Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7239/2025 18.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qanuni nümayəndəsi qismində Qanuni nümayəndə cəlb olunmaqla, Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2019-ci il tarixli, FR/32278/70 saylı müqaviləyə əsasən 140.29 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 140.3 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə Qanuni nümayəndə yetkinlik yaşına çatmayan Cavabdeh2 qanuni nümayəndəsi qismində cəlb olunmuşdur. Məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, X2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/32278/70 saylı kredit müqaviləsinə əsasən, borcalana 419.65 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 17 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcalan X1 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi və digər zəruri sənədlər əlavə edilmişdir. X2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-ci il tarixli, FR/32278/70 saylı müqaviləyə əsasən, 140.29 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 140.3 manat borc ödənilməmiş qalır. Hazırda həmin borc məbləği vərəsələrdən tələb olunur. Borcun ödənilməsi üçün cavabdehlərə yazılı və şifahi xəbərdarlıqlar edilsə də, nəticəsi olmamışdır. Qeyd edilənlər iş materiallarında olan, xx.xx.2019-ci il tarixli, FR/32278/70 saylı kredit müqaviləsi, istehlak kreditinin alınması ücün Ərizə-anket, məxaric orderi, xx.xx.2025-ci il tarixli maliyyə arayışı, xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surəti, Bakı şəhəri 17 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surəti və digər sənədlərlə təsdiqlənir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2dur və onların hər biri miras əmlakdan ½ iras almalıdır. Şəhadətnamə verilən miras əmlak buraxılış ili 2011-ci il olan, VAZ 21154 minik markalı, ** NE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının iştirakı olmadan keçirilib təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 739.1, 741, 1255, 1306 və 1307-ci maddələrinə əsasən, cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.1-ci, 445.2.1-ci və 445.4-cü maddələrinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1307-ci maddəsinin tələbinə görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Bu baxımdan, məhkəmə qeyd edir ki, Bakı şəhəri 4 saylı notariat ofisindən əldə edilmiş vərəsəlik işində xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 miras əmlakının notarius tərəfindən siyahıya alınmadığı müəyyən edilir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən cavabdeh tərəf, yəni vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Bununla da, məhkəmə hesab edir ki, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdehlər (həmçinin yetkinlik yaşına çatmayan cavabdehin qanuni nümayəndəsi) göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin onlar kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmalarına dair vəzifələrini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişlər. Ona görə də, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC və X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/32278/70 saylı kredit müqaviləsinə əsasən, sonuncunun vərəsələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə 140.29 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 140.3 manat məbləğində kredit borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğundan, 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/32278/70 saylı kredit müqaviləsinə əsasən, sonuncunun vərəsələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə 140.29 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 140.3 (yüz qırx manat otuz qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-7239/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7239/2025
18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver