Məhkəmə qərarları › İş №e-2(008)-6717/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-6717/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-6717/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «X3 Azərbaycan» QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas məbləğ üzrə borc 1532,78 manat, faiz borcu 165,34 manat, cərimə borcu 104,13 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 4 manat, bildirişlərin göndərilməsi üçün 4,80 manat, cəmi 1811,05 manat məbləğində kredit borcunun və dövlət büdcəsinə köçürülmüş 38,11 dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü ildə «X3 Azərbaycan» QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 5 il müddətinə 1500 manat məbləğində kredit limiti ayrılmışdır. Bank müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etsə də, borcalan Cavabdeh oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müuqaviləsinə əsasən banka olan borcu: əsas məbləğ üzrə borc 1532,78 manat, faiz borcu 165,34 manat, cərimə borcu 104,13 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2 manat, cəmi 1811,05 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvalayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məhkəmə hesab edir ki, cavabdeh iddia ərizəsin verilənə qədər öldüyündən, mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar