Məhkəmə qərarları › İş №e-2(008)-6887/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6887/2024

17.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6887/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 2859,69 (iki min səkkiz yüz əlli doqquz manat, altmış doqquz qəpik) manat maddi zərər məbləğinin, 48,60 (qırx səkkiz manat altmış qəpik) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 0,40 (qırx) qəpik, ümumilikdə 2.908,69 (iki min doqquz yüz səkkiz manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində **-TG-*** DQN-lı “DAEWOO BS090 AVTOBUS” markalı avtobusun sürücüsü Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev A. Manafov kəsişməsində hərəkətdə olan, İddiaçı MMC-yə məxsus **-JU- *** DQN-lı “BMC Procity” markalı avtobusun qabağ hissəsini vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. YNH-si barədə Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-nin polis kapitanı X1 tərəfindən araşdırılaraq, tərəflərin izahatları alınmış, Cavabdeh əməllərində İXM-nin 327.2-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2024-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar verilmişdir. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər X6 İdarəsində tanınmışdır.Yol–nəqliyyat hadisəsi nəticəsində avtobusun qabağ sağ hisssəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 14 gün müddətində xidmətdən kənar edilərək xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 009802 nömrəli Zərər Aktına əsasən **- JU-*** DQN-lı avtobusa 7.859,69 (yeddi min səkkiz yüz əlli doqquz manat, altmış doqquz qəpik) manat maddi zərər dəymişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi **-TG-*** DQN-lı “DAEWOO BS090 AVTOBUS” markalı avtobusun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş zərərdən 5000 (beş min) manat "xxxx" ASC tərəfindən qarşılanaraq ödənilmişdir, lakin qalan 2859,69 (iki min səkkiz yüz əlli doqquz manat, altmış doqquz qəpik) manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdehlə aparılmış danışıqlar nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixində **-TG-*** DQN-lı “DAEWOO BS090 AVTOBUS ” markalı avtobusun sürücüsü Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev A. Manafov kəsişməsində hərəkətdə olan, İddiaçı MMC-yə məxsus **-JU-*** DQN-lı “BMC Procity” markalı avtobusun qabağ hissəsini vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh əməllərində İXM-nin 327.2-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində inzibati qaydada tənbeh tətbiq edilmişdir. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 009802 nömrəli Zərər Aktına əsasən **-JU-*** DQN-lı avtobusa 7.859,69 (yeddi min səkkiz yüz əlli doqquz manat, altmış doqquz qəpik) manat maddi zərər dəymişdir. xx.xx.2024-cü il tarixli 5979 nömrəli Ödəniş tapırığından görünür ki, yol-nəqliyyat hadisəsi **-TG-*** DQN-lı “DAEWOO BS090 AVTOBUS” markalı avtobusun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş zərərdən 5000 (beş min) manat "xxxx" ASC tərəfindən qarşılanaraq ödənilmişdir, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə araşdırılması zamanı iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev A. Manafov kəsişməsində hərəkətdə olan zaman **-TG-*** DQN-lı “DAEWOO BS090 AVTOBUS” markalı avtobus ilə, Bakubus” MMC-yə məxsus **-JU-*** DQN-lı “BMC Procity” markalı avtobus arasında yol nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində ”Bakubus” MMC-yə məxsus avtobusun qabağ hissəsinə ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Hadisəni törətmiş **-TG-*** DQN-lı “DAEWOO BS090 AVTOBUS” markalı avtobusun sürücüsü Cavabdeh əməlində İXM-nin 327.2-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2024-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar verilmişdir. İddiaçı MMC-yə məxsus avtobusa 7859,69 manat dəydiyi müəyyən olunmuş və həmin ziyan məbləğinin 5000 mnaat hissəsi "xxxx" ASC tərəfindən qarşılanaraq ödənilmiş, lakin qalan 2859,69 (iki min səkkiz yüz əlli doqquz manat, altmış doqquz qəpik) manatın ödənilməsi barədə Cavabdeh müraciət olunsa da, ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Plenum Qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Mülki Məcəllənin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir; yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh **-TG-*** DQN-lı “DAEWOO BS090 AVTOBUS” markalı avtobusu yol vərəqəsi əsasında idarə etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, zərərin əvəzini tələb etmək hüququ olan İddiaçı MMC dəymiş ziyan məbləğini nəqliyyat vasitəsini idarə edən fiziki şəxsdən tələb etməkdə haklıdır və iddia təmin edilərək, Cavabdeh 2859,69 manat tutularaq, İddiaçı MMC-nin hesabına ödənilməlidir. Həmçinin iddia tələbi təmin edildiyindən Cavabdeh 48,60 (qırx səkkiz manat altmış qəpik) manat dövlət rüsumu və buna görə xidmət haqqı kimi ödənilmiş 0,40 (qırx) qəpik tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2859,69 (iki min səkkiz yüz əlli doqquz manat, altmış doqquz qəpik) manat maddi zərər, 48,60 (qırx səkkiz manat altmış qəpik) manat dövlət rüsumu və buna görə xidmət haqqı kimi ödənilmiş 0,40 (qırx) qəpik, ümumilikdə 2.908,69 (iki min doqquz yüz səkkiz manat altmış doqquz qəpik) manat tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar