Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7225/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə , İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əİimestan oğlu ilə X2 Təşkilat "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti arasında bağlanılmış 09 iyul 2019-cu il tarixli, 087 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə 21 oktyabr 2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 3968.15 (üç min doqquz yüz altmış səkkiz manat, on beş qəpik) manat, faiz borcu üzrə 217.26 (iki yüz on yeddi manat, iyirmi altı qəpik) manat olmaqla, ümumilikdə 4185.41 (dörd min yüz səksən beş manat, qırx bir qəpik) manat tam kredit borcu və ödənilmiş 61.85 (altmış bir manat, səksən beş qəpik) manat dövlət rüsumu tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı «Finans İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2012-ci il tarixli, 32-12/Fİ saylı qrup kredit müqaviləsinə əsasən, təşkilat tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 24 (iyirmi dörd) faiz ödəmak şərti ilə 5000 manat aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Azerbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 23 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Bank Olmayan Kredit X1" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 09 iyul 2019-cu il tarixli, 087 nömrəli Restrukturizasiya kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 09 iyul 2019-cu il tarixinə olan 3968.15 (üç min doqquz yüz altmış səkkiz manat, on beş qəpik) manat məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir. Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlamlmış 09 iyul 2019-cu il tarixli, 087 nömrəli restrukturizasiya müqaviləsi üzrə sonuncu tərəfindən xx.xx.2019-cu il tarixində cəmi 4 (dörd) manat məbləğində ödəniş edilmişdir. Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı İddiaçı arasında bağlanılmış 09 iyul 2019-cu ı! tarixli, 087 nömrəli restrukturizəsiya müqaviləsi İlə onun üzərinə düşən öhdəliklərini kobud surətdə pozaraq aylıq kredit ödənişlərini etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, BOKT "xxxx" MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, məhkəmənin baxış iclasını iddiaçının nümayəndəsinin iştirak olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. -Belə ki, iş materiallarında olan Cavabdeh ilə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit (restrukturizasiya) müqaviləsinin surətindən görünür ki, 3968.15 manat kredit borcu 5 il müddətinə illik 1 faiz dərəcəsi restrukturizasiya edilmişdir.. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əsas borc üzrə 3968.15 (üç min doqquz yüz altmış səkkiz manat, on beş qəpik) manat, faiz borcu üzrə 217.26 (iki yüz on yeddi manat, iyirmi altı qəpik) manat olmaqla, ümumilikdə 4185.41 (dörd min yüz səksən beş manat, qırx bir qəpik) manat tam kredit borcu təşkil edir. - xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, сavabdeh krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - İş materiallarına əlavə edilmiş ********** qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı öhdəliklərini tam yerinə yetirməsinə baxmayaraq cavadeh tərəfindən müqavilə üzrə öhdəliklərinin icra etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 3968.15 (üç mir doqquz yüz altmış səkkiz manat, on beş qəpik) manat əsas birc, 217.26 (iki yüz on yeddi manat, iyirmi altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4185,41 (dörd min yüz səksən beş manat, qırx bir qəpik) manat borc tutularaq iddiaçı BOKT İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 61.85 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehdan 3968.15 (üç min doqquz yüz altmış səkkiz manat, on beş qəpik) manat əsas borc, 217.26 (iki yüz on yeddi manat, iyirmi altı qəpik) manat faiz borcu olmaqla, cəmi 4185,41 (dörd min yüz səksən beş manat, qırx bir qəpik) manat borc və 61.85 (altmış bir manat səksən beş qəoik) manat dövlət rüsumunun tutularaq iddiaçı BOKT İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-7225/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7225/2025
22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver