Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7592/2025 10.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Cavabdehin qanuni nümayəndəsi Cavabdeh iştirakı ilə, İddiaçı “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X4 qarşı qanuni nümayəndəsi Cavabdeh olmaqla “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh X4 qarşı qanuni nümayəndəsi Cavabdeh olmaqla “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli, 304970 saylı kredit müqaviləsinə əsasən 4441,19 manat əsas, 552,52 manat faiz, 121.76 manat cərimə borclu olmaqla, cəmi 5115,47 manat məbləğində borcun və 71.15 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, “X13 Azərbaycan” QSC və X9 arasında xx.xx.2024-cü il tarixdə 304970 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan X8 istehlak yönümlü 4650 manat məbləğində pul ayrılmışdır və о, 36 ay müddətində kreditin əsas məbləği və оna illik 14% faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli olmuşdur. X9 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. ünvan ünvanlanmış vəkil sorğusuna cavab olaraq banka təqdim edilmiş xx.xx.2025-ci il tarixli 108847 nömrəli məktubundan müəyyən olunur ki, vərəsəlik işi açılmış və onun qanun üzrə vərəsəsi X6, sonuncunun adından çıxış edən qanuni nümayəndəsi Cavabdehdır. O, mirası qəbul etmiş vərəsədir. Vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsə X3 adından çıxış edən qanuni nümayəndəsi Cavabdeh vəfat etmiş X7 banka olan borcu barədə məlumatlı olmuşdur. Lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. X7 qanun üzrə vərəsəsi X3 adından çıxış edən qanuni nümayəndəsi Cavabdeh tərəfindən bankla X9 arasında imzalanmış kredit müqaviləsi üzrə bank qarşısında olan öhdəlikləri lazımınca icra edilməmişdir. “X13 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalanın qanun üzrə vərəsəsi X3 adından çıxış edən qanuni nümayəndəsi Cavabdeh kredit müqaviləsi üzrə borcu tam ödəməyə borclu olduğu halda, müqavilə şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini gecikdirmişdir. Şifahi və yazılı хəbərdarlıqlar edilməsinə baхmayaraq, öhdəlik icra edilməmişdir. Kredit müqaviləsinə əsasən “X13 Azərbaycan” QSC-yə olan borc 4441,19 manat əsas, 552,52 manat faiz, 121.76 manat cərimə borclu olmaqla, cəmi 5115,47 manat təşkil edir. Borcun ödənilməsi üçün cavabdehə yazılı və şifahi xəbərdarlıqlar edilsə də, nəticəsi olmamışdır. Qeyd edilənlər iş materiallarında olan xx.xx.2024-cü il tarixli 304970 saylı kredit müqaviləsi, istehlak kreditinin alınması üçün ərizə-anket, məxaric orderi, maliyyə arayışı, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surəti, Bakı şəhəri 4 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti və digər sənədlərlə təsdiqlənir. Həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X7 vərəsəsi X5r. Şəhadətnamə verilən miras əmlak “Sahil" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3 nömrəli məktuba əsasən 1490 manat müavinət pulundan ibarətdir. İş materiallarında olan “Sahil" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubuna əsasən, X7 vəfatı ilə əlaqədar 2490 manat müavinət hesablanmışdır. Həmin vəsaitdən Cavabdeh 1000 manat ödənilmişdir, qalıq 1490 manat borc isə növbəlilik qaydasında ödəniləcəkdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının iştirakı olmadan keçirilib iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, vərəsə kimi vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır. Bank qaynatasının banka olan borcunu vərəsə kimi ondan tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına istinadən bildirir ki, bankın bu tələbi həm ədalətsiz, həm də qanunsuzdur. X1 miras kimi sadəcə “Sahil" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3 nömrəli məktuba əsasən 1490 müavinət pulu qalmışdır. Bu müavinət əslində ölüm pulu kimi verilən puldur. Yəni ölən şəxsin adına 3 aylıq ölüm pulu onun qohumlarına verilən puldur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 1306cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, sığorta olunanın vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə işəgötürən tərəfindən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Dəfn pulu sosial müavinət sayıldığı üçün miras hissəsinə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.4-cü maddəsinə əsasən, mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Yəni vərəsə şəxsi hesabına kreditor qarşısında məsuliyyət daşımır. Göründüyü kimi, mirasın siyahısı notarius tərəfindən tərtib edilməlidir. Kreditor qarşısında isə mirasdan alınmış aktiv həddində məsuliyyət daşımalıdır. “X13 Azərbaycan” QSC qaynatası X9 ilə aralarında kredit müqaviləsi və notariusda qızının vərəsə olmasından başqa heç bir sübut ortaya qoymamışdır. Qeyd olunanları nəzərə alaraq, cavabdehin qanuni nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin qanuni nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 739.1, 741, 1255, 1306 və 1307-ci maddələrinə əsasən, cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.1-ci, 445.2.1-ci və 445.4-cü maddələrinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1307-ci maddəsinin tələbinə görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Bu baxımdan, məhkəmə qeyd edir ki, Bakı şəhəri 4 saylı notariat ofisindən əldə edilmiş vərəsəlik işində xx.xx.2024-cü il tarixində vəfat etmiş X7 miras əmlakının notarius tərəfindən siyahıya alınmadığı müəyyən edilir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən cavabdeh tərəf, yəni vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh (qanuni nümayəndəsi) göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh (qanuni nümayəndəsi) kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifələrini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Ona görə də, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “X13 Azərbaycan” QSC və X9 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 304970 nömrəli kredit müqaviləsinə əsasən, sonuncunun vərəsəsi cavabdeh X2 qanuni nümayəndəsi Cavabdeh vasitəsilə miras əmlak hesabına 4441,19 manat əsas, 552,52 manat faiz, 121.76 manat cərimə borcu olmaqla, cəmi 5115,47 manat məbləğində kredit borcu “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 71.15 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğundan, 71.15 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. “X13 Azərbaycan” QSC və X9 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 304970 nömrəli kredit müqaviləsinə əsasən, sonuncunun vərəsəsi cavabdeh X2 qanuni nümayəndəsi Cavabdeh vasitəsilə miras əmlak hesabına 4441,19 manat əsas, 552,52 manat faiz, 121.76 manat cərimə borcu olmaqla, cəmi 5115,47 (beş min yüz on beş manat qırx yeddi qəpik) manat məbləğində kredit borcu və 71,15 (yetmiş bir manat on beş qəpik) manat dövlət rüsumunun əvəzi iddiaçı “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-7592/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7592/2025
10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver