Məhkəmə qərarları › İş №e-2(008)-6889/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6889/2023

05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6889/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərtib olunmuş akt üzrə 13898.38 (on üç min səkkiz yüz doxsan səkkiz manat otuz səkkiz qəpik) manat, təbii qazdan istifadəyə görə 1229.48 (min iki yüz iyirmi doqquz manat qırx səkkiz qəpik) manat, 137.52 (yüz otuz yeddi manat əlli iki qəpik) manat dövlət rüsumunun əvəzi və 400 manat vəkil xərci olmaqla, cəmi 15665.38 (on beş min altı yüz altmış beş manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı (Alan müştərinin adı: X1, İBAN: AZ50İBAZ********************, Alan bank: Azerigaz şöbəsi, SWİFT: İBAZAZ2X, Müxbir hesab: AZ03NABZ********************, Bankın kodu: 805153, Bankın VÖEN: ********* Müştərinin VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AKX-0163542/10- 2019 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus evə təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********50000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı, 40011752 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 1339.2 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 331.2 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 352.8 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 258.7 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 3175.2 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 6609.6 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 734.4 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 734.4 manat və xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 362.88 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 13898.38 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. xx.xx.2019-cu il tarixdə sayğac dəyişdirilərkən 444.2 manat ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Həmçinin, cavabdehin 2020-ci ilin aprel ayından təbii qazdan istifadəyə görə 785.28 manat, ümumilikdə 1229.48 manat borcu qalmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda cavabdehin iddiaçıya 15127,86 manat borcu vardır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, AKX-01635xx/xx-2019 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, Cavabdehnun 2023-cü ilin avqust ayı üçün 15099.06 manat məbləğində borcu mövcuddur. - İddiaçı tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə müxtəlif vaxtlarda xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 1339.2 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 331.2 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 352.8 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 258.7 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 3175.2 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 6609.6 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 734.4 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 734.4 manat və xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 362.88 manat dəymiş ziyan hesablanmışdır. xx.xx.20219-cu il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktından görünür ki, istehlakçı Məmmədov Yavərə məxsus istismar müddəti birtmiş qaz sayğacı yenisi ilə əvəz edilmişdir. **********5000 saylı abonent Cavabdeh məxsus olan GASREP məlumatlarından görünür ki, abonentə 2019-cu ilin oktyabr ayında 444.2 manat qalıq borc hesablanmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 131.72 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Məhkəmə ilk öncə iddia tələbinin xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlara əsasən hesablanmış cərimənin cavabdehdən iddiaçıın xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən aktda cavabdehin imzasının olmadığını, dolayısı ilə cavabdehə məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə almaması, bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgülüyünə şübhə yartmış olduğundan iddia dələbi xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlarla hesablanmış cərimənin tutulması hissəsində təmin edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent Cavabdehnun təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminin 13392 kubmetr olduğu müəyyyən olunmuşdur. 13392 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği manat edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 1339.2 manat həcmində təmin edir. Bundan başqa məhkəm iddia tələbinin xx.xx.2019-cu il tarixdə sayğac dəyişdirilərkən 444.20 manat ödənilməmiş borcun tutuması hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehə məxsus GASREP məlumatlarından cavabdehə 2019-cu ilin oktyabr ayında 444.2 manat qalıq borcunun hesablanmış olduğu görünsədə, həmin borc hansı dövrü əhatə etməsi, borcun yaranması əsaslarını təsdiq edəcək sübutlar məhkəmyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin 785.28 manat sərfiyyat borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehə məxsus saldodan cavabdehin 2020-ci ilin sonu üçün 196 manat sərfiyyat borcu, 2021-ci ilin sonu üçün 287.60 manat sərfiyyat borcu və 28.32 manat isə yeni tarif keçidi ilə əlaqədar yaranmış olan borcu, 2022ci ilin sonu üçün 134.64 manar sərfiyyat borcu, 2023-cü ilin avqust ayınadək 138.72 manat sərfiyyat borcu olmaqla, cəmi 785.28 manat borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 137.52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 137.52 manat məbləğində dövlət rüsumunun 41.25 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin 400 manat vəkil xərcinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də qismən 50 manat hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1339.2 manat dəymiş zərər, 785.28 manat debitor borcu, 41.25 manat məbləğində dövlət rüsumu və 50 manat vəkil xərci İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1339.2 (bir min üç yüz otuz doqquz manat, iyirmi qəpik) manat dəymiş zərər, 785.28 (yeddi yüz səksən beş manat iyirmi səkkiz qəpik) manat debitor borcu, 41.25 (qırx bir manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu və 50 (əlli) manat vəkil xərci İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar