Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7496/2025 04.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıdan borc adı ilə götürmüş olduğu 24000 manatdan 2800 manatını çıxmaq şərtilə 22000 (iyirmi iki min) manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh kimi cəlb etdiyi Cavabdeh onlarla qonşuluqda yaşayır və özünü ailəsinə yaxın adam kimi göstərərək onun oğlu ilə dostluğa oxşayan münasibətdə olmuş, evinə gəlib getmişdir. O, maddi çətinlik çəkdiyini və bu çətinliyiaradan qaldırmaq üçün ondan ona borc pul tapıb vermək barədə xahiş etmək istədiyini əvvəl oğluna bildirmiş, sonra isə evinə gəlib anasına və ona bu barədə deyərək ondan 24000 manat məbləğində pul istəmişdir. Onlar ona inanıb onlara və onun oğluna şəxsən yaxınlıq (yoldaşlıq) münasibətlərini nəzərə alıb ona istədiyi məbləğdə pul borc verməyi qərara aldı. Beləliklə, Cavabdeh xx.xx.2025-ci il tarixdə hər ay 1400 manat qaytarmaqla (borc məbləği tamamlanana qədər) ondan götürdüyü borcu verəcəyi barədə öz əli ilə qəbz yazdı və həmin günü tərəfindən ona 24000 manat pulu borca vermiş. Həmin vaxtdan cəmisi 2 ay hər dəfə 1400 manat olmaqla söz verdiyi kimi borcu qaytarmağa başladı, lakin bundan sonra ona aralarında olan şifahi müqaviləyə əsasən razılaşdığı məbləği qaytarmaqdan imtina etdi. O, dəfələrlə onunla söhbət edib ona borc kimi vermiş olduğu məbləğin ailəsinə lazım olduğunu bildirib aralarındakı razılaşmaya əməl etməsini xahiş etsə də, o, qəti olaraq ona bir manat da olsun pul verməyəcəyini bildirdi. xx.xx.2025-ci il tarixdə İddiaçı iddia tələbinə dəqiqləşdirmə təqdim edərək bildirmişdir ki, məhkəməyə vermiş olduğum iddia ərizəsinin məticəvi hissəsində tələb etdiyi pul məbləğini yanlış olaraq 22000 manat qeyd etmişdir. Həmin tələbi dəqiqləşdirərək tələb olunan məbləğin 21200 manat olduğunu bildirmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul etməyərək rədd olunmasını xahiş etmiş, eyni zamanda bildirmişdir ki, o iddiaçıdan cəmi 15000 manat məbləğində borc pul almış, 2 dəfə 1400 manat olmaqla cəmi 2800 manat məbləğində ödəniş etmişdir. Sözügedən əlyazma ona məxsusdur. Onlar əvvəlcə borc müqaviləsi bağlamaq üçün notariusa getmiş lakin notarius verilən pulun 15000 manat olduğu halda borc müqavilsində 24000 manat yazıla bilməyəcəyini bildirmiş, məhz bu səbəbə görədə onlar arasında əlyazma ilə müqavilə bağlanmışdır. Yerdə qalan 9000 manat 15000 manata hesablanmış faiz borcudur. Ona həmin vaxtı təcili pul lazım olduğundan 15000 manatın yerinə 24000 manat yazmağa razılığ vermişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Cavabdeh yazdığı əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2000-ci ildə Cəlilabad rayonunda anadan olmuş, xx.xx.2025-ci ildə İddiaçı 24.000 manat pulu 17 ay müddətinə hər ay 1400 manat qaytarmaq şərti ilə borc götürmüş, ona heç bir təzyiq olmadan öz xoşu ilə İddiaçı 24.000 manat borc götürmüşdir. “Whatsapp” social şəbəkə yazışmalarından görünür ki, Cavabdeh İddiaçı borc pul isdəmişdir. **********56 nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 156 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh xətti ilə yazılmış əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 24000 manat məbləğində pul vəsitini 17 ay müddətinə hər ay 1400 manat qaytarmaq şərti ilə borc almışdır. Məhkəmə iclaslarında iştirak edən cavabdeh sözügedən əlyazmanının ona məxsus olmasını etiraf etmiş, lakin götürülən məbləğin əslində 24000 manat deyildə, 15000 manat olduğunu bildirmiş, lakin bu halı təsdiq edən möhtəbər sübutları məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə iclasında nə üçün iddiaçıdan 15000 manat borc almış olduğu təqdirdə əlyazmada 24000 manat yazmış olduğuna dair əsaslı bir cavab verə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan xx.xx.2025-ci il tarixdə almış olduğu borcun məbləği 24000 manat hesab edlməlidir. Bundan başqa işin mübahisə olunmayan halı ondan ibarətdir ki, cavabdeh tərəfindən götürülmüş borcdan 2800 manat pul ödənmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 21200 (iyirmi bir min iki yüz) manat məbləğində pul vəsaiti və 153.60 (yüzə əlli üç manat altmış qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-7496/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7496/2025
04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver