Məhkəmə qərarları › İş №e-2(008)-7497/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7497/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7497/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X4, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "X1 vərəsələri olan cavabdehlərdən qəbul etdikləri miras paya mütənasib olaraq iddiaçının xeyrinə BPM**********12 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən 154,75 manat əsas, 3,99 manat faiz olmaqla, cəmi 158,74 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "X1 vərəsələri olan cavabdehlərdən qəbul etdikləri miras paya mütənasib olaraq iddiaçının xeyrinə BPM**********12 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən 154,75 manat əsas, 3,99 manat faiz olmaqla, cəmi 158,74 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, BPM**********12 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən X2 illik 24 faizlə 36 ay müddətinə 500 manat kredit verilmişdir. O, xx.xx.2023-cü ildə vəfat etmişdir. Bakı Şəhəri 39 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş 2V-97 reyestr nömrəli xx.xx.2023-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə X1 qanun üzrə vərəsələrinin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Zülfüqar qızının olduğu, onların miras əmlakdan müvafiq olaraq 3/7 hissədə, 3/7 hissədə və 1/7 hissədə pay almalı olduğu qeyd edilmişdir. Tam kart müqaviləsinə əsasən cavabdehlərin əsas borca görə 154,75 manat, faiz borcuna görə 3,99 manat olmaqla, cəmi 158,74 manat borcu mövcuddur. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmiş, lakin cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı etiraz verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan, xx.xx.2022-ci il tarixli BPM**********12 nömrəli "Tam kart müqaviləsi"ndən görünür ki, "xxxx" ASC tərəfindən X2 36 ay müddətinə illik 24% ödəmək şərtilə 500 manat kredit verilmiş. İşdə olan xx.xx.2024-cü il tarixli "Maliyyə arayışı"ndan görünür ki, X1 iddiaçı "xxxx" ASC-yə 154,75 manat əsas, 3,99 manat faiz olmaqla, cəmi 158,74 manat borcu vardır. İşdə olan "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, X3 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. İşdə olan xx.xx.2023-cü ildə verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən, Bakı Şəhəri 39 saylı Notariat Ofisinin xüsusi notariusu X5 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2023-cü ildə vəfat etmiş X1 vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Zülfüqar qızıdır. Miras əmlakdan Cavabdeh3 3/7 hissədə, Cavabdeh1 3/7 hissədə və Cavabdeh2 Zülfüqar qızı 1/7 hissədə pay almalıdır. Miras əmlak "xxxx" QSC İnfrastruktur Departamenti Elektrik Təchizatı Xidməti 1 nömrəli Bakı Elektrik Təchizatı Sahəsində mərhumun adına ödənilməmiş son haqq hesabı, yəni 2802,80 manat pul vəsaitindən ibarətdir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Müəyyən edilir ki, iddiaçı X3 ilə xx.xx.2022-ci ildə tam kredit müqaviləsi bağlamış, ona 36 ay müddətinə illik 24% ödəmək şərtilə 500 manat kredit vermişdir. O, xx.xx.2023-cü ildə vefat etmiş, vərəsələri isə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Zülfüqar qızıdır. X1 iddiaçıya cəmi borcu 158,74 manat təşkil edir. İddiaçının tələbi həmin məbləğin ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Zülfüqar qızından həmin məbləğin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehlərə aid edilməli, həmin məbləğ onlardan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC-nin xeyrinə 154,75 manat əsas borc, 3,99 manat faiz borc, 30 manat dövlət rüsumu, cəmi 188,74 manat məbləğində pul cavabdehlər Cavabdeh3 3/7 hissədə, Cavabdeh1 3/7 hissədə və Cavabdeh2 Zülfüqar qızından 1/7 hissədə alınaraq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X9.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar