Məhkəmə qərarları › İş №e-2(008)-6662/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6662/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6662/2025 05.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 dekabr 2024-cü il tariхli, 105805-803824/10 saylı kredit müqaviləsi üzrə 260.39 manat məbləğində əsas bоrcu, 32.45 manatməbləğində faiz bоrcu оlmaqla,cəmi 292.84 (iki yüz doxsan ikimanat, səksən dörd qəpik) manat məbləğində kredit bоrcunun, 23 dekabr 2024-cü il tariхli, 105805-803824/12 saylı kredit müqaviləsi üzrə 140.76 manat məbləğində əsas bоrcu, 18.09 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 158.85 (bir yüzəllisəkkiz manat, səksən beş qəpik) manat məbləğində kredit borcu olmaqla, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 451.69 (dörd yüzəlli bir manat,altmışdoqquz qəpik) manat məbləğində kredit borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İddia ərizəsi onunla əsasladırlmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeharasında bağlanmış 13 dekabr 2024 il tariхli, 105805-803824/10 nömrəli krеdit müqaviləsinə əsasənborcluya 12 ay müddətinə, illik 26% dərəcəsi ilə 3700 (üç min yeddi yüz) manat məbləğində krеdit vеrilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, bankla Cavabdeh arasında 13 dekabr 2024-cü il tariхli, 105805-803824/10 nömrəli qızıl girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh tərəfindən qızıl əşyaları (583 əyarlı,çəkisi 39 qram olan 2 ədəd qolbaq, 4 cüt sırğa, 2 ədədüzük) banka saxlanca qəbul edilmişdir. Bundan başqa, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 23 dekabr 2024 il tariхli, 105805-803824/12 nömrəli istehlak krеdit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 27% dərəcəsi ilə 2500 (ikimin beş yüz) manat məbləğində krеdit vеrilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, bankla Cavabdeharasında 23 dekabr 2024-cü il tariхli, 105805-803824/12 nömrəli qızıl girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdehtərəfindən qızıləşyaları (583 əyarlı, çəkisi 26.6 qram olan 2 ədəd qolbaq, 1 ədəd sep və 1ədəd üzük) banka saxlanca qəbul edilmişdir. Cavabdehoğlu hər iki kredit müqaviləsi üzrə əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Bu səbəbdən hər iki kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş qızıl əşyalarının satılaraq əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi qərara alınmış və bu barədə borcluya bildirişlər də göndərilmişdir. Lakin, borclu tərəfindən heç bir tədbir görülməmişdir. Bundan sonra hər iki kredit müqaviləsi üzrə girov qoyulmuş qızıl əşyaları Bank tərəfindən satılmış və satışdan əldə olunan 3783 manat vəsait 13 dekabr 2024 il tariхli, 105805-803824/10 nömrəli krеdit müqaviləsi üzrə, 2580 manatvəsait isə 23 dekabr 2024 il tariхli, 105805-803824/12 nömrəli istehlak krеdit müqaviləsi üzrə ödənilmişdir. Girov qoyulmuş qızıl əşyalarının satışından sonra hər iki kredit müqaviləsi üzrə 03 sentyabr 2025-ci il tarixə borc aşağıdakı kimidir: 13 dekabr 2024 il tariхli, 105805-803824/10 saylı kredit müqaviləsi üzrə 260.39 manat məbləğində əsas bоrcu, 32.45 manat məbləğində faiz bоrcu оlmaqla,cəmi 292.84(iki yüz doxsan ikimanat, səksən dörd qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. 23 dekabr 2024-cü il tariхli, 105805-803824/12 saylı kredit müqaviləsi üzrə 140.76 manat məbləğində əsas bоrcu, 18.09 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 158.85 (bir yüzəllisəkkiz manat, səksən beş qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdehin həmin tarixə 13 dekabr 2024-cü il tariхli, 105805-803824/10 saylı kredit müqaviləsi üzrə 260.39 manat məbləğində əsas borc və 32.45 manat faiz borcu olmaqla, ümumilikdə 292.84 manat borcu mövcuddur və 23 dekabr 2024-cü il tariхli kredit müqaviləsi üzrə 105805-803824/12 saylı kredit müqaviləsi üzrə 140.76 manat məbləğində əsas bоrcu, 18.09 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 158.85 manat borcu mövcuddur. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh xx.xx.2025-ci il tarixdə ünvanladığı xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 13 dekabr 2024-cü il tariхli, 105805- 803824/10 saylı kredit müqaviləsi üzrə 260.39 manat məbləğində əsas bоrcu, 32.45 manat faiz bоrcu оlmaqla, cəmi 292.84 manat məbləğində kredit bоrcunun, 23 dekabr 2024-cü il tariхli, 105805-803824/12 saylı kredit müqaviləsi üzrə 140.76 manat məbləğində əsas bоrc, 18.09 manat faiz bоrcu оlmaqla, cəmi 158.85 manat borcu olmaqla, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 451.69 manat borcun və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh X1 isə həmin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 13 dekabr 2024-cü il tariхli, 105805-803824/10 saylı kredit müqaviləsi üzrə 260.39 manat məbləğində əsas bоrcu, 32.45 manat faiz bоrcu, cəmi 292.84 manat məbləğində bоrcu, 23 dekabr 2024-cü il tariхli, 105805-803824/12 saylı kredit müqaviləsi üzrə 140.76 manat məbləğində əsas bоrc, 18.09 manat faiz bоrcu, cəmi 158.85 manat borcu olmaqla, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 451.69 manat borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar