Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7207/2025 12.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X19 qızının iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 Daxil qızı, X8, X11, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı ASC cavabdehlər Cavabdeh3 Daxil qızı, X8, X1 Məhəmməd Bəxtiyar oğlu, Cavabdeh2, Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, BALBM4388518/14 nömrəli müqaviləyə əsasən 474.60 manat əsas, 130.57 manat faiz, 38.80 manat cərimə olmaqla cəmi 643.97 manat və 30 manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci ildə İddiaçı ASC iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, X7 və X11 vəfat etdiyindən iddianın tələbinin həcmini onlara aid hissəsində azaldaraq, cavabdehlər Cavabdeh3 Daxil qızı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 xx.xx.2024-cü il tarixli, BALBM4388518/14 nömrəli müqaviləyə əsasən 474,60 manat əsas, 130,57 manat faiz, 38,80 manat cərimə olmaqla cəmi 643,97 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X5 ilə, İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, BALBM4388518/14 nömrəli müqaviləyə əsasən ona 500 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X3 643.97 manat məbləğində banka borcu vardır. X5 xx.xx.2017-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri 17 saylı Notariat Ofisinin verdiyi şəhadətnaməyə əsasən, Cavabdeh3 Daxil qızı, X8, X11, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 miras əmlakdan 1/6 hissədə pay verilmişdir. Miras qalan əmlak İddiaçı ASC-də qalmış 92,02 manat kompensasiya məbləğindən ibarət olmuşdur. II. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, X9 və X11 vəfat etdiyindən iddia tələbinin həcminin azaldıldığını, hazırda cavabdehlərə 92,02 manat məbləğindən başqa miras qalmış əmlakın mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim etmək imkanları olmadığını bildirdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. III. İşin faktiki halları: İş materiallarında olan İddiaçı ASC ilə, X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, BALBM4388518/14 nömrəli plastik kartı üzrə kredit xətti müqaviləsinə əsasən Bank tərəfindən ona 500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X4 xx.xx.2014-cü il tarixli, BALBM4388518/14 nömrəli plastik kartı üzrə kredit xətti müqaviləsi üzrə Banka ödənilməmiş borcu 474,60 manat əsas, 130,57 manat faiz, 38,80 cərimə borcu qalmışdır. İş materiallarına əlavə olunmuş 17 saylı Notariat ofisi tərəfindən verilən xx.xx.2019cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2017ci il tarixində vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsələr Cavabdeh3 Daxil qızı , X8, X1 Məhəmməd Bəxtiyar oğlu, Cavabdeh2, Cavabdeh4 mirası qəbul etmiş və vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən hesablanmış Bank of Baku ASC-də qalmış 92,02 manat kompensasiya pulundan ibarətdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli Plenum Qərarına əsasən Plenum hesab edir ki, kreditorun borcun ipoteka predmetinə yönəldilməsini tələb edə bilməsi üçün, ilk öncə, borclunun, onun ölümü halında isə vərəsələrinin icra vaxtı çatmış öhdəliyi pozması, yəni öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Bu baş verdiyi halda ipoteka qoyana qarşı ipoteka müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-900/2024 nömrəli iş üzrə 3 ulduzlu qərarına əsasən, Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı müqavilə üzrə tərəflər arasında nəzərdə tutulmuş öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin müqavilənin digər tərəfi olan X6 vəfat etdiyindən, qeyd olunan borc məbləği vərəsələr tərəfindən ödənilməmişdir. Vərəsələr Cavabdeh3 Daxil qızı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 vərəsəlik şəhadətnaməsi əsasında hər biri miras əmlakdan 92,02 manat pul məbləğinin 1/6 hissəsini (15,33 manat) əldə etmişdirlər. Eyni zamanda İddiaçı ASC-nin nümayəndəsi X12 məhkəmə iclası zamanı cavabdehlərə başqa əmlakın miras qalması ilə bağlı sübutları olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 mirasqoyan X2 başqa mirias əmlak qəbul etmələri sübut olunmadığından, xx.xx.2019-cu il tarixli vərəsəlik şəhadətnaməsi əsasında qəbul etdikləri miras həcmində yəni, 15,33 manat pul tutularaq, Bank of Baku ASC-yə ödənilməlidir. Məhkəmə iddianın təmin edilməyən hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı ASC xx.xx.2024cü il tarixli, BALBM4388518/14 nömrəli müqaviləyə əsasən 474,60 manat əsas, 130,57 manat faiz, 38,80 manat cərimə, cəmi 643,97 manat borcun cavabdehlərdən tutulmasını xahiş etsə də, Azərbaycan Respublikası Mülli Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşdığından, cavabdehlər Cavabdeh3 Daxil qızı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 sözügedən borc öhdəlikləri qəbul etdikləri miras payının məbləği ilə, yəni hər biri üzrə 15,33 manat həddində məhdudlaşdırılmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. V. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 xx.xx.2019-cu il tarixli vərəsəlik şəhadətnaməsi əsasında hər birindən qəbul etdikləri 15,33 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-7207/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7207/2025
12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver