Məhkəmə qərarları › İş №e-2(008)-7200/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7200/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7200/2022 06.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8267.88 (səkkiz min iki yüz altmış yeddi manat, səksən səkkiz qəpik) manat əsas, 244.75 (iki yüz qırx dörd manat, yetmiş beş qəpik) faiz borcu olmaqla cəmi 8512.63 (səkkiz min beş yüz on iki manat, altmış üç qəpik) manat borc və iş üzrə ödənilmiş 105.12 (yüz beş manat, on iki qəpik) manat dövlət rüsumununun cavabdeh X3 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MB NP ***- *******FİMSA(B)240919-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 8267.88 (səkkiz min iki yüz altmış yeddi manat, səksən səkkiz qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Börcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********941 saylı bildiriş məktubunun göndərilməsi baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 8512.63 manat təşkil edir. Bundan 8267.88 (səkkiz min iki yüz altmış yeddi manat, səksən səkkiz qəpik) manat əsas, 244.75 (iki yüz qırx dörd manat, yetmiş beş qəpik) faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, kredit ödənişlərini etməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəməyə təqdim ediləniddia ərizəsində texniki yalnışlığa yol verilərək ərizənin təsviri və tələb hissəsində zamin barədə məlumat verilməmiş və borcun zamindən də müştərək qaydada tutulması tələb edilməmişdir. Bu səbəbdən iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Qeyd edilənləri nzərə alaraq Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 8512.63 (səkkiz min beş yüz on iki manat 63 qəpik) manat - bundan 8267.88 (səkkiz min iki yüz altmış yeddi manat 88 qəpik) manat əsas, 244.75 (iki yüz qırx dörd manat 75 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 105.12 (yüz beş manat 12 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə Mülki Prosesualı Məcəllənin tələblərinə uyğun olmdığından yəni məhkəmənin baxış iclası zamanı təqdim edildiyindən məhkəmə tərəfindən mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu tarixli, MB NP ***-*******FİMSA(B)240919-01 saylı əsas kredit müqaviləsinə əsasən bank borcalana illik 1 % olmaqla 5 il müddətinə 8267.88 manat məbləğində kredit verir. İş materiallarında olan xx.xx.2019-cu tarixli, MB NP ***-*******FİMSA(B)240919- 01/ZM/1 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu tarixli, MB NP ***-*******FİMSA(B)240919- 01 saylı əsas kredit müqaviləsinin təminatı olaraq zamin durmuşdur. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu tarixli əsas kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, aylıq ödəniş xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 6.89 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 175.29 manat müəyyənləşdirilmişdir. İddiaçı ASC-nin **********941 nömrəli, xx.xx.2022-ci il nömrəli bildirişdən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 105.52 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixi yaranmış borc məbləği 8267.88 manat əsas borc, 244.75 manat faiz borcu olmaqla cəmi 8512.63 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçıASC ilə bağlanmış xx.xx.2019-cu tarixli, MB NP ***-*******FİMSA(B)240919-01 nömrəli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə 82677.88 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri vaxtı vaxtında banka qaytarmamışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh1 onun risk dairələrinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə ödənilməli olan əsas, faiz borcun məbləğinə diqqət yetirərək qeyd edir ki, iddiaçı iddia tələbində 8267.88 manat əsas, 244.75 manat məbləğində faiz borcunun ödənilməsini məhkəmədən xahiş etməsini məhkəmə əsaslı hesab edərək iddia tələbi təmin edilməsini Cavabdeh1 8267.88 (səkkiz min iki yüz altmış yeddi manat, səksən səkkiz qəpik) manat əsas borc, 244.75 (iki yüz qırx dörd manat, yetmiş beş qəpik) faiz borcu olmaqla cəmi 8512.63 (səkkiz min beş yüz on iki manat, altmış üç qəpik) manat borc pul tutulmalıdır. Məhkəmə mülki iş üzrə iddia tələbində zaminə qarşı borcun ödənilməsinə dair xahiş olmadığından, borcun ödənilməsi ilə bağlı zamin Cavabdeh2 münasibət bildirmir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldırılması üçün ödənilmiş 105.12 manat dövlət rüsumu rüsumu iddiaçı LPO İddiaçı ASCnin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 8267.88 (səkkiz min iki yüz altmış yeddi manat, səksən səkkiz qəpik) manat əsas borc, 244.75 (iki yüz qırx dörd manat, yetmiş beş qəpik) faiz borcu olmaqla cəmi 8512.63 (səkkiz min beş yüz on iki manat, altmış üç qəpik) manat borc pul və 105.12 (bir yüz beş manat, on iki qəpik) manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar