Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6786/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, İddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı «X4 Azərbaycan» QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 101.34 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X4 Azərbaycan” QSC arasında kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və Məhkəmənin qətnaməsi ilə Bankın iddiası təmin edilmişdir. Nəticədə iddiaçı"xxxx" QSC“X2” MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında"müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini“X2” MMC -yə sifariş etmişdir. “X2 MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. "xxxx" QSC ilə ”X2“ MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən cəmi 675.63 manat məbləğində ödənilən borc məbləği ”X2“ MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də "xxxx" QSC tərəfindən “X2” MMC-yə 101.34 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli"Hüquqi xidmət haqqında"müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X2” MMC -yə cavabdeh(lər) tərəfindən"xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 101.34 manat məbləğində xidmət haqqı ödəmişdir. İddiaya etiraz: MPM-nin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır. Mülki işin materialları: ”X2“ MMC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2016-ci il tarixli “hüquqi xidmətin haqqında” müqavilədən görünür ki, Büro Banka Bank qarşısında yaranan borcların alınması üçün hüquqi xidmət göstərməyi öhdəsinə götürür. - Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6006/2023 saylı, xx.xx.2023cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilmişdir və Cavabdeh 494.34 (dörd yüz doxsan dörd manat otuz dörd qəpik) manat əsas, 70.98 (yetmiş manat doxsan səkkiz qəpik) manat faiz, 73.51(yetmiş üç manat əlli bir qəpik) manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2 (iki) manat ,bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 4.80(dörd manat səksən qəpik) olmaqla, cəmi 645.63 (altı yüz qırx beş manat altmış üç qəpik) manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı «X4 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. -«X4 Azərbaycan» QSC tərəfindən Cavabdeh ünvanlanmış prentenziya məktubundan görünür ki, cavabdeh 3 (üç) gün müddətində pretenziyada göstərilən cəmi 101.34 manat məbləği "xxxx" QSC-yə ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi İşin müəyyən edilmiş hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, “X4 Azərbaycan” QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və cavabdeh tərəfindən öhdəlikləri lazımınca icra olunmadığından Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 6006/2023 saylı, xx.xx.2023-cu il qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş və cavabdehdən həmin pul məbləği tutulmuşdur. Yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi, borclu şəxs öz öhdəliyinin icra edilməməsi nəticəsində kreditorun maraq və mənafelərinə toxunan bütün hallara görə məsuliyyət daşıyır. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklər lazımınca icra edilmədiyindən (preyudisial əhəmiyyət daşıyır) iddiaçı “X4 Azərbaycan” QSC həmin öhdəliyin icrasını təmin etmək üçün əlavə xərclər çəkmək məcburiyyətində qalmışdır ki, məhkəmə hesab edir ki, həmin əlavə xərclər borclu şəxs olan cavabdehin risq dairəsinə daxil olmaqla, həmin xərclərə görə məsuliyyət daşıyır. İddia tələbi ilə bağlı cavabdehə rəsmi bildiriş göndərilmiş, cavabdeh isə həmin iddia tələbinə etiraz etməmiş və pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini sübut edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 101.34 manat məbləğində maddi zərər tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 101.34 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu tutularaq iddiaçı “X4 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Müseyib Bayramov