindən Məhkəməyə təqdim olunmuş ******* və ******* nömrəli aktlardan görünür ki. həmin aktlar birtərəfli qaydada tərtib edilmiş və cavabdeh həmin aktı imzalamamışdır. Cavabdeh tərəfindən imzalanmamış həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, AMX-6861/19 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. **********40010 nömrəli abonent Cavabdeh məxsus saldodan görünür ki, Cavabdeh 2024-cü ilin iyun ayının sonu üçün 15462.24 manat borcu mövcudduar. Qeyd edilən borcun 5702.40 manat olan hissəsi 2022-ci ilin dekabr ayında, 9504 manat olan hissəsi isə 2023-cü ilin dekabr ayında qalıq və aktlar üzrə hesablanmışdır. **********40010 nömrəli abonent Cavabdeh məxsus saldodan görünür ki, Cavabdeh 2023-cü ilin sonu üçün sayğac üzrə qaz sərfiyyatına görə 471.02 manat, 2024-cü ilin iyun ayının sonu üçün isə sayğac üzrə qaz sərfiyyatına görə 295.02 manat borc hesablanmışdır. Sözügedən sərfiyyat borcundan 2023-cü ilin sonu üçün 240 manat, 2024cü ilin iyun ayının sonu üçün isə 270 manat ödəniş olduğu müəyyən edilir. (471.02+295.02-240-270=256.04 manat) İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, **********40010 nömrəli abonent Cavabdeh sayğacdankənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı xx.xx.2022-ci il tarixli akta əsasən 25920 kub metr qaz sərfiyyatı hesablanmışdır. - İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, **********40010 nömrəli abonent Cavabdeh sayğacdankənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən, 43200 kub metr qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 136.39 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Məhkəmə ilk öncə iddia tələbi üzrə xx.xx.2022-ci il tarixli 0378105, xx.xx.2023-cü il tarixli ******* aktlara əsasən yazılmış borcların tutulası hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən akt xx.xx.2022-ci il tarixdən sonraki dövürdə tərtib edildiyindən və istehlakçının məsuliyyətə cəlb edilmədiyindən sözügedən akt əsasında yazılmış cərimə tutula bilməz. Bundan başqa məhkəmə iddia tələbinin 256.04 manat debitor borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, saldodan borcun mövcudluğu öz təsdiqini tapdığından iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 136.39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və ilkin iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 136.39 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 256.04 (iki yüz əlli altı manat, dörd qəpik) manat debitor borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-664/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-664/2025
08.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver