Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7016/2025 02.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzə 7928.91 manat məbləğində kredit bоrcu, 667.65 manat məbləğində faiz bоrcu və 209.50 manat məbləğində cərimə olmaqla, 8806.06 manat, xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə 1528.82 manat məbləğində kredit bоrcu, 149.36 manat məbləğində faiz bоrcu və 34.31 manat məbləğində cərimə olmaqla, 1712.49 manat, ümumilikdə cəmi 10518 (on min beş yüz on səkkiz) manat 55 (əlli beş) qəpik məbləğində bоrcun və tərəflərindən ödənilmiş 121.56 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 4071.09 manat ödəniş etmiş və оnun iddiaçıya 7928.91 manat məbləğində kredit bоrcu qalmışdır. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3100 (üç min yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1571.18 manat ödəniş etmiş və оnun iddiaçıya 1528.82 manat məbləğində kredit bоrcu qalmışdır. Qeyd edilənlərə əsasən o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 136 gün üçün hesablanmış faiz borcu 149.36 manat təşkil edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçı tərəf ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İddiaçı QSC-yə ünvanladığı xx.xx.2023cü il tarixli ərizəsindən görünür ki, cavabdeh illik 2.0833 faiz hesablanması şərti ilə 35 ay müddətinə 3100 manat məbləğində kredit verilməsinə dair banka sifariş vermişdir. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə aylıq ödənilməli məbləğ 126 manat müəyyənləşdirilmişdir. Eyni zamanda Cavabdeh İddiaçı QSC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, cavabdeh aylıq 1.667 faiz hesablanması şərti ilə 48 ay müddətinə 12000 manat məbləğində kredit verilməsinə dair banka sifariş vermişdir. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə aylıq ödənilməli məbləğ 368 manat müəyyənləşdirilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 014A********** saylı xx.xx.2023-cü il tarixli, kredit razılaşmasına əsasən 1528.82 manat məbləğində əsas borc, 149.36 manat məbləğində faiz borcu, 34.31 manat cərimə borcu olmaqla, cəmi 1712.49 manat təşkil edir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 014A********** saylı xx.xx.2023-cü il tarixli, kredit razılaşmasına əsasən 7419.91 manat məbləğində əsas borc, 881.62 manat məbləğində faiz borcu, 195.63 manat cərimə borcu olmaqla, cəmi 8497.16 manat təşkil edir. Bank tərəfində göndərilmiş xx.xx.2025-cü il tarixli xəbərdarlıqlarının surətindən görünür ki, сavabdeh xx.xx.2023-cü il tarixli krediti müqavilələri üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş **********02 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 121.56 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilələr əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən kredit müqaviləsi üzrə cərimə borcunun məbləğini nəzərdən keçirib hesab edir ki, cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə 20 manat, xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə 3 manat məbləğində dəbbə pulu cavabdehdən tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzə 7419.91 manat məbləğində kredit bоrcu, 881.62 manat məbləğində faiz bоrcu və 19 manat məbləğində cərimə olmaqla, 8321.53 manat, xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə 1528.82 manat məbləğində kredit bоrcu, 149.36 manat məbləğində faiz bоrcu və 3 manat məbləğində cərimə olmaqla, 1681.18 manat, ümumilikdə cəmi 10002.71 manat məbləğində kredit borcu, dövlət büdcəsinə köçürülmüş 120 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, 1.56 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin dövlət rüsumunun tutulmasına dair hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə 7419.91 manat məbləğində kredit bоrcu, 881.62 manat məbləğində faiz bоrcu və 20 manat məbləğində cərimə olmaqla, 8321.53 manat, xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə 1528.82 manat məbləğində kredit bоrcu, 149.36 manat məbləğində faiz bоrcu və 3 manat məbləğində cərimə olmaqla, 1681.18 manat, ümumilikdə cəmi 10002.71 manat məbləğində kredit borcu, dövlət büdcəsinə köçürülmüş 120 manat dövlət rüsumu tutularaq iddiaçı “AccessBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. 1.56 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(008)-7016/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7016/2025
02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver