Məhkəmə qərarları › İş №e-2(008)-676/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-676/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-676/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə 5763.04 manat məbləğində kredit bоrcu, 774.79 manat məbləğində faiz bоrcu və 174.48 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6712.31 AZN olmaqla, xx.xx.2023-cü il tarixli kart krediti müqaviləsi üzrə 498.3 manat məbləğində kredit bоrcu, 0.32 manat məbləğində faiz bоrcu və 13.19 manat məbləğində cərimə olmaqla, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 7224.12 AZN məbləğində bоrcun və ödənilmiş 92.25 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 014A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür. Bundan başqa xx.xx.2023-ci il tarixdə bağladığı kart krediti müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2% оlmaqla 36 ay müddətinə, kart krediti müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500 (beş yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1236.96 manat ödəniş etmiş və оnun iddiaçıya 5763.04 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 014A********** saylı kredit müqaviləsi üzrə 236 gün üçün hesablanmış faiz borcu 774.79 manat, kart kredit müqaviləsi üzrə 16 gün üçün hesablanmış faiz borcu 0.32 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 236 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 174.48 manat, kart kredit müqaviləsi üzrə 16 gün üçün hesablanmış cərimə borcu 13.19 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən (ərizə) görünür ki, bank tərəfindən cavabdehə 36 ay müddətinə aylıq 1.6667 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - ödəniş cədvəlidən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən 36 ay müddətində hər ay banka 262 manat (sonuncu ay 259.43 manat) ödəməli idi. - İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kart krediti müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 36 ay müddətinə aylıq faiz dərəcəsi sıfır faiz olmaqla 500 manat məbləğində kredit verilmişdir. Kredit limitinin açılması üçün cavabdeh banka sıfır manat məbləğində komisyon haqq ödəməlidir. - OUT-2024/06/04-100 nömrəli xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 5763.04 manat əsas, 774.79 manat faiz, 174.48 manat cərimə olmaqla, cəmi 6712.31 manat borcu vardır. - OUT-2024/06/04-107 nömrəli xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 498.3 manat əsas, 0.32 manat faiz, 13.19 manat cərimə olmaqla, cəmi 511.81 manat borcu vardır. - İddiaçı QSC-nin xx.xx.2024-cü il tarixli xəbərdarlıqlarından görünür ki, İddiaçı QSC Cavabdeh borcun xx.xx.2024-cü il tarixinədək ödənilməsini təmin etmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən iddia ərizəsinin verilməsi üçün 92.25 manat dövlət rüsumu ödənilmişdir. - OUT-2024/11/22-93 nömrəli xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 5663.04 manat əsas, 1157.10 manat faiz, 222.08 manat cərimə olmaqla, cəmi 7042.22 manat borcu vardır. - OUT-2024/11/22-96 nömrəli xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 498.30 manat əsas, 76.54 manat faiz, 7.24 manat cərimə olmaqla, cəmi 582.08 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə aylıq 1.6667 faiz dərəcəsi ilə 7000 manat, xx.xx.2023-cü il tarixli kart krediti müqaviləsinə əsasən isə 36 ay müddətinə aylıq faiz dərəcəsi sıfır faiz olmaqla 500 manat məbləğində kredit verilmiş, Cavabdeh həmin müddət ərzində kredit borcunu kredit müqavilələrinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin ödənilməsi ilə bağlı müqavilələrlə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli kredit müqavilələri üzrə götürdüyü öhdəliyə əməl edib kredit borcunu ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilələr üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borc məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini və cavabdehin mənafeyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə tutulmalı əsas borcun məbləği xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilmiş qaydada, yəni əsas borc 5663.04 manat, faiz və cərimə borcu isə iddia ərizəsində göstərilmiş qaydada, yəni müvafiq olaraq 774.79 manat və 174.48 manat müəyyən edilməli, iddia həmin hissədə qismən təmin edilərək, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 5663.04 manat əsas borc, 774.79 manat faiz borcu, 174.48 manat cərimə olmaqla, cəmi 6612.31 manat məbləğində borc tutulmalıdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə kredit faizsiz verildiyindən və gecikdirilmiş borca görə cərimə nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, həmin müqavilə üzrə tələb yalnız əsas, yəni 498.30 manat borcun tutulması hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin xeyrinə 5663.04 manat məbləğində kredit borcu, 774.79 manat məbləğində faiz borcu və 174.48 manat məbləğində cərimə olmaqla, cəmi 6612.31 manat məbləğində borc; xx.xx.2023-cü il tarixli kart krediti müqaviləsi üzrə 498.30 manat məbləğində əsas borc olmaqla, iki kredit müqaviləsi üzrə cəmi 7110.61 manat məbləğində pul vəsaiti və 91.10 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5663.04 manat məbləğində kredit borcu, 774.79 manat məbləğində faiz borcu və 174.48 manat məbləğində cərimə olmaqla, cəmi 6612.31 manat məbləğində borc; xx.xx.2023-cü il tarixli kart krediti müqaviləsi üzrə 498.30 manat məbləğində əsas borc olmaqla, iki kredit müqaviləsi üzrə cəmi 7110.61 manat məbləğində pul vəsaiti və 91.10 manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar