Məhkəmə qərarları › İş №e-2(008)-666/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-666/2025

10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-666/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndələri Məmmədova Sərgül Rauf qızı və X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RAVON R3 SX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 4116,20 (dörd min yüz on altı manat iyirmi qəpik) manat məbləğində pulun və 62 (altmış iki) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 29 avqust 2023-cü il tarixli K-511A-PCC-23 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən Cavabdeh, İddiaçı MMC-dən RAVON Nexia R3 SX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satın almışdır. Müqavilə bağlandıqdan sonra nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. Həmin nəqliyyat vasitəsinin idarə edilməsi üçün ona etibarnamə verilmişdir. İlk əvvəl müqavilə şərtləri cavabdeh tərəfindən icra edilsə də, sonradan öhdəliyini icra edə bilmədiyi üçün nəqliyyat vasitəsini şirkətə təhvil vermişdir. Nəqliyyat vasitəsi təhvil alınarkən bir sıra qüsurları olduğundan, cəmiyyətin servis mərkəzində yoxlanılmış və aşkar edilmiş qüsurlarla bağlı akt tərtib edilmişdir. Qüsur aktına əsasən RAVON Nexia R3 SX minik markalı, **-PD-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh sahibliyi və istifadəsində olduğu müddət ərizində nəqliyyat vasitəsinə ümumilikdə 4116,20 (dörd min yüz on altı manat iyirmi qəpik) manat məbləğində zərər vurmuşdur. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı MMC-nin hüquqları kobud şəkildə pozulmuş və cəmiyyətə böyük miqdarda zərər dəymişdir. Hazırda İddiaçı MMC pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X2 və X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 21 may 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, məbləğin çox yüksək olunduğunu, nəqliyyat vasitəsini təhvil verən zaman katalizatorun yerində olmadığını ona bildirmədiklərini, iddia tələbinin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, 29 avqust 2023-cü il tarixli K-511A-PCC-23 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən, Cavabdeh İddiaçı MMC-dən RAVON Nexia R3 SX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satın almışdır. İş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli Qüsur Aktına əsasən RAVON Nexia R3 SX minik markalı, **-PD-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3216,20 manat maddi zərər dəyməsi müəyyən edilir. İş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli Qüsur Aktına əsasən RAVON Nexia R3 SX minik markalı **-PD-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 900 manat maddi zərər dəymişdir. Həmin (xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli) qüsur aktlarına əsasən RAVON Nexia R3 SX minik markalı **-PD-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin sahibliyi və istifadəsində olduğu müddət ərizində nəqliyyat vasitəsinə ümumilikdə 4116,2 (dörd min yüz on altı manat iyirmi qəpik) manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10110 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, qərarla birlikdə göndərilən İddiaçı MMC tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındaki məlumatlara əsasən, Bakı şəhəri, Babək prospektində yerləşən Chevrolet rəsmi dileri bazarlarında olan avtohissələrin satış qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Ravon R3 SX” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3105,00 manat müəyyən edilir.O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 2805,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 300,00 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməldə tə təxminən 2708,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 2408,0 manat; Təmir-bərpa işlərinin qiyməti - 300,00 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 29 avqust 2023-cü il tarixli K- 511A-PCC-23 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən RAVON Nexia R3 SX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satın almış, müqavilə bağlandıqdan sonra nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. Öhdəlik icra olunmadığ üçün nəqliyyat vasitəsini şirkətə təhvil vermiş, nəqliyyat vasitəsi təhvil verilərkən tərəflər arasında təhvil-təslim barədə akt tərtib edilməmişdir. Nəqliyyat vasitəsi cəmiyyətin servis mərkəzində yoxlanılan zaman qüsurlar aşkar edilərək bununla bağlı akt tərtib edilmişdir. Dəymiş ziyan məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza xx.xx.2025-ci il tarixli, 9/10110 nömrəli rəyə əsasən İddiaçı MMC tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındaki məlumatlara əsasən Bakı şəhəri, Babək prospektində yerləşən Chevrolet rəsmi dileri bazarlarında olan avtohissələrin satış qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Ravon R3 SX” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3105 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Təhvil-Təslim Aktına əsasən nəqliyyat vasitəsi Cavabdeh yoxlanılaraq tam yararlı vəziyyətdə verilmiş, bu barədə tərəflərin qarşılıqlı imzaları ilə Akt tərtib edilmişdir. İşin araşdırılan hallarından göründüyü kimi İddiaçı MMC-nin əmlakına zərər dəyməsi işin mübahisəsiz halıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, vurulmuş zərər tam şəkildə zərərvuran tərəfindən qarşılanmalıdır. İddia tələbinin qismən təmin edilməsi ilə bağlı məhkəmə hesab edir ki, dəymiş ziyan məbləğinin müəyyən edilməsi ilə bağlı ekspert rəyində göstərilən 3105 manat olması nəzərə alaraq 3105 (üç min bir yüz beş) manat dəymiş zərər Cavabdeh tutularaq, İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 51,05 (əlli bir manat beş qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3105 (üç min yüz beş) manat dəymiş zərər və 51,05 (əlli bir manat beş qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçınə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 25 (iyirmi beş) manat məbləğində pul Cavabdeh və 25 (iyirmi beş) manat məbləğində pul İddiaçındən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar