Məhkəmə qərarları › İş №e-2(008)-7591/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-7591/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-7591/2023 18.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2972,31 manat əsas, 682,41 manat faiz, cəmi 3654,72 manat borcun və 56,55 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(125)-6479/2023 nömrəli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh rəsmi qeydiyyat ünvanı ünvan 1ənzil 33-dir (“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumat). Sabunçu Rayon Məhkəməsi tərəfindən “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdehin qeydiyyat ünvanı Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, döngə 8, 47A-dır. Hazırki iddia ərizəsi Gəncə şəhər Məhkəməsi tərəfindən sadələşdirilmiş icraat qaydasında icraata qəbul edildiyindən və iddia icraatına keçirilmədən aidiyyəti üzrə Sabunçu rayon Məhkəməsinə göndərildiyindən, Sabunçu rayon Məhkəməsi iş daxil olan kimi aidiyyət məsələsini mübahisələndirə bilməmişdir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində sadələşdirilmiş icraatdan aidiyyəti üzrə gələn işin yekun nəticəsi yalnız «Aidiyyət mübahisələndirildi və iş Ali Məhkəməyə göndərildi» nəzərdə tutulmuşdur. Bu səbəbdən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə əlaqədar icraat kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Hazırda mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2-ci maddəsində məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməsinin konkret əsasları göstərilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi həm Gəncə şəhər Məhkəməsi, həm də Sabunçu Rayon Məhkəməsi tərəfindən “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarında Cavabdeh qeydiyyatda olduğu ünvan fərqlidir. Tərəflərin arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsində də cavabdehin ünvanı «Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, döngə 8, 47A» qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənləri və məhkəmələr arasında ərazi aidiyyəti ilə əlaqədar mübahisə olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Gəncə şəhər Məhkəməsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmiş mülki iş ərazi aidiyyətinin həll olunması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 45.4-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(125)-6479/2023 nömrəli qərardadı ilə aidiyyətı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmiş İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair mülki iş, ərazi aidiyyətinin həll olunması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar