Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-7166/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı "13148,64 manat iddiaçıya vurulmuş zərərin, 5197,77 manat debitor borcun (sayğac vasitəsilə istifadə üzrə) və 145,07 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 18491,45 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi" barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı "13148,64 manat iddiaçıya vurulmuş zərərin, 5197,77 manat debitor borcun (sayğac vasitəsilə istifadə üzrə) və 145,07 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 18491,45 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsində deyilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Sadalanan normaların tələbinə uyğun olaraq, İddiaçı hazırkı iddianı Cavabdeh rəsmi qeydə alındığı yerin məhkəməsinə verə bilər. İddiaçı iddia ərizəsində cavabdehin ünvanı kimi Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi P.Məmməd küçəsini qeyd etsə də, məhkəməyə cavabdehin həmin ünvanda rəsmi qeydə alındığını təsdiq edən sənəd təqdim etməmişdir. "Elektron məhkəmə" informasiya sistemində olan məlumatlarla isə müəyyən edildi ki, Cavabdeh rəsmi qeydə alındığı yer Bərdə rayonu Qaradəmirçi ərazi dairəsinin Lək kəndidir. Belə olan halda, hazırkı işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı deyil. İddiaçı eyni iddia ilə Bərdə Rayon Məhkəməsinə müraciət edə bilər. Eyni zamanda, iddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********56 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 145,01 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, qərara aldım: İddiaçı Cavabdeh qarşı "13148,64 manat iddiaçıya vurulmuş zərərin, 5197,77 manat debitor borcun (sayğac vasitəsilə istifadə üzrə) və 145,07 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 18491,45 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi" barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********56 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 145,01 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.
Məhkəmə qərarları › İş №e-2(008)-7166/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-7166/2024
14.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver