Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-679/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı "997,96 ABŞ dolları əsas, 444,91 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 126,84 ABŞ dolları faiz, cəmi 1569,71 ABŞ dolları borcun və ödənilmiş 47 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) Cavabdeh qarşı "997,96 ABŞ dolları əsas, 444,91 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 126,84 ABŞ dolları faiz, cəmi 1569,71 ABŞ dolları borcun və ödənilmiş 47 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, 997,96 ABŞ dolları əsas, 444,91 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 126,84 ABŞ dolları faiz, cəmi 1569,71 ABŞ dolları borcun və ödənilmiş 47 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus "İnfiniti FX-35" markalı, ban: JN8AS05Y27X011861, qara rəngli, buraxılış ili 2007-ci il olan avtomobilə yönəldilməsi, həmin avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi və avtomobilin açıq hərracda satılması, ipoteka predmeti olan avtomobilə tutma yönəldikdə və avtomobil satıldıqdan sonra alıcıya təhvil verilməsi, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli ayrıca qərardadına əsasən, hazırkı iddia "tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus "İnfiniti FX-35" markalı, ban: JN8AS05Y27X011861, qara rəngli, buraxılış ili 2007-ci il olan avtomobilə yönəldilməsi, həmin avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi və avtomobilin açıq hərracda satılması, ipoteka predmeti olan avtomobilə tutma yönəldikdə və avtomobil satıldıqdan sonra alıcıya təhvil verilməsi, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması" hissəsində baxılmamış saxlanılmışdır. Odur ki, hazırkı qətnamədə iddianın yalnız "997,96 ABŞ dolları əsas, 444,91 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 126,84 ABŞ dolları faiz, cəmi 1569,71 ABŞ dolları borcun və ödənilmiş 47 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" hissəsinə qiymət verildi. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli UGR**********7540001 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 70 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı Cavabdeh məhkəməyə yazılı vəsatət göndərərək tələb olunan məbləğin şişirdildiyini bildirmiş və mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. O, məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, iddia ərizəsində göstərilən şərtlərlə kredit müqaviləsi bağlamamışdır. Belə ki, o, tarixi dəqiq xatırlamır, təxminən 2013-2014-cü illərdə avtomobil almaq üçün bankdan 24 ay müddətinə 20 faiz dərəcəsi ilə 9000 manat istehlak krediti götürmüşdür. Onun bildiyinə görə, borc tam ödənilmiş, hətta avtomobil girovdan çıxarılmışdır. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəmənin hazırlıq iclası zamanı bildirmişdir ki, Cavabdeh ilə bağlanan kredit müqaviləsi və kredit məbləğinin cavabdehə verilməsi barədə kassa-məxaric sənədləri hal-hazırda iddiaçıda olmadığına görə məhkəməyə təqdim edilməmişdir. İddiaçı cavabdehlə onun arasında xx.xx.2015-ci il tarixli UGR**********7540001 nömrəli kredit müqaviləsinin bağlandığını, cavabdehə 70 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 4000 ABŞ dolları məbləğində kredit verildiyini bildirsə də, müqaviləni və pulun cavabdehə verilməsini təsdiq edən kassa-məxarıc sənədini iddia əriəsinə əlavə edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə cavabdehin şəxsi hesabından çıxarış, Azərbaycan Kredit Bürosunun məlumatlarından çıxarış, kredit ödənilməsi üçün bir neçə mədaxil sənədi və maliyyə arayışı təqdim edilmişdir. Lakin bu sənədlərlə kredit müqaviləsinin bağlanıb-bağlanmadığını, bağlanmışdırsa, müqavilənin şərtlərini (müddət, məbləğ, kredit faizləri, dəbbə faizləri, ödəniş qrafiki və s.), habelə iddiaçı tərəfindən cavabdehə verilmiş pulun məbləğini, cavabdeh tərəfindən qaytarılmış borcun məbləğini, qrafikə riayət edilib-edilməməsini müəyyən etmək və nəticədə iddianın əsaslı olub-olmamasına qiymət vermək mümkün olmadığına görə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspertin rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə mülki iş və ekspertizanın aparılmasından imtina edilməsi barədə ekspertin xx.xx.2024-cü il tarixli məlumatı məhkəməyə təqdim olunmuş və bu səbəbdən xx.xx.2024-cü ildə iş üzrə icraat təzələnmişdir. Daha sonra iddiaçı tərəfindən onunla cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 208 nömrəli kredit müqaviləsi, həmin kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavə, xx.xx.2015-ci il tarixli 208 nömrəli ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavə məhkəməyə təqdim olunmuşdur. İddiaçının nümayəndəsi bu sənədlərin məhkəməyə gec təqdim olunmasının səbəbini "xxxx" ASC-nin hazırda ləğv prosesində olması və arxiv sənədlərinin tapılmasının çətin olması ilə izah etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edərək, cavabdehdən borcun tutulmasını və tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, bankdan təxminən 9000 manat məbləğində kredit götürmüş, "İnfiniti FX-35" minik markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka qoymuşdur. Daha sonra o, həmin avtomobili başqa şəxsə satmış, o isə, öz növbəsində, bir başqa şəxsə satmışdır. Hesablamalarına görə, banka borcunu tam ödəmişdir, çünki nəqliyyat vasitəsi ipotekadan azad edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi barədə bildirişi almamışdır. Hal-hazırda sözügedən nəqliyyat vasitəsi onun adına deyil, dövlət qeydiyyat nömrəsi və kimə məxsus olması barədə məlumatı yoxdur. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli 208 nömrəli "Kredit müqaviləsi" bağlanmış, iddiaçı cavabdehə 30 ay müddətinə illik 22% olmaqla 4000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilə üzrə öhdəliyin icrasının təminatı kimi cavabdeh xx.xx.2015-ci il tarixli 208 nömrəli "İpoteka müqaviləsi" ilə "İnfiniti FX-35" minik markalı, Ban: JN8AS05Y27X011861, qara rəngli, buraxılış ili 2007-ci il olan avtomobili "xxxx" ASC-nin xeyrinə ipotekaya qoymuşdur. Tərəflər arasında xx.xx.2016-cı ildə bağlanmış "Kredit müqaviləsinə əlavə"də xx.xx.2015-ci il tarixli 208 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə verilmiş 4000 ABŞ dolları məbləğində kreditin qalıq 3934,88 ABŞ dolları əsas, 348,67 ABŞ dolları faiz məbləğinin ödəniş müddəti xx.xx.2021-ci ilədək uzadılmış və illik faiz dərəcəsi 22%-dən 18%-ə endirilmişdir. Tərəflər arasında xx.xx.2016-cı ildə bağlanmış "İpoteka müqaviləsinə əlavə"də xx.xx.2015-ci il tarixli 208 nömrəli girov müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək ipoteka müqaviləsinin müddəti 70 ay, yəni xx.xx.2021-ci ilə qədər uzadılmış və illik faiz dərəcəsi 22%-dən 18%-ə endirilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli 208 nömrəli "Kredit müqaviləsi"ndən görünür ki, iddiaçı cavabdehə 30 ay müddətinə illik 22% olmaqla 4000 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və hesablanmış faizləri iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2016-cı il tarixli "Kredit müqaviləsinə əlavə № 1"dən görünür ki, xx.xx.2015-ci il tarixli 208 nömrəli "Kredit müqaviləsi" üzrə ödəniş müddəti xx.xx.2021-ci ilədək uzadılmış və illik faiz dərəcəsi 22%-dən 18%-ə endirilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli 208 nömrəli "İpoteka müqaviləsi"ndən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 208 nömrəli "Kredit müqaviləsi" üzrə öhdəliyin icrası təminatı kimi Cavabdeh "İnfiniti FX- 35" minik markalı, Ban: JN8AS05Y27X011861, qara rəngli, buraxılış ili 2007ci il olan avtomobili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. İşdə olan xx.xx.2016-cı il tarixli "İpoteka müqaviləsinə əlavə № 1"dən görünür ki, xx.xx.2015-ci il tarixli 208 nömrəli girov müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək ipoteka müqaviləsinin müddəti 70 ay, yəni xx.xx.2021-ci ilə qədər uzadılmış və illik faiz dərəcəsi 22%-dən 18%-ə endirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli **********104 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 997,96 ABŞ dolları əsas, 444,91 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün 126,84 ABŞ dolları faiz, cəmi 1569,71 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx.xx.2014=cü il tarixli Qərarın 2-ci bəndində deyilir: "Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır." Müəyyən edilir ki, cavabdehin iddiaçıya əsas borcu 997,96 ABŞ dolları, faiz borcu 444,91 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 126,84 ABŞ dolları faiz, cəmi 1569,71 ABŞ dolları təşkil edir. İddiaçının tələbi həmin məbləğlərin ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı cavabdehdən həmin məbləğlərin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh məhkəməyə ərizə verərək iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında xx.xx.2016-cı ildə bağlanmış "Kredit müqaviləsinə əlavə № 1"də xx.xx.2015-ci il tarixli "Kredit müqaviləsi" üzrə ödəniş müddəti xx.xx.2021-ci ilədək uzadılmış, hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü ildə verilmişdir. Göründüyü kimi, iddia müddəti ötürülməmişdir. Ona görə də iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsi təmin oluna bilməz. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməlidir. Eyni zamanda, "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində deyilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Ona görə də cavabdehdən ABŞ dollarında alınmalı olan məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Elektron məhkəmə" informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2013-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcləri cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 997,96 ABŞ dolları əsas borc, 444,91 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 126,84 ABŞ dolları faiz borcu, cəmi 1569,71 ABŞ dolları məbləğində pul vəsaiti məhkəminin qətnaməsi icra edildiyi gün ABŞ dolları məbləğində pul hazırkı qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, habelə 47 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X5.
Məhkəmə qərarları › İş №e-2(008)-679/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-679/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver