Məhkəmə qərarları › İş №e-2(008)-6654/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6654/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6654/2023 27.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank Olmayan Kredit Təşkila ("xxxx" məhdud məsuliyyətli cəmiyyətnin ilə Cavabdeh arasında bağlanmış “27” oktyabr 2019-cu il tarixli, KFP-040/2019 saylı Kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh Bank Olmayan Kredit Təşkilat İddiaçın xeyrinə xx.xx.2023-ci il tarixə olan 175.79 manat məbləğində əsas borcun, 1.32 manat məbləğində faiz borcun və 28.78 manat məbləğində dəbbə pulu borcu, ümumilikdə 205.89 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ”27” oktyabr 2019-cu il tarixli, KFP-040/2019 saylı güzəştli kredit müqaviləsinə əsasən BOKT "xxxx" MMCdən aldığı kredit borcunun ödənilməmiş 175.79 (bir yüz yetmiş beş manat 79 qəp) manat kredit borcu qalığından istifadə 5 il müddətinə, illik 1% ödənişlə, bir il əsas borc məbləğinin ödənişinə möhlətlə, ödənişi gecikdirilən əsas borc məbləğinin hər gecikdirilən günə 0.1% hesabı ilə dəbbə (peniya) ödəniş şərtləri ilə dövlət vəsaiti hesabına restrukturizasiya edilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “27” oktyabr 2019-cu il tarixli, KFP-040/2019 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 175.79 manat məbləğində əsas borcun, 1.32 manat məbləğində faiz borcun və 28.78 manat məbləğində dəbbə pulu borcu, ümumilikdə 205.89 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehə ünvanladığı xəbərdarlıq məktubuna əsasən məlum olur ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, müqaviləyə əsasən iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əksinə öhdəliklərini yerinə yetirməmişlər. Məhkəmə hesab edir ki, ”27” oktyabr 2019-cu il tarixli, KFP-040/2019 saylı güzəştli kredit müqaviləsinə əsasən 175.79 manat məbləğində əsas borc, 1.32 manat məbləğində faiz borcu və 2.8 manat məbləğində dəbbə pulu borcu, ümumilikdə 179.91 manat məbləğində borc və ərizəyə görə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 28.78 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 2.8 manat məbləğində müəyyən edilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27 oktyabr 2019-cu il tarixli, KFP-040/2019 saylı kredit müqaviləsinə əsasən 175.79 manat məbləğində əsas borc, 1.32 manat məbləğində faiz borcu və 2.8 manat məbləğində dəbbə pulu borcu, ümumilikdə 179.91 manat məbləğində borc və ərizəyə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar