Məhkəmə qərarları › İş №e-2(008)-7072/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-7072/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-7072/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Ələsgərov Ziya Camal oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 mart 2023-cü il tarixli borc müqaviləsi üzrə 100.000 manat, 20 noyabr 2023-cü il tarixli borc müqaviləsi üzrə 39.000 manat, 20 dekabr 2023-cü il tarixli borc müqaviləsi üzrə 50.000 manat, 14 mart 2023-cü il tarixli borc müqaviləsi üzrə 100.000 manat, 14 fevral 2024-cü il tarixli borc müqaviləsi üzrə 100.000 manat, 20 fevral 2024-cü il tarixli borc müqaviləsi üzrə 29.500 manat olmaqla ümumilkdə 418.500 manat əsas borcun, hüquqi yardımın göstərilməsi üçün xx.xx.2025-ci il tarixli EM-1181VK- 53874/25 nömrəli müqavilə üzrə Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 700 manat, öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş 2025-ci il üzrə Mərkəzi Bankın illik 7 faiz uçot faizi kimi hesablanmış 29.295 manat faiz pulunun, X3 barədə ərizələrin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumu kimi 112.78 manat pulun və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 737.80 manat pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 14 mart 2023-cü il tarixdə 32 saylı Bakı Notariat kontorunda Kredit müqaviləsi imzalanmış, 100.000 (yüz min) manat məbləğində nağd pul cavabdehə borc verilmişdir. Bundan başqa Cavabdeh tərəfindən 20 noyabr 2023-cü ildə əlavə olaraq 39.000 (otuz doqquz) min manat borc istənilmiş və aralarında hər iki tərəfin imzaladığı borc müqaviləsi tərtib edilərək həmin pul cavabdehə verilmişdir. Daha sonra 21 dekabr 2023-cü il tarixdə Cavabdeh yenidən İddiaçı 50.000 (əlli min) manat borc istəmiş və buna dair aralarında yazılı əqd bağlanmışdır. İddiaçı tərəfindən cavabdehə hər ikisinin imzalamaqla təsdiq etdiyi 14 mart 2023-cü il tarixli borc müqaviləsinə əsasən 100.000 (yüz min) manat pul verilmişdir. 14 fevral 2024-cü il tarixdə isə cavabdeh əlavə olaraq 100.000 (yüz min) manat borc pul istəmiş və İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 577 məhəllə, Əhməd Cəmil küçəsində yerlən 96.3 kv sahəsi olan qeydi yaşayış obyekti satılaraq pulu cavabdehə verilmiş, 22 fevral 2024-cü il tarixdə isə cavabdehə 29.500 (iyirmi doqquz min beş yüz) manat pul verilmişdir. Ümumilikdə Cavabdeh 418.500 (dörd yüz on səkkiz manat beş yüz) manat pul verilmişdir. Belə ki, Cavabdeh ilə dost münasibəti mövcud olduğundan ona etibar edərək istədiyi pul məbləğlərini vermiş və geri qaytarmayacağını düşünməmişəm. Cavabdeh həmçinin nüfuzlu şəxs olmuş və bütün müqavilələr 1 il müddətində imzalanmış, lakin cavabdeh tərəfindən öhdəlik yerinə yetirilməmişdir. Cavabdeh ilə dəfələrlə şəxsən görüşülmüş, telefon danışıqları aparılmış, həmçinin “Whatsapp” sosial şəbəkəsi vasitəsilə də, əlaqə saxlamalarına baxmayaraq, cavabdeh tərəfindən müxtəlif bahanələr gətirilməklə pulların geri qaytarılmasından imtina edilmişdir. Buna görə də, müqavilə üzrə yaranmış borc məbləği cavabdehdən tutulmalı və iddiaçıya ödənilməlidir. Cavabdehə rəsmi qaydada pretenziya ünvanlanmış və 7 gün ərzində borcun qaytarılması xahiş edilmişdir. Pretenziya məktubu cavabdehə xx.xx.2025-ci il tarixdə poçt qəbzinə imza etməklə çatdırılmışdır. Əlavə olaraq, hüquqi yardımın göstərilməsi məqsədi ilə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 xx.xx.2025-ci il tarixli EM-1181VK-53874/25 saylı müqavilə imzalanmış və 700 (yeddi yüz) manat hüquqi yardıma görə rnəbbğ Bakı şəhər 18 saylı Vəkil Bürosuna köçürülmüşdür. Cavadbeh tərəfindən müqavilələ imzalandığı gündən 1 il müddətində öhdəlik yerinə yetirilməli olduğu halda yerinə yetirilməmiş və beh olan halda həmin pul vəsaiti cavabdehdə əsassız olaraq qaldığından İddiaçı əlavə olaraq zərər dəymişdir. Yəni pul dəyərdən düşmüşdür. Belə olan halda Mərkəzi Bankın illik uçot faizi olan 7% məbləğdə hesablanmaqla cavabdehdən dəymiş zərərin əvəzi kimi tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tərəflər arasında mövcud olan borc müqavilələrinə əsasən ümumilikdə 418.500 manat pulun Cavabdeh tərəfindən geri ödənilmədiyindən sonuncudan tutularaq iddiaçıya geri ödənilməli, bundan başqa 2025-ci il üzrə Mərkəzi Bankın illik 7 faiz uçot faizi kimi hesablanmış 29.295 manat faiz pulunun; MTT barədə ərizələrin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumu kimi 112.78 manat pulun və dövlət rüsumunun əvəzi kimi 737.80 manat pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı həmin pul məbləğinin iş qurmaq üçün sərmayə məqsədilə cavabdehə verdiyini, əgər həmin biznes sahəsinin təşkil olunacağı təqdirdə sərmayəçilərdən biri olacağını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçı ilə yaxın dostluq münasibətin mövcud oldugunu, ortaq fəaliyyət göstərmək üçün dostundan pul götürdüyünü, hazırda öz aralarında məhkəmədən kənar qaydada razılıq əldə olunduğunu, bu səbəbdən iddianın baxılmamış saxlanmasını və İddiaçı tərəfindən ona verilmiş pul məbləğləri iş qurmağa köməklik məqsədilə verildiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələblərinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hər iki tərəfin VÖEN-i mövcuddur. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumata əsasən iddiaçı (VÖEN **********) əmlakın kirayəyə verilməsi üzrə, cavabdeh isə (VÖEN **********) 4 saylı notarius ofisi üzrə fəaliyyət göstərirlər. Cavabdehin VÖEN statusu “fəaliyyətinin müvəqqəti dayandırmış” müəyyən edilmişdir. Şəxsin VÖEN-nin aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Məhkəmə hesab edir ki, işdə olan sənədlərdən və işdə iştirak edən şəxslərin subyektiv tərkibi, hər iki tərəfin VÖEN-nin mövcud olmasını, mübahisənin predmeti, hüquq münasibətlərinin kommersiya xarakteri daşımasını nəzərə alınmaqla, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsaəsn sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-26, 31, 32, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə e-2(008)-7072/2025 nömrəli mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar