Məhkəmə qərarları › İş №e-2(008)-7401/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7401/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7401/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,, Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək "xxxx" ASC-nin xeyrinə BPM**********67 №-li X10 müqaviləsinə əsasən, kart krediti üzrə 452.49 manat, nağd kredit üzrə isə 3663.64 manat olmaqla, ümumilikdə 4116.13 manat kredit borcunun və 65.38 manat dövlət rüsumunun, eyni zamanda 0.40 manat bank xidmət haqqının X4 mirası qəbul etmiş vərəsələri olan cavabdehlərdən paylarına mütənasib olaraq, yəni Cavabdeh1 823.23 manat, 13.08 manat dövlət rüsumu və 0.08 manat xidmət haqqı, Cavabdeh2 823.23 manat, 13.08 manat dövlət rüsumu və 0.08 manat xidmət haqqı, Cavabdeh4 823.23 manat, 13.08 manat dövlət rüsumu və 0.08 manat xidmət haqqı, Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh4 vasitəsilə) 823.23 manat, 13.08 manat dövlət rüsumu və 0.08 manat xidmət haqqı və Cavabdeh5 (qanuni nümayəndəsi Cavabdeh4 vasitəsilə) 823.23 manat, 13.08 manat dövlət rüsumu və 0.08 manat xidmət haqqı olmaqla tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixli, BPM**********67 №-li X10 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 24 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********67 №-li X10 müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 500 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 7 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən X4 mirası qəbul etmiş vərəsələrinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 olduğu müəyyən edilmişdir. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X4 xx.xx.2024-cü ilədək Banka xx.xx.2020-ci il tarixli, BPM**********67 №-li X10 müqaviləsi üzrə ödənilməmiş kart krediti üzrə 452.49 manat əsas borcu, xx.xx.2020-ci il tarixli, BPM**********67 №-li X10 müqaviləsi üzrə ödənilməmiş nağd kredit üzrə 3663.64 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6- 2-22/2-26999/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi ərizə verərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər Cavabdeh2, Cavabdeh4 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə adları çəkilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək iddianı qəbul etdiyini bildirdi. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq, yuxarıda sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. "xxxx" ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixli, BPM**********67 №-li X10 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 24 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********67 №-li X10 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 500 manat məbləğində kredit xətti açılmışdır. X1 xx.xx.2020-ci il tarixdə ölmüşdür (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 108029 №-li ölüm haqqında şəhadətnamə). Bakı şəhəri 7 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən X4 mirası qəbul etmiş vərəsələrinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 24/6325 ünvanında yerləşən ümumi sahəsi 30,5 kv metr olan bağ evinə dair bərabər hissədə (1/10 hissədə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 miras əmlaka dair bərabər hissədə (1/10 hissədə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, reyestrdə 2V-278 № ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh1, Cavabdeh2 miras əmlaka dair bərabər hissədə (1/10 hissədə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, reyestrdə 2V-355 № ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir. Maliyyə arayışlarına əsasən X4 BPM**********67 №-li X10 müqaviləsiqə əsasən kart krediti üzrə 452.49 manat, nağd kredit üzrə isə 3663.64 manat olmaqla, ümumilikdə 4116.13 manat kredit borcunun manat manat borcu qalmışdır. Hazırda iddiaçı cavabdehlərdən 4116.13 manat kredit borcunun hər birinin payına mütənasib şəkildə tutularaq ödənilməsini istəyir. İş materiallarında olan bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarından cavabdehlər tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1243.1-ci maddəsinə əsasən virası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər mirası qəbul etdiyindən borcu da ödəməlidirlər. Miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 24/6325 ünvanında yerləşən ümumi sahəsi 30,5 kv metr olan bağ evinin yarısından ibarət olduğundan və həmin əmlakın dəyəri ümumi kredit borcunun məbləğindən aşkar şəkildə yüksək olduğundan məhkəmə evin qiymətləndirilməsini və bununla da tərəfləri ekspertiza xərci ilə yüklü etməyi zəruri hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və digər xərclər cavabdehlərdən paylarına mütənasib olaraq tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4116.13 manat kredit borcu və 65.38 manat dövlət rüsumu, eyni zamanda 0.40 manat bank xidmət haqqı X4 mirası qəbul etmiş vərəsələri olan cavabdehlərdən paylarına mütənasib olaraq, yəni Cavabdeh1 823.23 manat, 13.08 manat dövlət rüsumu və 0.08 manat xidmət haqqı, Cavabdeh2 823.23 manat, 13.08 manat dövlət rüsumu və 0.08 manat xidmət haqqı, Cavabdeh4 823.23 manat, 13.08 manat dövlət rüsumu və 0.08 manat xidmət haqqı, Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh4 vasitəsilə) 823.23 manat, 13.08 manat dövlət rüsumu və 0.08 manat xidmət haqqı, Cavabdeh5 (qanuni nümayəndəsi Cavabdeh4 vasitəsilə) 823.23 manat, 13.08 manat dövlət rüsumu və 0.08 manat xidmət haqqı "xxxx" ASCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. BPM**********67 №-li X10 müqaviləsinə əsasən, kart krediti üzrə 452.49 manat, nağd kredit üzrə isə 3663.64 manat olmaqla, ümumilikdə 4116.13 manat kredit borcu və 65.38 manat dövlət rüsumu, eyni zamanda 0.40 manat bank xidmət haqqı X4 mirası qəbul etmiş vərəsələri olan cavabdehlərdən paylarına mütənasib olaraq, yəni Cavabdeh1 823.23 manat, 13.08 manat dövlət rüsumu və 0.08 manat xidmət haqqı, Cavabdeh2 823.23 manat, 13.08 manat dövlət rüsumu və 0.08 manat xidmət haqqı, Cavabdeh4 823.23 manat, 13.08 manat dövlət rüsumu və 0.08 manat xidmət haqqı, Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh4 vasitəsilə) 823.23 manat, 13.08 manat dövlət rüsumu və 0.08 manat xidmət haqqı, Cavabdeh5 (qanuni nümayəndəsi Cavabdeh4 vasitəsilə) 823.23 manat, 13.08 manat dövlət rüsumu və 0.08 manat xidmət haqqı "xxxx" ASCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar