Məhkəmə qərarları › İş №e-2(008)-6944/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6944/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6944/2021 21.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə İddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 13.11.2019-cu il tarixli, 44 saylı müqaviləyə əsasən 570 manat əsas borc , 285 manat cərimə olmaqla, 855 manat borc; 13.12.2019-cu il tarixli, 6 saylı müqaviləyə əsasən 1780 manat əsas borc , 535 manat cərimə olmaqla, 2315 manat borc; 20.08.2019-cu il tarixli, 50 saylı müqaviləyə əsasən 1070 manat əsas borc , 535 manat cərimə olmaqla, 1605 manat borc; cəmi üç müqavilə üzrə 4775 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış: 13.11.2019-cu il tarixli, 44 saylı müqaviləyə əsasən 12 ay müddətinə 1420 manat məbləğində hər ay 110 manat ödənilməklə Samsung A80 markalı telefon; 13.12.2019-cu il tarixli, 6 saylı müqaviləyə əsasən 12 ay müddətinə hər ay 120 manat ödənilməklə Samsung S 10 markalı telefon; 20.08.2019-cu il tarixli, 50 saylı müqaviləyə 12 ay müddətinə hər ay 165 manat ödənilməklə İphone X64 telefon satılmışdır. Lakin, cavabdeh vaxtında ödənişlərini etməmiş və yuxarıda qeyd olunan borc məbləği yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadana baxılmasını xahiş etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianını tam şəkildə, cərimə pulları ilə birlikdə təmin edilməsini məhkəmədə xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış müqavilələrdən görünür ki: 13.11.2019-cu il tarixli, 44 saylı müqaviləyə əsasən 12 ay müddətinə 1420 manat məbləğində hər ay 110 manat ödənilməklə Samsung A80 markalı telefon; 13.12.2019-cu il tarixli, 6 saylı müqaviləyə əsasən 12 ay müddətinə hər ay 120 manat ödənilməklə Samsung S 10 markalı telefon; 20.08.2019-cu il tarixli, 50 saylı müqaviləyə 12 ay müddətinə hər ay 165 manat ödənilməklə İphone X64 telefon cavabdehə satılmışdır. İş materiallarında olan hər müqaviləyə dair cədvəllərdən görünür ki, cavabdehin: 13.11.2019-cu il tarixli, 44 saylı müqaviləyə əsasən 570 manat əsas borc , 13.12.2019-cu il tarixli, 6 saylı müqaviləyə əsasən 1780 manat əsas borc , 20.08.2019-cu il tarixli, 50 saylı müqaviləyə əsasən 1070 manat əsas borcu yaranmışdır. Həmin müqavilələrin 8.1-ci bəndində gecikdirməyə görə hər gün 1 faiz məbləğində cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya üç müqavilə üzrə ödənilməmiş 3420 (570 + 1780 + 1070) manat məbləğində borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia 1355 (285 + 535 + 535) manat dəbbə pulunun tutulması hissəsində qismən, yəni 135,5 manat hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 13.11.2019-cu il tarixli, 44 saylı müqaviləyə əsasən 570 manat əsas borc , 13.12.2019-cu il tarixli, 6 saylı müqaviləyə əsasən 1780 manat əsas borc , 20.08.2019-cu il tarixli, 50 saylı müqaviləyə əsasən 1070 manat əsas borc, cəmi üç müqavilə üzrə 3420 əsas borc 135,5 manat cərimə, ümumilikdə 3555,50 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar