Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7158/2025 04.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 7212,20 manat maddi zərər, 845,99 manat debitor borc və 100,59 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8158,73 manat pulun cavabdehdən məcburi qaydada tutularaq, iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 4746 nömrəli, daha sonra xx.xx.2025-ci il tarixində 04/14025 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X4 Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində, Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 259,20 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 478,40 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 792 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1530 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2073,60 manat olmaqla, cəmi 7212,20 manat məbləğində İddiaçınə maddi zərər dəymişdir. Cavabdehin 2012-ci ilin ayları üzrə qalıq 51,20 manat sərfiyyat borcu, 2020-ci ilin mart-dekabr ayları üzrə 78,70 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 324,30 manat sərfiyyat borcu, 2022ci ilin yanvar-dekabr ayları üzrə 244,88 manat sərfiyyat borcu və limitdən əlavə 12,32 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 329,12 manat sərfiyyat borcu və limitdən əlavə 9,28 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-dekabr ayları üzrə 509,61 manat sərfiyyat borcu və limitdən əlavə 1,39 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-sentyabr ayları üzrə 365,64 manat sərfiyyat borcu və limitdən əlavə 13,30 manat sərfiyyat borcu olmaqla, cəmi 1939,74 manat sərfiyyat borcu qalmışdır. 2013-cü ilin yanvar ayından 2025-ci ilin sentyabr ayına qədər cavabdeh 1093,80 manat ödəniş etmişdir. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 845,99 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçınə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 8058,14 manat təşkil edir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh iddiaya yazılı qaydada etiraz təqdim etmişdir. O, etirazını bununla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yaşayır. xx.xx.2015-ci ildə G-4 elektron markalı, smart-kart tipli, 1202AQ**********0 nömrəli qaz sayğacının naməlum şəxslər (ehtimal olunan İddiaçı əməkdaşları) tərəfindən aparılması barədə Sabunçu RPİ-nin 14-cü PB-nə ərizə ilə müraciət etmişdir. Sabunçu RPİ-nin 14-cü PB-nin xx.xx.2015-ci il tarixli, 076/15 №li arayışına əsasən xx.xx.2015-ci ildə yeni sayğacın quraşdırılması üçün İddiaçı Bakıxanov qəsəbəsində yerləşən idarəsinə rəsmi müraciət olunmuşdur. xx.xx.2025-ci ildə İddiaçın 7 saylı xidmət ərazisi tərəfindən inventarizasiya işləri aparılmış, xx.xx.2015-ci ildə sayğacın oğurlanması barədə iş tapşırığı tərtib edilmiş və tezliklə sayğacın quraşdırılması bildirilmişdir. Həmin ərəfələrdə Nardaran hadisələri ilə əlaqədar Nardaran qəsəbəsində İddiaçı tərəfindən yenidənqurma işləri aparıldığından, Cavabdeh ünvanına qaz sayğacının quraşdırılması mümkün olmamışdır. O, bir neçə dəfə müraciət etsə də, sayğac çatışmazlığından Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, ev 85 ünvanına sayğac quraşdırılmamış və İddiaçı əməkdaşları müvəqqəti olaraq rezin boru vasitəsi ilə mənzili qaz ilə təmin etmişlər. xx.xx.2016-cı ildə mənzili rezin boru vasitəsi ilə qaz təchizatı ilə təmin edən rezin boru İddiaçın əməkdaşları tərəfindən ləğv edilmişdir. İddiaçı ona məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, ev 85 ünvanında yerləşən həyətindəki istixanada guya təbii qazdan qanunsuz istifadə etdiyinə görə cərimə aktları tərtib etmiş və hal-hazırda dəymiş zərərin ödənilməsini tələb edir. Halbuki, o, istixanada istiliyə tələbatı olmayan məhsullar əkir və bu vaxta qədər yalnız maye qazdan və odunla yanan dəmir sobadan istifadə etmişdir. İddiaçı tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, ev 85 ünvanında yerləşən həyətindəki istixanaya dəfələrlə baxış keçirilmiş və təbii qazdan istifadə etməsi faktı aşkar edilməsə də, İddiaçı tərəfindən qeyri-qanuni olaraq hesab koduna əsassız borclar yazılmışdır. Əsassız yazılmış borcla razılaşmamış və Maştağa qəsəbəsi qaz satışı üzrə müraciət etmiş və yenidən cavabdehə məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, ev 85 ünvanında yerləşən həyətindəki istixanaya baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və əkilən məhsulların istiliyə tələbatı olmayan məhsullar olması sübut edilmişdir. xx.xx.2018-ci ildə İddiaçı ilə Cavabdeh arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə T/17349 №li müqavilə bağlanmış və müqavilənin 4.4-cü bəndində istehlakçının qaz sayğacı haqqında məlumat qrafasında G-4 elektron markalı 1202AQ**********0 №li qaz sayğacı qeyd olunmuşdur. xx.xx.2020-ci ildə İddiaçı ilə onun arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 4746 №li müqavilə bağlanmış və müqavilənin 4.4-cü bəndində, istehlakçının qaz sayğacı haqqında məlumat qrafasında G-4 mexanika tipli, 60019639 №li qaz sayğacı qeyd olunmuşdur. xx.xx.2025-ci ildə İddiaçı ilə Cavabdeh arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 04/14025 №li müqavilə bağlanmış və müqavilənin 4.4-cü bəndində, istehlakçının qaz sayğacı haqqında məlumat qrafasında G-4 mexanika tipli 20110744 №li qaz sayğacı quraşdırılma tarixi 28.04.21 üzərindəki plombların nömrəsi 12765716 kimi qeyd olunmuşdur. Tərəfindən nə sayğaca, nə də küçədəki qaz xəttinə heç bir müdaxilə olunmayıb. Sayğac və qaz xətti küçədə yerləşdiyindən sayğaca və qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi belə sübut edilməmişdir. Əraziyə nəzarət edən İddiaçı əməkdaşları təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirir və elektron tablodakı göstəricilər İddiaçı bazasına ötürülür. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Ən azından sayğaca müdaxilə edilməsi üçün plomb qırılmalı və ya sayğacdan kənar qaz xəttindən istifadə olunması üçün küçədəki qaz xətti deşilməli idi. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı tərəfindən mübahisələndirilən həmin aktlar abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya ailə üzvləri və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana dəfələrlə baxış keçirilsə də, abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə ailə üzvlərinin, nə də ki, qonşuların həmin aktlardan xəbərləri olmayıb. Aktlar birtərəfli qaydada tərtib edilmiş, abonentə və ya ailə üzvlərinə və ya qonşulara təqdim olunmamış, abonent və ya ailə üzvləri və ya qonşular aktları imzalamamışdır. Abonentin imzalamadığı həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin aktlar ləğv edilməlidir. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Lakin İddiaçı aktları abonentə təqdim etməmişdir. Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillər etibarlı sübut kimi qəbul edilə bilməz. Çünki fotoşəkillərin hansı vaxtlarda və harada çəkilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-də və Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuşdur ki, təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi, vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində qanunsuz qoşulma faktı olduğu halda, iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə yaradır. İddiaçı qanunsuz qoşulma halları ilə bağlı akt tərtib etdikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanaşı, aktın digər nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, İddiaçı göstərilən qaydaya riayət etməmişdir. İş üzrə istehlakçının qaz xəttinə qanunsuz qoşulması, habelə sayğaca müdaxiləsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların iddiaçı tərəfindən təqdim olunmadığından hesab edir ki, dəymiş zərərin tutulması ləğv edilməlidir. İddiaçının tərtib etdiyi aktİara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. İddiaçı iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən aşkar görünür ki, istixanada heç bir istilik sistemi quraşdırılmamışdır. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda əsas qaz kəmərində qaynaq izləri qalır. Bu səbəbdən yerində məhkəmə baxışı keçirilməsi zərurəti yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 li Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə» Qaydalarına əsasən sayğaca baxış istehlakçının iştirakı ilə keçirilməli və iki nüsxədən ibarət akt tərtib olunaraq bir nüsxəsi istehlakçıya verilməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslər isə qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Həmin Qaydaların 5.2ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi, fiziki şəxslər üçün quraşdırılmış qaz sayğaclarının qorunmasına, işlək vəziyyətdə saxlanılmasına və qaz kəmərlərinin təhlükəsizliyinə görə qaz paylayıcısı cavabdehlik daşıyır. Eyni zamanda, qanunvericilikdə qaz sayğacının dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi, quraşdırılması, qaz kəmərinə nəzarət edilməsi qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən qaz sayğacına, küçədəki qaz kəmərinə müdaxilə olunmasına dair İddiaçı heç bir sübutu yoxdur və imzasız, qeyri-qanuni tərtib etdikləri aktları sadalamaqla dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsini xahiş edir. İmzasız və qeyri-qanuni tərtib edilmiş aktlar isə cavabdehə məxsus fərdi yaşayış evində və ya istixanada təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunması faktının sübut edilməsi demək deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir ( 76.3). Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsində qeyd edilir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu AKTları qəbul etmiş orqanın üzərinə düşür. İddiaçı İB-nin Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair" iddia tələbinin təmin edilməməsinə və qeyri- qanuni hesablanmış borcun Cavabdeh hesab kodundan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddiaya yazılı qaydada etiraz təqdim etmişdir. O, etirazını bununla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yaşayır. xx.xx.2015-ci ildə G-4 elektron markalı, smart-kart tipli, 1202AQ**********0 nömrəli qaz sayğacının naməlum şəxslər (ehtimal olunan İddiaçı əməkdaşları) tərəfindən aparılması barədə Sabunçu RPİ-nin 14-cü PB-nə ərizə ilə müraciət etmişdir. Sabunçu RPİ-nin 14-cü PB-nin xx.xx.2015-ci il tarixli, 076/15 №li arayışına əsasən xx.xx.2015-ci ildə yeni sayğacın quraşdırılması üçün İddiaçı Bakıxanov qəsəbəsində yerləşən idarəsinə rəsmi müraciət olunmuşdur. xx.xx.2025-ci ildə İddiaçın 7 saylı xidmət ərazisi tərəfindən inventarizasiya işləri aparılmış, xx.xx.2015-ci ildə sayğacın oğurlanması barədə iş tapşırığı tərtib edilmiş və tezliklə sayğacın quraşdırılması bildirilmişdir. Həmin ərəfələrdə Nardaran hadisələri ilə əlaqədar Nardaran qəsəbəsində İddiaçı tərəfindən yenidənqurma işləri aparıldığından, Cavabdeh ünvanına qaz sayğacının quraşdırılması mümkün olmamışdır. O, bir neçə dəfə müraciət etsə də, sayğac çatışmazlığından Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, ev 85 ünvanına sayğac quraşdırılmamış və İddiaçı əməkdaşları müvəqqəti olaraq rezin boru vasitəsi ilə mənzili qazla təmin etmişlər. xx.xx.2016-cı ildə mənzili rezin boru vasitəsi ilə qaz təchizatı ilə təmin edən rezin boru İddiaçın əməkdaşları tərəfindən ləğv edilmişdir. İddiaçı ona məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, ev 85 ünvanında yerləşən həyətindəki istixanada guya təbii qazdan qanunsuz istifadə etdiyinə görə cərimə aktları tərtib etmiş və hal-hazırda dəymiş zərərin ödənilməsini tələb edir. Halbuki, o, istixanada istiliyə tələbatı olmayan məhsullar əkir və bu vaxta qədər yalnız maye qazdan və odunla yanan dəmir sobadan istifadə etmişdir. İddiaçı tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, ev 85 ünvanında yerləşən həyətindəki istixanaya dəfələrlə baxış keçirilmiş və təbii qazdan istifadə etməsi faktı aşkar edilməsə də, İddiaçı tərəfindən qeyri-qanuni olaraq hesab koduna əsassız borclar yazılmışdır. Əsassız yazılmış borcla razılaşmamış və Maştağa qəsəbəsi qaz satışı üzrə müraciət etmiş və yenidən cavabdehə məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, ev 85 ünvanında yerləşən həyətindəki istixanaya baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və əkilən məhsulların istiliyə tələbatı olmayan məhsullar olması sübut edilmişdir. xx.xx.2018-ci ildə İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” T/17349 №li müqavilə bağlanmış və müqavilənin 4.4-cü bəndində istehlakçının qaz sayğacı haqqında məlumat qrafasında G-4 elektron markalı 1202AQ**********0 №li qaz sayğacı qeyd olunmuşdur. xx.xx.2020-ci ildə İddiaçı ilə onun arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 4746 №li müqavilə bağlanmış və müqavilənin 4.4-cü bəndində, istehlakçının qaz sayğacı haqqında məlumat qrafasında G-4 mexanika tipli, 60019639 №li qaz sayğacı qeyd olunmuşdur. xx.xx.2025-ci ildə İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 04/14025 №li müqavilə bağlanmış və müqavilənin 4.4-cü bəndində, istehlakçının qaz sayğacı haqqında məlumat qrafasında G-4 mexanika tipli 20110744 №li qaz sayğacı quraşdırılma tarixi 28.04.21 üzərindəki plombların nömrəsi 12765716 kimi qeyd olunmuşdur. Tərəfindən nə sayğaca, nə də küçədəki qaz xəttinə heç bir müdaxilə olunmayıb. Sayğac və qaz xətti küçədə yerləşdiyindən sayğaca və qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi belə sübut edilməmişdir. Əraziyə nəzarət edən İddiaçı əməkdaşları təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirir və elektron tablodakı göstəricilər İddiaçı bazasına ötürülür. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Ən azından sayğaca müdaxilə edilməsi üçün plomb qırılmalı və ya sayğacdan kənar qaz xəttindən istifadə olunması üçün küçədəki qaz xətti deşilməli idi. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı tərəfindən mübahisələndirilən həmin aktlar abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya ailə üzvləri və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana dəfələrlə baxış keçirilsə də, abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə ailə üzvlərinin, nə də ki qonşuların həmin aktlardan xəbərləri olmayıb. Aktlar birtərəfli qaydada tərtib edilmiş, abonentə və ya ailə üzvlərinə və ya qonşulara təqdim olunmamış, abonent və ya ailə üzvləri və ya qonşular aktları imzalamamışdır. Abonentin imzalamadığı həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin aktlar ləğv edilməlidir. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Lakin İddiaçı aktları abonentə təqdim etməmişdir. Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillər etibarlı sübut kimi qəbul edilə bilməz. Çünki fotoşəkillərin hansı vaxtlarda və harada çəkilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-də və Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuşdur ki, təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi, vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində qanunsuz qoşulma faktı olduğu halda, iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə yaradır. İddiaçı qanunsuz qoşulma halları ilə bağlı akt tərtib etdikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanaşı, aktın digər nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, İddiaçı göstərilən qaydaya riayət etməmişdir. İş üzrə istehlakçının qaz xəttinə qanunsuz qoşulması, habelə sayğaca müdaxiləsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların iddiaçı tərəfindən təqdim olunmadığından hesab edir ki, dəymiş zərərin tutulması ləğv edilməlidir. İddiaçının tərtib etdiyi aktİara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. İddiaçı iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən aşkar görünür ki, istixanada heç bir istilik sistemi quraşdırılmamışdır. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda əsas qaz kəmərində qaynaq izləri qalır. Bu səbəbdən yerində məhkəmə baxışı keçirilməsi zərurəti yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 li Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə» Qaydalarına əsasən sayğaca baxış istehlakçının iştirakı ilə keçirilməli və iki nüsxədən ibarət akt tərtib olunaraq bir nüsxəsi istehlakçıya verilməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslər isə qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Həmin Qaydaların 5.2ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi, fiziki şəxslər üçün quraşdırılmış qaz sayğaclarının qorunmasına, işlək vəziyyətdə saxlanılmasına və qaz kəmərlərinin təhlükəsizliyinə görə qaz paylayıcısı cavabdehlik daşıyır. Eyni zamanda, qanunvericilikdə qaz sayğacının dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi, quraşdırılması, qaz kəmərinə nəzarət edilməsinin qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən qaz sayğacına, küçədəki qaz kəmərinə müdaxilə olunmasına dair İddiaçı heç bir sübutu yoxdur və imzasız, qeyri-qanuni tərtib etdikləri aktları sadalamaqla dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsini xahiş edir. İmzasız və qeyri-qanuni tərtib edilmiş aktlar isə cavabdehə məxsus fərdi yaşayış evində və ya istixanada təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunması faktının sübut edilməsi demək deyildir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (76.3). Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsində qeyd edilir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi həmin aktları qəbul etmiş orqanın üzərinə düşür. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki: - İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 4746 nömrəli, xx.xx.2025ci il tarixində 04/14025 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilələr bağlanmışdır. - Abonentin saldosuna əsasən, Cavabdeh sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 845,99 manat borcu (debitor borc) mövcuddur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-cü il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00001olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən radiator sobanın maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1296 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 89 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 91 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 91 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2392 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat , orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat , orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1008 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi N.Nərimanov küçəsi-0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 5832 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi N.Nərimanov küçəsi-0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1422 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi N.Nərimanov küçəsi-0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1332 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi N.Nərimanov küçəsi-0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1332 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi N.Nərimanov küçəsi-0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 8656 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi N.Nərimanov küçəsi-0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 7920 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi N.Nərimanov küçəsi-0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2.25 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 13500 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi N.Nərimanov küçəsi-0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacınin nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 17280 m3 itki hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin yeni redaksiyasına görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh Mirqəvan oğlu arasında xx.xx.2020-ci il tarixli 4748 nömrəli, habelə xx.xx.2025-ci il tarixli 04/14025 nömrəli qaz alqı-satqısı müqavilələri bağlanmışdır. Cavabdeh abonent qismində qazdan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəlik müqavilədən yaranır, həmin Məcəllənin 425-ci maddəsinə görə isə borclu öhdəliyi lazımi qaydada icra etməlidir. Bu səbəbdən cavabdeh faktiki istehlak etdiyi qazın dəyərini ödəmək vəzifəsi daşıyır. İddiaçı tərəfindən təqdim edilmiş abonentin saldosu adlı sənəddən müəyyən edilir ki, cavabdehin abonent hesabı üzrə sayğac göstəricilərinə əsasən istifadə edilmiş, lakin ödənilməmiş 845,99 manat məbləğində debitor borc mövcuddur. MPM-in 77.1-ci maddəsinə əsasən sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı bu borcu qeyd olunan sənədlə təsdiq etmişdir. Cavabdeh tərəfindən isə həmin məbləğin ödənildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. MPM-in 88-ci maddəsinə uyğun olaraq sübutların məcmu qiymətləndirilməsi nəticəsində məhkəmə hesab edir ki, 845,99 manat debitor borcun mövcudluğu mübahisəsiz sübuta yetirilmişdir və həmin məbləğin tutulması qanuni və əsaslıdır. İddiaçı qazdan qeyri-qanuni istifadə nəticəsində maddi zərərin tutulmasını tələb etsə də, məhkəmə müəyyən edir ki, qanunsuz qoşulma faktı sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında qaz xəttinə texniki müdaxilə, kənar qoşulma nöqtəsi barədə mötəbər və təkzibolunmaz sübut təqdim edilməmişdir. Qanunsuz qoşulma nəticəsində hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsini təsdiq edən sənədləri təqdim edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslər tərəfindən cavabdehin aktı qəbul etməsindən imtina etməsi kimi qeyd yazılmışdır, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Başqa sözlə, aktlar prosessual qaydalara zidd tərtib edilmişdir. Təqdim edilmiş aktlar abonentin iştirakı olmadan, abonentin və ya ailə üzvlərinin imzası olmadan, aktın abonentə təqdim edildiyini təsdiq edən sənəd olmadan birtərəfli qaydada tərtib edilmişdir. Bu isə həmin aktların sübut əhəmiyyətini aradan qaldırır. Təqdim edilmiş fotoşəkillərin çəkilmə vaxtı, ünvanı və mənbəyi müəyyən olunmadığından onlar prosessual sübut hesab edilə bilməz. Bundan başqa, zərərin hesablanması elmi-texniki əsaslandırılmamışdır. İddiaçı tərəfindən təqdim edilən itirilmiş qaz hesablamaları konkret müdaxilə tarixi ilə əlaqələndirilməmiş, müstəqil ekspertiza ilə təsdiq edilməmiş, istifadə edilmiş norma və iş rejimi sübuta yetirilməmişdir. Bu səbəbdən zərərin məbləği obyektiv meyarlara əsasən müəyyən edilməmişdir. Digər tərəfdən, iddiaçı uzun müddət qanunsuz qoşulma olduğunu iddia etsə də, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Bu hal da aktların mötəbərliyinə əsaslı şübhə yaradır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən – cavabdeh tərəfindən istehlak edilmiş, lakin əvəzi ödənilməmiş qaz sərfiyyatına görə 845,99 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması hissəsində təmin edilməli, qalan hissədə isə sübuta yetirilmədiyi üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 845,99 (səkkiz yüz qırx beş manat, doxsan doqquz qəpik) manat məbləğində sərfiyyat borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-7158/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7158/2025
04.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver